6216.01 Xoreoqrafiya sənəti
İXTİSAS FƏNNİ ÜZRƏ
Fəlsəfə doktoru imtahanının
P R O Q R A M I
Bakı Xoreoqrafiya Akademiyasının
Elmi Şurasının 02 saylı protokolunun
18 noyabr 2019-cu il tarixli qərarı ilə təsdiq edilmişdir
Bakı – 2019
TƏRTİB EDƏNLƏR:
Lyudmila Qasım qızı Həsənova
pedaqogika üzrə fəlsəfə doktoru, BXA-nın professoru
Sevda Rafiq qızı Sadıxbəyova
Azərbaycan Respublikasının Əməkdar rəssamı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BXA-nın professoru
Sonaxanım Qulam qızı İbrahimova
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BXA- nın professoru
Ülkər Sabir qızı Əliyeva
Sənətşünaslıq üzrə elmlər doktoru, AMK-nın professoru
Rafik Kərim oğlu Sadıxov
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru,
BXA-nın professoru
Xəzər Atif oğlu Zeynalov
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
ELMİ REDAKTOR:
Maral Cəbrayıl qızı Manafova
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi,
pedaqogika üzrə fəlsəfə doktoru, professor
RƏYÇİLƏR:
Təranə Hüseyn qızı Muradova
Azərbaycan Respublikasının Xalq artisti, BXA-nın dosent
Ağaəli Müsəllim oğlu İbrahimov
Azərbaycan Respublikasının Xalq rəssamı, professor
Məryəm Əli qızı Əlizadə
Sənətşünaslıq üzrə elmlər doktoru, professor
Tamilla Fərrux qızı Kəngərli
Pedaqogika üzrə elmlər doktoru, professor
XOREOQRAFİYA SƏNƏTİ
İZAHAT VƏRƏQİ
Bakı Xoreoqrafiya Akademiyası tərəfindən həyata keçirilən hazırkı doktorantura proqramına bilavasitə məzunların peşə fəaliyyəti sahəsinə xoreoqrafiya tarixi və nəzəriyyəsindəki proseslərin öyrənilməsi, onların qanunauyğunluqları, sənət, mədəniyyət və elm problemlərinin həlli üçün bədii metodların inkişafı və istifadəsi daxildir.
Doktorantura proqramını mənimsəmiş məzunların peşə fəaliyyətinin obyektləri aşağıdakılardır:
tarixi və bədii proseslər və hadisələrin bədii, mədəni, sosial-mədəni, formal üslub və semiotik müstəvilərdə əks olunması;
sənət əsərləri, sənət nəzəriyyəsi və metodologiyası, estetik anlayışlar;
proqramın istiqamətinə uyğun olaraq, sənət əsərlərinin yaradılması və təqdim olunma üsulları;
balet musiqisi əsərlərinin, balet tamaşalarının, xoreoqrafik kompozisiyaların bərpası və ya yeni redaksiyası.
Məzunların peşə fəaliyyəti xoreoqrafiya sənəti üzrə mədəniyyət, incəsənət və bədii təhsil sahəsindəki tədqiqatlar aiddir.
Bu sahədə məzunların vəzifələri aşağıdakılardır:
tədqiqatın müxtəlif mərhələlərində mövzunun ayrı-ayrı hissələri üzrə müvafiq tapşırıqlar əsasında araşdırmalar aparmaq və onları tədricən inkişaf etdirib, genişləndirmək, eyni zamanda kompleks təcrübələr və müşahidələr aparmaq;
mövzu üzrə aparılan elmi tədqiqat və araşdırma, yerli və xarici təcrübə və müşahidələrin nəticələrini toplamaq, təhlil etmək, ümumiləşdirmək və sistemləşdirmək;
elmi tədqiqat nəticələrinin tətbiq edilməsində iştirak etmək;
elmi tədqiqatın əsas nəticələrini məruzələr, tezislər və elmi məqalələr şəklində təqdim etmək.
PROQRAMIN MƏZMUNU
I Qərbi Avropa teatrının tarixi.
- Rəqsin təşəkkülü nəzəriyyəsi
Xoreoqrafik mədəniyyətin yaranması. Rəqs, xoreoqrafiya, balet anlayışları. Rəqsin təşəkkülü tarixi və nəzəriyyəsi. Rəqsin növləri.
- Xoreoqrafik mədəniyyət
Tarixin müxtəlif inkişaf mərhələlərində xoreoqrafik mədəniyyət. Antik dövrdə səhnə rəqsinin yaranması. Yunan teatrında söz, musiqi və rəqsin vəhdəti. Orta əsrlər dövrü rəqs mədəniyyəti. İntibah dövrü rəqs mədəniyyəti. İtaliyan De l’Arte komediyasında xoreoqrafik element və onun balet sənətinin inkişafındakı əhəmiyyəti. Balet janrının formalaşmasının ilkin şərtləri. İtaliyan xoreoqrafiya sənətinin nailiyyətləri.
- Fransa və İngiltərədə baletin musiqili teatr janrı kimi təşəkkül xüsusiyyətləri
XVII əsrin birinci yarısında fransız baleti. J.B. Lülli və P. Boşanın yaradıcılığı. J. B. Molyerin komediya-baletləri. Xoreoqrafiya nəzəriyyəsinin inkişafı. XVII əsr Fransa balet teatrı təcrübəsinin xoreoqrafiyanın sonrakı inkişafına təsiri. XVI-XVII əsrlərdə İngiltərədə balet sənəti. C. Uiverin yaradıcılığı və novatorluğu. (“Orfey və Evridika haqqında əsatir”, “Mars və Veneranın eşq macəraları”).
- J.Noverr yaradıcılığının əhəmiyyəti. Onun nəzəri baxışlarının aktuallığı.
XVIII əsrdə Avropa balet teatrı. Klassisizm – XVIII əsr Avropa incəsənətində aparıcı istiqamətlər. F. Hilferdinqin yaradıcılığı. İtalyan baletmeyster Q. Ancolininin yaradıcılığı. Q. Ancolininin balet nəzəriyyəsinin formalaşması və inkişafında xidmətləri. XVIII əsrin birinci yarısında fransız baleti. Maarifçilik dövründə Fransa balet teatrının xüsusiyyətləri. Sosial faktorların balet teatrına təsiri. Baletin digər incəsənət növləri ilə əlaqəsi. L. Düpre, F. Prevo, M. Kamarqo, M. Sallenin ifaçılıq sənəti. J. J. Noverrin yaradıcılığı. Onun nəzəri əsərlərinin əhəmiyyəti (“Rəqs və balet haqqında məktublar”). Balet teatr tarixində Noverrin yeri.
