6203.01 İNCƏSƏNƏTİN NƏZƏRİYYƏSİ, TƏHLİLİ VƏ TƏNQİDİ

 

İXTİSAS FƏNNİ ÜZRƏ

Fəlsəfə doktoru imtahanının

 

P R O Q R A M I

 

 

 

 

 

 

 

Bakı Xoreoqrafiya Akademiyasının

Elmi Şurasının 02 saylı protokolunun

18 noyabr 2019-cu il tarixli qərarı ilə təsdiq edilmişdir

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı – 2019

 

TƏRTİB EDƏNLƏR:

Lyudmila Qasım qızı Həsənova

pedaqogika üzrə fəlsəfə doktoru, BXA-nın professoru

 

Sevda Rafiq qızı Sadıxbəyova

Azərbaycan Respublikasının Əməkdar rəssamı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BXA-nın professoru

 

Sonaxanım Qulam qızı İbrahimova

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BXA- nın professoru

 

Ülkər Sabir qızı Əliyeva

Sənətşünaslıq üzrə elmlər doktoru, AMK-nın professoru

 

Rafik Kərim oğlu Sadıxov

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru,

BXA-nın professoru

Xəzər Atif oğlu Zeynalov

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

 

ELMİ REDAKTOR:

Maral Cəbrayıl qızı Manafova

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi,

pedaqogika üzrə fəlsəfə doktoru, professor

 

RƏYÇİLƏR:

Təranə Hüseyn qızı Muradova

Azərbaycan Respublikasının Xalq artisti, BXA-nın dosent

 

Ağaəli Müsəllim oğlu İbrahimov

Azərbaycan Respublikasının Xalq rəssamı, professor

 

Məryəm Əli qızı Əlizadə

Sənətşünaslıq üzrə elmlər doktoru, professor

 

Tamilla Fərrux qızı Kəngərli

Pedaqogika üzrə elmlər doktoru, professor

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İNCƏSƏNƏTİN NƏZƏRİYYƏSİ, TƏHLİLİ VƏ TƏNQİDİ

İZAHAT VƏRƏQİ

Hazırkı proqram Bakı Xoreoqrafiya Akademiyasında hazırlanmış və 6203.01 – ― İncəsənətin nəzəriyyəsi, təhlili və tənqidi‖ ixtisası üzrə fəlsəfə doktorluğu hazırlığı üçün nəzərdə tutulmuşdur. Proqram giriş, dörd bölmə, ədəbiyyat siyahısı və suallardan ibarətdir.

Girişdə proqramın tərkib hissələri, bölmələr və onları təşkil edən mövzular barədə müxtəsər məlumatlar öz əksini tapır. Proqramın birinci bölməsində ixtisas üzrə nəzəri və metodoloji biliklər əks olunmuşdur. Bu bölmə 16 mövzunu özündə birləşdirir. Həmin mövzulara sənətşünaslıq haqqında ümumi məlumatlar, incəsənət nəzəriyyəsi, bədii tənqid, təhlil, sənətşünaslıqla əlaqədar olan digər elm sahələri və s. nəzərdən keçirilir. İkinci bölmə incəsənət tarixi və dövr problemini əhatə edir. Bu bölmə altı mövzunu özündə birləşdirir. Həmin mövzular əsasən tarixi mərhələ və dövr münasibətlərini əks etdirir. Proqramın üçüncü bölməsi kompozisiya, məkan və zaman məsələlərinə həsr olunmuşdur. Bu bölmə 11 mövzudan ibarətdir. Burada kanonlaşma, ənənə və novatorluq, məkan və zaman, rəng nəzəriyyəsi və başqa mövzular şərh olunur. Proqramın sonuncu, dördüncü bölməsində incəsənətin ictimai, psixoloji və maarifçi mahiyyəti işıqlandırılır. Bu bölmə 17 mövzu ilə təmsil edilmişdir. Həmçinin bunu da vurğulamaq lazımdır ki, mövzudan asılı olaraq incəsənət tarixi və nəzəriyyəsinin bir sıra mühüm xüsusiyyətləri, görkəmli şəxsiyyətlər və onların sənət görüşləri, ayrı-ayrı əsərlər, anlayışlar, nəzəriyyələr və mülahizələr bütün bölmələrdə öz əksini tapır.

Proqram nəzəri və metodoloji xarakterli ədəbiyyat siyahısına malikdir. Hazırlıq prosesində bu ədəbiyyatdan istifadə olunması nəzəri-metodoloji bazanın daha da möhkəmlənməsinə yardım edə bilər.

Proqramın sonuna imtahan sualları da əlavə edilmişdir ki, bu da nəzərdən keçirilən mövzuları əhatə edir.

