Qara qarayev 050220 1

Bu gün Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq artisti, dahi bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim Qara Qarayevin doğum günüdür.

Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin şagird və müəllim heyəti görkəmli bəstəkarın anadan olmasının 108-ci ildönümü münasibətilə Qara Qarayevin ev muzeyini ziyarət edib, onun həyat və yaradıcılığı ilə yaxından tanış olublar.

Ziyarət zamanı şagirdlər və müəllimlər bəstəkarın musiqi irsinin zənginliyi və Azərbaycan mədəniyyətindəki əvəzolunmaz rolunun bir daha şahidi olublar.

Qara Qarayevin yaradıcılığı Azərbaycan mədəniyyətinin inkişafında əvəzsiz rol oynayır və gələcək nəsillərə böyük örnəkdir.

Comments are disabled