- Preromantizm dövrü balet teatrı
XVIII-XIX əsrlərin Avropa baletinin xarakteristikası. Q. Vestris, M. Qardel, O. Vestris, M. Allar, M. Gimarın ifaçılıq sənəti. Qadın rəqs texnikası inkişafının balet teatrının estetikasına təsiri. K. Blazisin yaradıcılığı. Onun, balet pedaqogikasının formalaşması və inkişafı işində xidmətləri. Romantizmə keçid mərhələsində balet teatrı. Preromantizm. J. Dobervalın yaradıcılığı.
- Balet teatrında romantizm dövrü
Balet tamaşasının strukturu. Xoreoqrafik formalar, ifadə vasitələri. Romantizm anlayışının tərifi və onun balet sənətində peyda olması. Bunun sosial və siyasi səbəbləri. Balet romantizmində iki istiqamət. Romantizm dövrünün ilk əsəri — F. Talyoni “Silfida” (1832-ci il) və uşaqlar üçün — A. Burnonvil “Silfida” (1836-cı il). Romantik baletin şah əsəri dünya şöhrətli bəstəkar A. Adanın “Jizel” baleti. Tamaşanın baletmeysterləri J. Perro və J. Koralli. Baletin səhnə taleyi. Romantizm dövrünün görkəmli balerinaları:. M. Talyoni (1804-1884), F. Elsler (1810-1894), F. Çerrito (1817-1909), K. Qrizi (1819-1899). Postromantizm. Fransız baletmeysterlər J. Mazilye (1801-1868) və A. Sen-Leonun (1821-1870) yaradıcılığı.
II Rus balet teatrının tarixi
- Qədim Rusiyanın rəqs mədəniyyəti
Rus baletinin xalq mənbələri. Saray teatrının formalaşmasının ilkin sosial şərtləri. I Pyotr dövründə rəqs mədəniyyəti.
- Rusiyada peşəkar balet təhsilinin yaranması
Peterburq və Moskvada peşəkar xoreoqrafiya təhsilinin başlanması. İlk baletmeysterlər. Saray baleti və onun rus mədəniyyətindəki əhəmiyyəti. İlk rus baletmeysteri İ. Valberx. Onun yaradıcılığında müasir və vətənpərvərlik mövzusu.
- Balet tamaşasının islahatında Ş. Didlo yaradıcılığının əhəmiyyəti
Balet artistləri üçün peşəkar təhsil sisteminin təkmilləşdirilməsində Ş. Didlonun rolu. Puşkin dövrü baletinin ümumi xarakteristikası. Ş. Didlo yaradıcılığı və onun rus ifaçılıq sənətinin formalaşmasındakı rolu və əhəmiyyəti. XIX əsrin əvvəllərində Moskva balet teatrı. A. Qluşkovskinin yaradıcılığı.
- Petipa yaradıcılığının əhəmiyyəti
Avropa və rus balet teatrının ümumi xarakteristikası. M. Petipanın (1818-1910) bioqrafiyası. M. Petipa yaradıcılığının Rusiyada başlanması. M. Petipanın Peterburq truppasına başcılıq etməsi. M. Petipanın yaradıcılıq metodları. Onun baletlərinin strukturu, xoreoqrafik formalar və ifadə vasitələri. M. Petipa baletlərində dünya balet texnikasının nailiyyətləri. “Fironun qızı” (1862), Don Kixot (1869), “Çar Kandavl” (1863), “Bayaderka” (1877). “Kölgələr” (L. Minkus “Bayaderka” baletinin II aktı) timsalında rəqsin simfonizasiya problemi. M. Petipanın P. İ. Çaykovski və A. Qlazunov kimi bəstəkar-simfoniyaçılarla birgə yaradıcılıq fəaliyyəti. “Yatmış gözəl” və “Raymonda” baletləri. M. Petipa baletlərinin ifaçıları: P. Lenyani, M. Kşesinskaya, O. Preobrajenskaya, Y. Vazem, P. Gerdt, S. Leqat. M. Petipa yaradıcılığının əhəmiyyəti. M. Petipa baletlərinin müasir səhnə həyatı. M. Petipa irsinin qorunması problemi. M. Petipanın davamçısı – L. İ. İvanov. L. İvanov (1834-1901) – rəqqas, baletmeyster, pedaqoq. “Sonalar gölü” (“sonalar”ın səhnəsi) – L. İvanov yaradıcılığının zirvəsi, “Şelkunçik” (1892).
- “Rus fəsilləri” və onların dünya müstəvisində əhəmiyyəti
- P. Dyagilevin fəaliyyəti. Parisdə ilk “Rus fəslinin” təşkil edilməsi (1909, 1910, 1911). Bəstəkar, xoreoqraf, rəssam və artistlərin dostluq ittifaqı. “Rus baleti” truppasının yaranması. Vatslav və Bronislava Nijinskilərin, L. Myasinin baletləri. D. Balançin və M. Fokinin baletmeyster kimi şöhrət tapmaları. Dünya balet teatrının taleyində “Rus fəsilləri”nin tarixi əhəmiyyəti.
- Balet teatrı islahatlarına M. Fokin və A. Qorskinin ümumi və fərqli baxışları.
- Qorski (1871-1924) – artist, baletmeyster, pedaqoq. Onun Bolşoy teatrının repertuarının yenilənməsində rolu. M. Fokin (1880-1942) – rəqqas, pedaqoq, baletmeyster. Plastikanın yenilənməsi, yeni ifadəlilik fəndləri. M. Fokin islahatlarının mahiyyəti. M. Fokin və A. Qorskinin ümumi və fərqli baxışları. M. Fokinin baletləri. M. Fokinin “Axına qarşı” kitabı.
III Sovet baleti tarixi
- Qoleyzovski yaradıcılığının sovet baletmeysterlərinin xoreoqrafiyasında yeniliklərin axtarışına təsiri. F. Lopuxov – xoreoqrafik simfonizasiya. Onun nəzəri əsərləri.
Sovet baletinin yaranması və formalaşması. Oktyabr İnqilabı dövründə və inqilabdan sonrakı balet teatrı.
- Qoleyzovskinin yaradıcılığı.
- Qoleyzovski (1892-1970). Qoleyzovskinin yaradıcılıq axtarışlarının sovet xoreoqraflarının yaradıcılığına təsiri.
- Lopuxovun yaradıcılığı.