Proqramın həcmi və mövzuların keçilməsinə ayrılan saatların miqdarı müvafiq qanunvericilik əsasında müəyyən edilir. Zərurət yaranacağı təqdirdə ümumi mövzu bazası çərçivəsində ixtisasla əlaqədar digər məsələlər də tədris prosesinə daxil edilə bilər.

 

 

I BÖLMƏ. NƏZƏRİ VƏ METODOLOJİ BİLİKLƏR

Mövzu 1. Sənətşünaslıq, onun mahiyyəti, obyekti və predmeti

Sənətşünaslıq elmi, onun ümumi mahiyyəti, xüsusiyyətləri, əhatə etdiyi fəaliyyət sahəsi. Sənətşünaslığın obyekti və predmeti. Sənətşünaslıq incəsənətin öyrənilməsində əsas elm sahəsi kimi. İncəsənətin bütün sahələrinin sənətşünaslığın obyekti olması. Müasir sənətşünaslığın prioritet istiqamətləri. Təsviredici və izahedici sənətşünaslıq, onların elmi-metodoloji bazası.

Mövzu 2. Sənətşünaslığın metodoloji bölgüsü

Sənətşünaslığın təsnifat sistemi. Sənətşünaslığın metodoloji bölgüsünün üç əsas sahəsi. İncəsənət tarixi, incəsənət nəzəriyyəsi və bədii tənqid. Bu üç sahənin bir-biri ilə qarşılıqlı əlaqələri. Onların bir-birini tamamlaması və birinin digərinə keçməsi. Sənətşünaslığın metodoloji bölgüsünün özünəməxsus funksiyaları və xüsusiyyətləri. İncəsənətin müxtəlif növlərinin öyrənilməsində metodoloji bölgünün pay nisbəti. Metodoloji bazanın formalaşmasında müxtəlif elmi görüşlərin və prinsiplərin rolu.

Mövzu 3. Sənətşünaslığın növ bölgüsü

Sənətşünaslığın növ bölgüsünün incəsənətin növlərinə əsaslanması. Sənətşünaslıq incəsənətin bütün sahələrini öyrənən əsas (ümumi) elm sahəsi kimi. Sənətşünaslıq daxilində növ bölgüsü. Təsviri incəsənət tarixi və nəzəriyyəsi, teatrşünaslıq, musiqişünaslıq, kinoşünaslıq və digər sahəvi elmlər sənətşünaslığın tərkib hissələri kimi. Sənətşünaslığın əhatə etdiyi digər sahələr. Dekorativ-tətbiqi sənət və onun növləri. Dizayn və onun növləri. Erqonomika. Hər bir sahənin obyekti və predmetinin mövcud olması.

Mövzu 4. İncəsənət nəzəriyyəsi

İncəsənət nəzəriyyəsi, onun mahiyyəti, məzmunu və funksiyaları. İncəsənət nəzəriyyəsinin bölgüsü və mənbələri. İncəsənət nəzəriyyəsi bədii yaradıcılığa şamil edilən ümumi və universal anlayışlar məcmusu kimi. İncəsənətin ideologiyası və dünyagörüşü onun əsas nəzəri mənbəyi kimi. İncəsənət nəzəriyyəsinin incəsənət tarixi və bədii tənqidlə qarşılıqlı əlaqələri. Antik, İntibah və maarifçilik dövrü müəlliflərinin nəzəri-estetik görüşləri. Müasir dövrdə sənətşünaslıqda mövcud olan nəzəri görüşlər. İncəsənət nəzəriyyəsinin formalaşmasında tanınmış tədqiqatçıların rolu. Qərb və rus sənətşünaslığında aktual nəzəri problemlər. Azərbaycan sənətşünas-alimlərinin nəzəri görüşləri.

 

 

Mövzu 5. Bədii tənqid

Bədii tənqid, onun mahiyyəti və funksiyaları. İncəsənət əsərinin qiymətləndirilməsində və xarakterinin müəyyən edilməsində bədii tənqidin rolu. Bədii tənqidin təsnifatı, əsas xüsusiyyətləri və prinsipləri. İncəsənətin növləri üzrə bədii tənqidin təyinedici xüsusiyyətlərinin və qiymətləndirmə meyarlarının dəyişməsi. Bədii tənqidin teatr tənqidi, musiqi tənqidi, kino tənqidi kimi şaxələrə ayrılması. Bədii tənqidin ictimai mahiyyəti. Bədii tənqid və müasirlik. Bədii tənqid və ictimai rəy. Bədii tənqidin xarakterini və prinsiplərini müəyyən edən ictimai, sosial, psixoloji, nəzəri və bədii meyarlar. Azərbaycan sənətşünaslığında bədii tənqid və onun təmsilçiləri.

Mövzu 6. Bədii təhlil

Bədii təhlil, onun mahiyyəti və vəzifələri. Əsərin qiymətləndirilməsində, onun ictimai və fərdi xüsusiyyətlərinin üzə çıxarılmasınfa bədii təhlilin əhəmiyyəti. Bədii təhlilin incəsənətin növləri üzrə müxtəlif cəhətlərə malik olması. Bədii təhlil əsərin qiymətləndirilməsinin əsas meyarlarından biri kimi. Əsərə aid bütün məlumatların (yaradılma tarixi, müəllifi, material və fakturası, ölçüləri, janrı, qayəsi, təmsil etdiyi məktəb, cərəyan, saxlanıldığı yer və s.) bədii təhlilin obyekti olması. İncəsənət tarixinin tədris edilməsində bədii təhlil əsas forma və metodlardan biri kimi. İncəsənət tarixində bədii təhlil nümunələri. Azərbaycan incəsənətində bədii təhlilin mükəmməl nümunələri (Cəfər Cəfərovun klassik Azərbaycan dramaturgiyasını (M.F.Axundzadə, N.B.Vəzirov və b.) qiymətləndirməsi, Mürsəl Nəcəfov və Nurəddin Həbibovun müxtəlif rəssamların (Ə.Əzimzadə, M.Abdullayev, B.Mirzəzadə, M.Rəhmanzadə, N.İsmayılov, L.Feyzullayev, N.Əbdürrəhmanov, N.Qasımov və b.) yaradıcılığını təhlil etməsi və s.).

Mövzu 7. Bədii məktəb

Bədii məktəb anlayışı, onun mahiyyəti və xarakterik cəhətləri. Bədii məktəbin müəyyən bədii ənənəni, dəst-xətti, mövzunu, dünyagörüşünü əhatə və inkişaf etdirməsi. İncəsənətin inkişafında və müəyyən bədii görüşlərin, dəst-xəttin formalaşmasında bədii məktəbin rolu. Müxtəlif bədii məktəblər (Fransada Barbizon, İngiltərədə Göl məktəbləri) və onların sənət meyarları. Dünya incəsənətində bədii məktəblər və onların formalaşdırdığı sənət meyarları. İncəsənətin müxtəlif sahələrində (təsviri sənət, musiqi, teatr və s.) bədii məktəblərin mövcud olması. Dünya incəsənət tarixinin inkişafında bədii məktəblərin rolu. Eyni bədii məktəb daxilində üslub və dünyagörüşünün fərqli ola bilməsi (misal üçün, peredvijniklərdə). Bədii məktəbin təşkilat, dərnək və birliklərdən fərqi. Bədii məktəbin təşkilati cəhətdən adətən qeyri-aktiv olması və yalnız sənət

 

 

meyarları ilə məhdudlaşması. İncəsənətin müxtəlif növlərində bədii məktəblər (musiqidə Vyana məktəbi, Qüdrətli dəstə və s.) Azərbaycan incəsənətində bədii məktəblər (Abşeron məktəbi və s.).

Mövzu 8. Bədii obraz

Bədii obraz, onun bədii, semantik və psixoloji xüsusiyyətləri. Bədii obrazın incəsənətin bütün sahələrində mövcud olması. İncəsənətin növündən asılı olaraq bədii obrazın təcəssüm formalarının dəyişilməsi. Bədii obraz və bədii portret. Bədii obrazın formalaşmasında sənətkarın dünyagörüşünün rol oynaması. Bədii obrazın xarakterində bu dünyagörüşünün və müəllifin fikirlərinin ifadə olunması. Bədii obraz və tarixi şəxsiyyət. Bədii obrazda prototip. Portret və avtoportret. Dramaturgiya və teatrda bədii obraz və qəhrəman münasibətləri. İncəsənətin digər növlərində (təsviri sənət, musiqi və s.) bədii obrazı xarakterizə edən cəhətlər (xarakter, kompozisiya, üslub, kolorit və s.).