- Lopuxov (1886-1973) – rəqqas, baletmeyster, pedaqoq. Rəqs-simfoniya janrının banisi. (“Kainatın nəhəngliyi”, 1923). F. Lopuxovun ədəbi əsərləri. F. Lopuxovun şagirdləri və davamçıları (J. Balançin, Y. Qriqoroviç, İ. Belski). Müasir xoreoqrafiyanın inkişafında Lopuxovun yaradıcılıq irsinin yeri.
- Sovet dövrünün dram-balet epoxası.
Dram-balet janrının xüsusiyyətləri və janrın inhisarlaşma səbəbləri. Dram-balet epoxasının baletmeysterləri: V. Vaynonen (1901-1964), R. Zaxarov (1907-1984). V. Vaynonen baletləri. Dram-baletin ədəbi süjetləri. L. Lavrovski (1905-1967), V. Çabukiani (1910-1992) – baletlər, klassik irs. A. Y. Vaqanovanın pedaqoji fəaliyyəti. A. Y. Vaqanovanın pedaqoji sisteminin əhəmiyyəti. A.Y. Vaqanova (1859-1951) – rəqqasə, baletmeyster, pedaqoq. Vaqanova metodikasının mahiyyəti və əhəmiyyəti. A. Y. Vaqanovanın şagirdləri. Dram-balet epoxasının 1930-1950-ci illərində ifaçılıq sənəti. M. Semyonova (1908-2010), Q. Ulanova (1910-1998), F. Balabina (1910-1982), T. Veçeslova (1010-1991), N. Dudinskaya (1912-2003), A. Şelest (1919-1998), O. Lepeşinskaya (1916-2008), K. Sergeyev (1910-1992), A. Yermolayev (1910-1975), A. Messerer (1903-1992), M. Qaboviç (1905-1965). Böyük Vətən Müharibəsi illərində balet teatrı. L. Yakobsonun yaradıcılıq fenomeni. L. Yakobson (1904-1975) – rəqqas, baletmeyster. Yaradıcılıq tərzinin və ifadəlilik vasitələrinin seçim xüsusiyyətləri. L. Yakobson xoreoqrafiyasının təsnifatı.
- Dram-baletin böhranı. Xoreoqrafiyada yeni yaradıcılıq axtarışları.
Xoreoqrafiyada yeni janr axtarışları. Balet teatrında 1960-cı illər islahatları. İslahatların liderləri – Y. Qriqoroviç və İ. Belski. Y. Qriqoroviç (1927) – rəqqas, baletmeyster. Y. Qriqoroviçin süjetli baletlərində xoreoqrafik simfonizm problemi. Y. Qriqoroviçin baletlərində ənənə və novatorluğun qorunması. İ. Belski (1925-1999) – rəqqas, baletmeyster, pedaqoq, nəzəriyyəçi. İslahatçı xoreoqraf, xoreoqrafik simfonizmin ardıcıl ideoloqu. 1960-1970-ci illərin balet teatrı. “Yeni dalğa” baletmeysterləri. O. Vinoqradov (1937), N. Boyarçikov (1935), N. Kasatkina və V. Vasilyev. 1950-1970-ci illərin ifaçılıq sənəti: O. Moiseyeva, N. Kurqapkina, M. Plesetskaya, R. Struçkova, N. Bessmertnova, Y. Maksimova, A. Osipenko, İ. Kolpakova, Q. Komleva, N. Makarova, B. Breqvadze, İ. Muxamedov, Y. Solovyov, R. Nureyev, M. Barışnikov, V. Vasilyev, N. Dolquşin, M. Liepa.
- XX əsrin ikinci yarısında balet teatrının inkişaf meylləri
Balet teatrının əsas inkişaf meylləri və yeni obrazlılıq axtarışları. B. Eyfmanın rəhbərlik etdiyi truppa. B. Eyfmanın baletləri. D. Bryantsev və V. Yelizaryevanın baletmeyster yaradıcılığı. 1980-2000-ci illərin ifaçılıq sənəti. Q. Mezentseva, A. Asılmuratova, J. Ayupova, U. Lopatkina, D. Vişnyova, S. Zaxarova, K. Zaklinski, Y. Maxalina, F. Ruzimatov, İ. Zelenski, N. Tsiskaridze, Y. Kondaurova.
- XX-XXI əsrlərdə xarici balet teatrı. Rus və xarici baletlərinin qarşılıqlı təsiri.
Avropa, ABŞ, Çin və Yaponiyada balet sənəti.
- Klassik irsin qorunması problemləri.
Zamanda yaşayan klassika. Xoreoqrafiyanın fiksasiyası.
- XXI əsrdə balet
Rus və dünya balet teatrının müasir inkişaf meylləri. Səhnə rəqsinin inkişafı kontekstində baletmeyster və balet ifaçılıq yaradıcılığının əsas istiqamətləri. Balet tamaşasının mövzusu. Musiqinin rolu. Plastik ifadəliyin yeni vasitələri. Yeni rəqs növləri və onların balet sənəti ilə qarşılıqlı əlaqəsi. Balet tamaşasının tərtibatında müasir texniki imkanlardan istifadə və bu faktorun tamaşanın estetikasına təsiri.
IV Azərbaycan balet teatrının tarixi
- Qədim Azərbaycan rəqs mədəniyyəti
Qədim Azərbaycan xalq rəqsləri. Ayinlər, folklor, el şənlikləri, xalq oyunları və yarışmaları.
- Azərbaycanda professional balet təhsilinin təşəkkülü
İlk dram, opera və balet kollektivlərinin yaranmasında Ü. Hacıbəyli, M. Maqomayev, H. Ərəblinski və Azərbaycan incəsənətinin digər görkəmli xadimlərinin xidmətləri. XX əsrin 20-ci illərində Moskva və Petroqradın balet ustalarının Azərbaycana qastrolları. Balet rəqsi üzrə ilk studiyaların yaranması. 1922-ci ildə Bakıda “balet studiyası”nın açılışı, sonralar 1923-cü ildə “Ritm və rəqs üzrə balet studiyası”, 1929-cu ildən isə Bakı Xoreoqrafiya Məktəbinə çevrilmişdir. İlk məktəbli klassik baletlər. 1936-1937-ci illərdə P. İ. Çaykovskinin “Yatmış gözəl” baletindən V. Yermolayev və Q. Yazvinskinin quruluş verdiyi kompozisiya. Həmin vaxt Ə. Bədəlbəyli tərəfindən xoreoqrafiya məktəbi şagirdləri üçün “Tərlan” baleti yaradılır. İlk dəfə Q. Almaszadə xoreoqraf qismində çıxış etmişdir. Novatorluq – klassik xoreoqrafiyanın Azərbaycan xalq rəqsinin elementləri ilə sintezi sahəsində ilk təcrübə.
- Fikrət Əmirov adına ilk peşəkar mahnı və rəqs ansamblının yaranması
1837-ci ildə il peşəkar mahnı və rəqs ansamblı yaranmışdır. Milli səhnə rəqsinin inkişaf yolları. Yaranmış ansamblın bədii rəhbəri Q. Almaszadə. İlk baletmeysterlər Ə. Abdullayev, Q. Almaszadə. Repertuar. İlk ifaçılar: Q. Almaszadə, T. Həmidova, Ə. Dilbazi. 1938-ci ildə milli mədəniyyət bayramı – Moskvada incəsənət dekadası.
- İlk klassik milli balet – Ə. Bədəlbəylinin “Qız qalası” baleti
İlk klassik milli baletin yaranmasının ilkin şərtləri: Ü. Hacıbəylinin musiqili komediyaları, “Leyli və Məcnun” və “Koroğlu”, M. Maqomayevin “Şah İsmayıl”, R. Qliyerin “Şahsənəm” operalarında ilk rəqs formaları. Q. Almaszadənin baletmeyster yaradıcılığına başlaması. Ə. Bədəlbəylinin “Qız qalası” baleti (1940). Baletin musiqili-xoreoqrafik dramaturgiyası. Tamaşada xalq rəqsləri (divertisment). Proloq və epiloqa malik 3 aktlı balet – balet tamaşasının ənənəvi klassik formasında çıxış edir. İlk ifaçılar: Q. Almaszadə, K. Bataşov, A. Urvantsev.
- Almaszadə yaradıcılığının əhəmiyyəti
- Almaszadə (1915-2006). Bioqrafiya, Moskva və Leninqradda təhsil illəri. İfaçılıq fəaliyyəti. Rus klassik rəqs məktəbinin ən yaxşı yetirmələrindən biri, A. Y. Vaqanova ənənələrinin yaşadıcısı. “Sonalar gölü”, “Baxçasaray fəvvarəsi”, “Don Kixot”, “Qırmızı çiçək” və digər klassik baletlərdə aparıcı partiyaların ifaçısı. Azərbaycan səhnəsində klassik baletlərin redaksiyaları. Quruluşları: Ə. Bədəlbəylinin “Qız qalası” (ikinci quruluş 1949), S. Hacıbəyovun “Gülşən” (1948) baletləri. 1951-ci ildə SSRİ Dövlət mükafatı laureatı. İ. Morozovun “Doktor Aybolit” (1949), B. Zeydmanın “Qızıl açar” (1957), Ə. Abbasovun “Qaraca qız” (1965), F. Əmirovun “Şur” (1968). Klassik baletlərin yeni redaksiyaları. Balet truppasının bədii rəhbəri və baş baletmeysteri. Q. Almaszadə — L. Vəkilova, R. Axundova, E. Almazova, T. Cəfərova, R. Hacıyeva, T. Məmmədova, R. Məmmədova, Ç. Babayeva, T. Şirəliyeva, V. Zeynalova, O. Arifulina, İ. Nizametdinova və bu gün də öz yaradıcılıq fəaliyyətini ölkədə və ölkədən kənarda davam etdirən bir sıra görkəmli rəqqas, pedaqoq və baletmeyster yetişdirmişdir.
- XX əsrin 30-40-cı illərində Azərbaycan balet teatrı
Azərbaycan opera və balet teatrının səhnəsində klassik baletlər. Baletdə yeni istiqamətin inkişafı. R. Qliyerin “Qırmızı çiçək” baleti. Baletin sovet balet sənətinin inkişafında əhəmiyyəti. Yeni xoreoqrafik dil üslubu, müasir mövzu. B. Asafyevin “Baxçasaray fəvvarəsi” dram-baleti (baletmeyster R. Zaxarov). Balet tamaşasının rejissor həlli. Pantomima və rəqsin nisbəti. Baletdə realistik obrazların yaradılması.
- Hacıbəyovun “Gülşən” baleti
- Hacıbəyovun “Gülşən” baleti müasir mövzuda ilk milli baletdir. Baletmeyster Q. Almaszadə (1949). Balet SSRİ Dövlət mükafatına layiq görülmüşdür. İlk ifaçıları – Q. Almaszadə, L. Vəkilova, K. Bataşov, M. Məmmədov.
- Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri, onların balet sənətinin inkişafında tarixi əhəmiyyəti
“Yeddi gözəl” baleti, baletmeyster P. Qusev. 1952-ci ildə baş tutmuş baletin ilk quruluşu və sonrakı redaksiyaları. Baletin ideyası, sosial münaqişə, bədii obrazlar. “İldırımlı yollarla” baletinin ilk quruluşu. Baletmeyster K.Sergeyev (1958). Görkəmli bəstəkar Qara Qarayevin balet əsərləri XX əsrin ikinci yarısına aid böyük əhəmiyyət kəsb edən balet sənəti əsərlərinə aiddir. P. Çaykovski, A. Qlazunov, S. Prokofyev, İ. Stravinski və müəllimi D. Şostakoviçin timsalında rus klassik və sovet baletinin ən yaxşı ənənələrini davam etdirən Q. Qarayevin baletləri böyük simfonik inkişaf ustalığı ilə seçilmiş və özünəməxsus yer tutmuşdur. “Fərdi və sosial ziddiyyət xətlərinin bir-birinə sıx əlaqəsində inkişaf edən hadisələrin dramaturji mənalılığı və musiqinin həqiqətən simfonik şəkildə işlənilməsi, musiqi xüsusiyyətlərinin çoxşaxəliyi” — D. Şostakoviçin Qarayev baletlərinə verdiyi tərifdir. İfaçılar: Q. Almaszadə, L. Vəkilova, R. Axundova, K. Bataşov, Y. Kuznetsov, A. Urvantsev. Q. Qarayev baletlərinin Azərbaycan klassik balet sənətinin sonrakı inkişafına təsiri və dünya balet sənətində tarixi əhəmiyyəti.
- XX əsrin 60-80-ci illərində Azərbaycan baleti
Balet sənətində yeni istiqamətlərin əmələ gəlməsi. A. Məlikov-Y. Qriqoroviçin “Məhəbbət əfsanəsi” baleti 1961. Baletmeysterin novatorluğu və bəstəkarla əməkdaşlığı. Tamaşanın rejissor həlli. Baletin musiqili-xoreoqrafik dramaturgiyası. Baletin xoreoqrafik quruluşunun simfonizasiya prosesinin başlanması. Yeni plastika. Ənənələrin qorunub saxlanılması. Süjet xəttinin inkişafında divertismentin yeri. İfaçılar: L. Vəkilova, R. Axundova, Ç. Babayeva, V. Dankeviç, R. İsmayılova, T. Şirəliyeva, D. Hacıyev, V. Pletnyov. “Məhəbbət əfsanəsi” baleti ümumiyyətlə balet tamaşasının, yəni balet simfonizasiyasının inkişafına əhəmiyyətli dərəcədə təkan vermişdir. Q. Almaszadə yaradıcılığında yeni nəfəs. “Şur” baleti R. Axundova və M. Məmmədovun baletmeyster fəaliyyətlərinin əsasını qoydu.
- Baletmeysterlər R. Axundova və M. Məmmədov
İlk biraktlı baletlərin yaranması – T. Bakıxanovun “Xəzər balladası”, F. Qarayevin “Qobustan kölgələri”. Modern-balet kimi yeni cərəyanın yaranması (1969), D. Skarlatti “Kaleydoskop” (1971). “Yallı”, “Lezginka” xoreoqrafik miniatürlər, R. Hacıyevin “Azərbaycan süitası” (1969), N. Əliverdibəyovun “Muğam” əsəri. Fransaya uğurlu qastrol səfərləri. Q. Qarayev baletlərinin yeni quruluşları. “İldırımlı yollarla” (1974), “Yeddi gözəl” (1978), “Yeddi gözəl” film-balet (1982).
- Azərbaycan səhnə ustalarının ifaçılıq sənəti
- Vəkilova, R. Axundova, R. İsmayılova, V. Dankeviç, T. Məmmədova, Ç. Babayeva, T. Şirəliyeva, V. Pletnyov, V. Zeynalova, R. Zeynalov, O. Arifulina, R. Arifulin, İ. Nizametdinova, V. Axundov, Q. Poladxanov. Onların “Qız qalası”, “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Məhəbbət əfsanəsi”, “Şur”, “Çitra”, “Leyli və Məcnun”, “Xanım və xuliqan” baletlərində yaratdığı unudulmaz obrazlar. Klassik simfoniya. Rəqqasların ifaçılıq məharətlərinin təkmilləşdirilməsinə xidmət edən klassik balet tamaşalarında aparıcı partiyalar: “Jizel”, “Sonalar gölü”, “Yatmış gözəl” və s.
- Azərbaycan baletində tarix mövzusu
- Əlizadənin “Babək” baleti. Baletmeysterlər R. Axundova və M. Məmmədov (1986). İlk dəfə olaraq qəhrəmanlıq mövzusu. Süjet xətti , dramaturgiya, bədii obrazlar, xoreoqrafik leksika.
- Əmirovun balet əsərləri
“Şur”, baletmeyster Q. Almaszadə. “Nəsimi”, baletmeyster N. Nəzirova, “Nizami”, baletmeyster V. Budarin, “Min bir gecə”, baletmeyster N. Nəzirova. Əsas ideya, xoreoqrafik leksika, balet tamaşasının dramaturji həlli.
- Qarayevin “Leyli və Məcnun” simfonik poemasının xoreoqrafik təcəssümü
- Nəzirovanın quruluşunda “Leyli və Məcnun” baleti. Fəlsəfi yanaşma. Qeyri-ənənəvi balet musiqisinə müraciət. Yeni xoreoqrafik dil üslubu. İfaçılar: V. Pletnyov və T. Məmmədova tərəfindən yaradılmış unudulmaz obrazlar.
- Azərbaycan xalq rəqsi – yeni istiqamət
1970-ci ildə Azərbaycan Dövlət Rəqs Ansamblının yaradılması. Səhnə rəqsinin inkişafına olan zərurət, ilkin şərtlər. Ənənələrin qorunub saxlanılması və qabaqcıl ideyalar. Xalq melodiyalarının yeni aranjemanları. Xoreoqrafik quruluşların mürəkkəbləşməsi. Azərbaycan xalq rəqslərinin ifaçılıq səviyyəsinin yüksəldilməsi. Qadın və kişi solo və kütləvi rəqslərinin inkişafı və xüsusiyyətləri. Səhnə geyimi sahəsində islahatlar. Baletmeysterlər: Ə. Abdullayev, X. Zülfüqarova, F. Vəliyev, H. Nəsirov, R. Axundova, A. Məlikova, Y. Qasımov, C. Bayramova. Yeni repertuar. Xarici ölkələrə qastrol səfərləri. Solistlər: K. Dadaşov, R. Eynullayev, R. Əzizov, Q. Qurbanov, Y. Qasımov, A. Məlikova, T. Muradova, R. Xəlilzadə, S. Qasımova, E. Cəfərova və başqaları. Son illərin quruluşları.
- Müstəqillik dövrü Azərbaycan balet teatrı
Yeni biraktlı balet tamaşaları. T. Şirəliyevanın quruluşunda A. Əlizadənin “Qafqaza səyahət” və Niyazinin “Rast” balet tamaşaları. Q. Kovtunun quruluşunda R. Driqonun “Arlekinada”, P. Çaykovskinin “Romeo və Culyetta” (uvertüra-fantaziya) balet tamaşaları. P. Ağalıyayın quruluş verdiyi X. Mirzəzadənin “Ağ və qara”, J. Bizenin “Karmen-süita” balet tamaşaları, R. Axundovanın quruluş verdiyi F. Qarayevin “Tanrıdan” balet tamaşası. R. Axundova və M. Məmmədovun quruluş verdikləri P. Çaykovskinin iki aktlı “Şelkunçik” baleti. Q. Aleksidzenin quruluşunda Q. Qarayevin “Leyli və Məcnun” baleti. Fransadan xüsusi dəvət olunmuş baletmeyster Alen Amberin tamamilə yeni və müasir balet üslubunda quruluş verdiyi S. Prokofyevin “Vəsvəsə” klassik simfoniyası. V. Usmanovun quruluş verdiyi P. Bülbüloğlunun “Eşq və ölüm” balet tamaşası. İfaçılar: M. Əliyeva, Q. Poladxanov, Z. Fətullayev, R. İskəndərova, G. Mirzəyev, N. Ramazanova, Y. Lobaçov, S. Səmədov, M. Ferştandt, A. Mikayılov, N. İbrahimova, K. Hüseynova, A. Gimadiyeva, E. Süleymanova, C. Kərimova.
- Rimski-Korsakov “Şəhrizadə” baleti – xoreoqraf M. Fokin, T. Bakıxanov “Xeyir və şər”, “Xəzər balladası” baletləri – xoreoqraf T. Şirəliyeva, Q. Qarayev “Don Kixot” simfonik qravürlər – xoreoqraf Q. Kovtun, J. Bize “Arl şəhərindən qız” baleti – xoreoqraf N. Malıgina, İ. Ştraus “Düyməcik” ikiaktlı balet – xoreoqraf L. Sabitova, M. Ravel “Bolero” – xoreoqraf N. Musen.
Ə. Bədəlbəylinin “Qız qalası” baletinin yeni librettosu, yeni redaksiyası (1999).
- Qarayevin “Yeddi gözəl” baletinin yeni quruluşu. Baletmeyster V. Medvedev (2008).
- Axundova və M. Məmmədov tərəfindən 1969-cu ildə səhnə həyatı görmüş F. Qarayevin “Qobustan kölgələri” baletinin tamaşasının təkrar quruluşu, bərpası. Baletin yeni redaksiyasının həyata keçirilməsi üçün Böyük Britaniyadan baletmeyster Maksin Brahan dəvət olunmuşdur. Tamaşanın premyerası 2013-cü ildə Qobustanda açıq səma altında keçirilmişdir. Tamaşada dekorasiya qismində tarixi hadisələrin şahidi olmuş iri qayalar istifadə edilmişdir.
- Pyatsolla “Məhəbbət tanqosu” – baletmeyster L. Sabitova.
- Azərbaycanda xoreoqrafiya sahəsində ali təhsil və akademizm
1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ilk dəfə olaraq Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevin təşəbbüsü ilə Xoreoqrafiya sənəti kafedrası təşkil olunmuş, bu sahədə yüksəkixtisaslı kadrların yetişdirilməsində yeni imkanlar yaranmışdır. Pedaqoji heyət: R. Axundova, Z. Ağayev, L. Ağayeva, T. Şirəliyeva, L. Həsənova, X. Kalantarov, G. Mirzəyev, F. Vəliyev, T. Məmmədova. Məzunlar: R. İskəndərova, S. Səmədov, E. Hacıyeva, M. Nəzərova, Y. Çernousova, E. Süleymanova, N. Məmmədova, A. Mikayılov, C. Kərimova, E. Əzizov və başqaları.
Bakı Xoreoqrafiya Akademiyası. Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2014-cü il tarixli sərəncamına əsasən Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksi yaradılmış və fəaliyyətə başlamışdır. Şərq aləmində xoreoqrafıya təhsilinin əsası ilk dəfə Azərbaycanda qoyulmuş və ibtidai, ümumi orta, tam orta, orta ixtisas, bakalavriat, magistratura və doktorantura təhsil pillələrini özündə birləşdirən Şərqin ilk Xoreoqrafıya Akademiyası da məhz Azərbaycanda yaradılmışdır. Akademiya qarşısında duran vəzifələr: xoreoqrafıya sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, peşəkar balet və rəqs ustalarının yetişdirilməsi, ixtisas müəllimlərinin dərəcələrinin artırılması, elmi potensialın gücləndirilməsi, xoreoqrafıya sənətinə dair sanballı tədqiqat əsərlərinin yazılması və milli xoreoqrafıya sənətinin beynəlxalq müstəvidə tanıdılması. Akademiya Avropa İncəsənət Universitetləri Liqasına üzv seçilmişdir. 10 ölkənin 12 təhsil müəssisəsi ilə əməkdaşlıq sazişləri bağlamışdır. 18 dünyaca məşhur balet ustası və xoreoqraflarının ustad dərsini təşkil etmişdir. P.İ.Çaykovskinin “Şelkunçik”, T. Bakıxanovun “Şərq poeması”, Q. Qarayevin “Yeddi gözəl”, L.Minkusun “Don Kixot”, Ə. Bədəlbəylinin “Qız qalası” baletlərini, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən “Ömrünü xalqına bəxş edən lider”, Azərbaycan professional musiqisinin və milli balet məktəbinin görkəmli nümayəndələri olan Şərqin ilk balerinası Qəmər Almaszadə və maestro Əfrasiyab Bədəlbəyliyə ithaf olunmuş “Prima və maestro”, “Qələbə”, “Zəfər” və “Laçın” xoreoqrafik kompozisiyaları, “Azərbaycan yurdum mənim”, “Səmayi-Şəms”, “Arşın mal alan” rəqs tamaşalarını təqdim etmişdir. Akademiya “Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə Beynəlxalq Müsabiqə” təsis etmişdir. Müsabiqə 2016 və 2018-ci illərdə dünyanın 12 ölkəsindən olan 324 iştirakçı arasında keçirilmişdir.
Birinci müsabiqənin qalibləri:
Sübhan Abışev (Azərbaycan), Yulia Stankeviçiute (Litva), Timur Oduşev (Azərbaycan), Nərmin Vəkilova və Ayxan Əhmədlinin klassik dueti (Azərbaycan), milli solo ifasında (kiçik yaş qrupu) Tutu Tahirli (Azərbaycan), milli solo ifasında (böyük yaş qrupu) Fatimə Əlimova (Azərbaycan). «Azərbaycan Qartalları» ansamblı, Jurgenov adına Qazaxıstan Milli Sənət Akademiyasının ansamblı (Qazaxıstan)
Qran-Pri mükafatına C. Kərimova layiq görülmüşlər.
İkinci müsabiqənin qalibləri:
üçüncü yerə Lean Reyzer və Elinor Ostrovski dueti (İsrail), Jasmin Seizova (Bolqarıstan), Dilarə Mehdiyeva (Azərbaycan), Roman Yuşşenko – Olqa Qnizdilova dueti (Ukrayna);
ikinci yerə Metis Lova (ABŞ), Ayan Eyvazova – Makar Ferştdandt dueti (Azərbaycan), Yelena Polevayeva – Vladislav Andriyenko dueti (Ukrayna);
birinci yerə Qumar Sultanbek (Qazaxıstan), İrina Matsepa (İspaniya) və “Bakının ulduzları” rəqs ansamblı (Azərbaycan);
Qran-Pri mükafatına Rusiya Federasiyasından Mistislav Arefyev və Yaponiyadan Siori Fukuda dueti layiq görülmüşlər.
- Azərbaycan rəqsinin yaranma mənbəyi, Azərbaycan milli səhnə rəqsinin yaranma tarixi
Eramızdan əvvəl rəqslə ilk tanışlıq, rəqsin təbiətlə vəhdəti, Azərbaycan rəqsinin özfəaliyyət inkişafı və milli rəqslərin professional səhnəyə gəlmə tarixi. Quruluşlar və repertuarlar.
- Ə.Abdullayevin yaradıcılığı, quruluş verdiyi rəqslər
Xalq artisti Ə.Abdullayevin rəqslə tanışlığı, rəqqas kimi fəaliyyət göstərdiyi ansambllar. Azərbaycan teatrlarında fəaliyyəti və quruluşları. Azərbaycan kinolarında verdiyi quruluşlar. Dövlət ansambllarında baletmeyster xoreoqraf kimi fəaliyyəti.
- Akademik Dövlət Rəqs Ansamblının yaranma tarixi və repertuarı
Azərbaycan Dövlət Rəqs Ansamblında fəaliyyət göstərmiş tanınmış xalq artistləri və əməkdar artistləri haqqında məlumat. Dəvət olunmuş tanınmış baletmeysterlərin quruluşları. Yaranan gündən bu günədək istifadə olunan rəqslər və repertuarlar.
- Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının yaranma tarixi və repertuarı
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında fəaliyyət göstərmiş tanınmış xalq artistləri və əməkdar artistləri haqqında məlumat. Dəvət olunmuş tanınmış baletmeysterlərin quruluşları. Yaranan gündən bu günədək istifadə olunan rəqslər və repertuarlar.
- Azərbaycan baletmeysterləri və onların quruluş verdiyi rəqslər haqqında
Azərbaycan milli rəqs tarixində Ə.Abdullayev, F.Vəliyev, Q.Nəsirov, Y.Qasımov və digər tanınmış baletmeysterlərin yaradıcılığı və quruluşları.
- Cəngi Rəqs Ansamblının yaranma tarixi və repertuarı
Cəngi Rəqs Ansamblında fəaliyyət göstərmiş tanınmış xalq artistləri və əməkdar artistləri haqqında məlumat. Dəvət olunmuş tanınmış baletmeysterlərin quruluşları. Yaranan gündən bu günədək istifadə olunan rəqslər və repertuarlar.
- Dünya baletləri haqqında məlumat
P.İ.Çaykovski, M.Petipa və digər bəstəkarların baletlərinin musiqisi və quruluşu haqqında məlumat. Xoreoqrafik formalarda ifadə vasitəs
- Azərbaycan baletləri haqqında məlumat, bəstəkarların milli rəqslərdə bəstələdiyi musiqilər
Azərbaycanda Q.Qarayev, F.Əmirov, Ə.Bədəlbəyli, A.Məlikov və digər tanınmış bəstəkarların baletlərində istifadə olunmuş musiqilər və quruluşlar.
- “Naz eləmə” rəqsinin quruluşu, təhlili və yaranma tarixi
Rəqsdə istifadə olunan elementlərin və hərəkətlərin düzgün istifadəsi. “Naz eləmə” rəqsinin tanınmış rəqqas və rəqqasələr tərəfindən ifası.
- “Bulaq başı” rəqsinin quruluşu, təhlili və yaranma tarixi
Rəqsdə istifadə olunan elementlərin və hərəkətlərin düzgün istifadəsi. “Bulaq başı” rəqsinin tanınmış rəqqas və rəqqasələr tərəfindən ifası.
- Azərbaycan milli rəqsində “Yallı” rəqslərinin növləri və xüsusiyyətləri
Azərbaycan ərazisində “Yallı” rəqslərinin növləri, ifası. Hər bir bölgənin özünəməxsus geyim tərzi və musiqiləri
- Azərbaycan milli rəqsində qadın rəqsləri haqqında məlumat
Qadın rəqslərində lirik, orta və templi rəqslərin ifası. Əl və ayaq hərəkətlərinin təhlili. Qadın rəqslərində istifadə olunan geyimlər.
- Azərbaycan milli rəqsində kişi rəqsləri haqqında məlumat
Kişi rəqslərində lirik, orta və templi rəqslərin ifası. Əl və ayaq hərəkətlərinin təhlili. Kişi rəqslərində istifadə olunan geyimlər.
- Azərbaycan milli rəqsində istifadə olunan məişət əşyaları və aksesuarlar
Milli rəqslərdə kişi və qadın rəqslərinin ifası. Bu rəqslərdə istifadə olunan əşyaların və aksesuarların rəqsin mövzusuna uyğunluğu (Qaval, nəlbəki, yaylıq, çomaq, səhəng, xonça).
- “Turacı” rəqsinin quruluşu, təhlili və yaranma tarixi
Azərbaycan milli rəqsinin tarixində “Turacı” rəqsini ifa etmiş tanınmış rəqqasələr və rəqsin mövzusu (Ə.Dilbazi, C.Bayramova, S.Hüseynli).
- Azərbaycan xalq rəqslərində oyunlar, xalq bayramları, adətlər, ənənələr, əfsanələr, şənliklər
Azərbaycan ərazisində bir çox bayramların, adətlərin, ənənələrin qorunub saxlanması və onların səhnələşmiş formalarının Azərbaycan milli rəqslərində istifadəsi.
- Azərbaycan bölgələrində istifadə olunan rəqslər və rəqs mədəniyyəti
Azərbaycan ərazisində azsaylı xalqların adət-ənənələrinin inkişafı. Bu inkişaf yolunda milli rəqslərin formalaşması, tarixi və milli rəqslərin növlərinin istifadəsi.
- Azərbaycan baletində milli rəqslərin rolu və onların ifa tərzi
Milli baletlərdə milli rəqslərin repertuara salınması və istifadəsi (“Qaytağı”, “Nəlbəki”, “Şələqoy”) və s.
- Ə.Dilbazi yaradıcılığı
Xalq artisti Ə.Dilbazinin rəqslə tanışlığı, rəqqas kimi fəaliyyət göstərdiyi ansambllar. Azərbaycan teatrlarında fəaliyyəti və quruluşları. Azərbaycan kinolarında verdiyi quruluşlar. Dövlət ansambllarında baletmeyster xoreoqraf kimi fəaliyyəti.
- “Zorxana” rəqsinin təhlili və yaranma tarixi.
Azərbaycanın qədim adət-ənənəsi olan pəhləvanlıq sənətinin milli rəqsimizdə səhnələşmiş forması, pəhləvanların əşyaları və aksesuarları haqqında məlumat.
ƏDƏBİYYAT
Azərbaycan dilində
- Almaszadə Q. “Azərbaycan xalq rəqsləri”. Bakı, 1959
- Həsənov K. “Аzərbaycan Qədim folkloru”. Bakı, 1983
- Həsənov K. “Azərbaycan Qədim folklor rəqsləri”. Bakı, “İşıq”, 1988.
- Hüseynova E. “A. Məlikovun “İki qəlbin dastanı” baletinin musiqisinə dramaturji xüsusiyyətləri”. Bakı, 2009.
- Rəhimli İ. “Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı”. Bakı, 2008
Rus dilində
1.Абызова Л. «История хореографического искусства. Отечественный балет XX-начала XXI века» Учебное пособие. СПб.,2012 2.Агреппина Ваганова «От царицы вариаций» до профессора хореографии.СПб.,2014
- 3. Армашевская К.Н. Вайнонен Н.В. «Балетмейстер Вайнонен» М. «Искусство»1971.
4.Блок Л. “Классический танец. История и современность” – М., 1987
5.Бахрушин Ю.А. «История русского балета» М.,1973.
- Богданов-Березовский В.М. «Статья о балете» Л.,1962
- Ванслов В.В. «Статьи о балете» Л., Музыка» 1980.
- Ванслов В.В.«Балеты Григоровича и проблемы хореографии» М., «Искусство»1968.
- Ванслов В.В. «Хореограф Ю.Григорович» М., «Изд-во «Театралис»2009.
10.Васильева В.П. Чернова Н.Ю. «Касьян Голейзовский» М., «Всероссийское театральное общ-во» 1984.
- Васильева-Рождественнская М.В. «Историко-бытовой танец» М., «Искусство»1987.
12.Вульфсон А.В. «Неоклассические балеты И.Ф.Стравинского» сб. «Музыка и хореография современного балета» выпуск I., Л. «Музыка» 1974.
13.Гасанов К. «Классический балет Азербайджана». Баку, 2000
14.Гасанова Л.К., Керимли А.К. «Музыкально-хореографическое единство в классическом экзерсизе». Баку, «М-П», 2008.
15.Гасанова Л.К. «Генезис классического экзерсиса» (метд.реком.) Баку 1997
16.Гасанова Л.К. «Катехизис теории и практики классического экзерсиса» (метд.реком.) Баку 1997
17.Гваттерини М. «Азбука балета»М.2001
18.Демидов А. «Лебединое озеро» М. «Искусство»1985.
19.Захаров Р.В. «Записки балетмейстера» М 1976
20.Захаров Р.В. «Сочинение танца» М. «Искусство» 1983.
21.Калистов Д.П. «Античный театр» Л. «Искусство» 1970.
22.Карп П. «О балете» М., «Искусство» 1967.
23.Касаткина Т.С. «Айседора. Гастроли в России» М. «Советский композитор» 1987.
24.Кашкай Х. «Азербайджанский балетный театр». Москва, 1987.
25.Климов.А.А. «Основы русского народного танца» М. «Искусство» 1981.
- 26. Королева Э.А. «Ранние формы танца» Кишинев «Штиинца» 1977.
27.Красовская В. Западноевропейский балетный театр. – Л.- «Искусство». 1979
28.Красовская В. Западноевропейский балетный театр. – Л.- «Искусство». 1981
29.Красовская В. Западноевропейский балетный театр. – Л.- «Искусство». 1983
30.Красовская В. История русского балета– Л.- «Искусство». 1978
31.Красовская В. Русский балетный театр от возникновения до середины
XIX века. – Л-М., 1958
32.Красовская В. Русский балетный театр второй половины XIX в. – Л-
М., 1963
33.Красовская В. «Русская балетная критика конца XVIII – первой половины XIX века». М. Искусство 1982
34.Лопухов Ф.В «60лет в балете» М., 1966.
35.Лопухов Ф.В. «Хореографические откровенности» М. «искусство»1972.
36.Мирзоев Г.А. «Жизнь в свете рампы» Баку 2018.
37.Микеладзе Г. “Балет Азербайджана» Баку 2013
38.Новерр Ж.-Ж. «Письма о танце и балетах». – М., 1927; – Л-М., Искусство 1965
39.Пасутинская В. «Волшебный мир танца» М., «Просвещение»1985
40.Петипа М.И. «Материалы воспоминания статьи» Л.1971
41.Петров О. «Русская балетная критика конца XVIII-го и первой половины XIX-го века» М., Искусство»1982
- Плетнев В.Н. «Гамэр Алмасзаде» Баку «Ишыг» 1985.
43.Пожарская М. Русское театрально-декорационное искусство конца Х1Х-начала ХХ века М., 1970
44.Розанова Ю. «Симфонические принципы балета П.И.Чайковского» М. «Музыка» 1976.
45.Силкин П.А. «Русская школа классического танца»С-Петербург 2012
46.Силкин П.А. «История и теория балетной педагогики» С-Петербург 2014
47.Смирнов И.В. «Искусство балетмейстера» М., «Просвящение»1988
48.Слонимский Ю. «Драматургия балетного театра» Х1Х в. – М., 1977
49.Соллертинский И. «Статья о балете»Л. «Музыка» 1973.
50.Суриц Е.Я. «Все о балете» М-Л «Искусство» 1966.
51.Суриц Е.Я. «Хореографическое искусство 1920-х годов». – М., 1979
52.Тагизаде А. Бадет «Гюльшен». Азернешр, 1966.
53.Фархадова Р.Д. «Балет Девичья башня» Баку «Азернешр» 1962.
- Фокин М.Н. «Против течения» Л. «Искусство»1981.
- Фридеричиа А. «Август Бурнонвиль» М. «Радуга» 1983.
- Худеков С.Н. «Всеобщая история танца» М. «ЭКСМО» 2010
57.Шихлинская Л.К. «Узоры хореографических легенд Азербайджанского балета» Баку 1977.
58.Шихлинская Л.К. «Мне снятся принцы» Баку «Изд. Азербайджан» 1997
59.Чиккетти Г. «Полный учебник классического танца» (школа Энрики Чиккетти) М. «АЕС» 2007
60.Эльяш Н. «Балет народов СССР» М., 1977
61.Энтелис Л.А. «100 балетных либретто» Л. «Музыка»1971
62.Энциклопедии: «Балет» М., «Советская энциклопедия» 1981.