Mövzu 9. Bədii ideal

İncəsənətdə bədii ideal problemi. Bədii ideal incəsənətin estetikliyinin mühüm xassəsi kimi. Bədii ideal və bədii obraz münasibətləri. Bədii idealın incəsənətin növündən asılı olaraq müxtəlif formalarda təzahür etməsi. Dünya incəsənətində bədii ideal nümunələri, bu nümunələrin incəsənətin növündən asılı olaraq təhlil və tənqid edilməsi. Dramaturgiya və teatrda bədii ideal fenomeni. Dünya teatrından nümunələr (Şekspir, Molyer, Şiller, N.Ostrovski və b.) H.Cavid, C.Cabbarlı və başqalarının yaradıcılığında bədii idealın qoyuluşu və onun səhnə təcəssümü. XX əsr Azərbaycan təsviri sənətində bədii idealın çoxmüstəvili xarakteri. Bədii idealın şəxsiyyət (misal üçün, ana obrazı) və təbiət (S.Bəhlulzadənin tabloları) kontekstində təcəssümü.

Mövzu 10. Sənətşünaslıq və həmmərz sahələr

Elmdə həmmərz sahələr anlayışı, bu sahələrin tədqiq etdiyi obyektlərdə, bəzən isə elmi axtarışın forma və metodlarında oxşar cəhətlərin mövcud olması. Obyekti və predmeti etibarilə sənətşünaslığa yaxın olan elm sahələri. Bu elm sahələrinin strukturu və metodoloji xüsusiyyətləri. Estetika, etika, kulturologia və bəzi başqa elmlərin sənətşünaslıqla əlaqələri. Estetika və incəsənət münasibətləri. İncəsənətin estetik tədqiqatların aparılmasında əsas obyektlərdən biri kimi çıxış etməsi. İncəsənətdə estetik ideal anlayışı. Estetik kateqoriyalar və onların incəsənətin müxtəlif növlərində (teatr, kino, təsviri sənət və s.) təzahürü. İncəsənət və etika. əxlaqi-etik münasibətlərin incəsənət əsərlərinin məzmun və qayəsində geniş təmsil olunması. Sənətşünaslıq və kulturologiya. Müasir elmi təsnifatda kulturologiyanın sənətşünaslıqda təmsil olunması.

 

 

Mövzu 11. Estetika

Estetika, onun mahiyyəti, obyekti və predmeti. İncəsənət tarixində estetik görüşlərin mühüm əhəmiyyətə malik olması. Antik incəsənətdə estetik meyarlar. Aristotel və onun ―Estetika‖ əsəri. İntibah dövrü estetik görüşləri. Maarifçilik dövrü estetikası. C.Vazari, L.Alberti və başqalarının fəaliyyəti. Klassik alman estetik fikri və onun təmsilçiləri (Baumharten, Lessinq, Vinkelman, Höte, Şiller və b.) XIX əsr rus maarifçi-demokratik tənqidində estetik görüşlər. XX əsrdə estetk fikir. A.F.Losevin estetik və etik görüşləri. Müasir incəsənətdə estetiklik problemi və onun sənətşünaslıq tədqiqatlarında təzahür formaları. V.V.Vanslovun tədqiqatlarında estetik mahiyyət. Azərbaycan sənətşünaslarının (Cəfər Cəfərov, Paşa Hacıyev, Mürsəl Nəcəfov, Nurəddin Həbibov və b.) əsərlərində estetik meyar probleminin qoyuluşu.

Mövzu 12. Etika

Etika, onun mahiyyəti, obyekti və predmeti. İncəsənət tarixində etiklik problemi. Incəsənətin müxtəlif növlərində əxlaqi-etik dəyərlərin təzahür formaları. Antik fəlsəfədə etiklik probleminin qoyuluşu. Orta əsr və İntibah incəsənətində əxlaqi-etik dəyərlərin təcəssümü (―Tövbə edən Mariya Maqdalina‖, Tisian). Maarifçilik dövrü etikası. E.K.Şeftsberi və ingilis moralizmi. Şərq incəsənətində etiklik. Konfutsinin etik görüşləri. Etika ilə sənətşünaslığın ortaq kəsişmə nöqtələri. Nəzəri etika. Normativ etika. Metaetika. Müasir elm və incəsənətdə klassik əxlaq probleminin böhranı, onu yaradan sosial, mental və texniki amillər.

Mövzu 13. Kulturologiya

Kulturologiya, onun tərkib hissələri. Kulturologiyanın antropologiya və biologiya elmləri ilə tarixi əlaqəsi. Azərbaycan elmində kulturologiyanın mövqeyi və təsnifat xüsusiyyətləri. Kulturologiya və mədəniyyətşünaslıq. Kulturologiya və sənətşünaslığın paralel məşğul olduğu sahə və problemlər. Kulturologiyanın növləri. Sosial, nəzəri və tətbiqi kulturologiya. Müasir kulturoloji tədqiqatlar. Kulturologiya qərbdə və postsovet məkanında. Azərbaycan kulturologiyası. Azərbaycan tədqiqatçılarının (Ağayar Şükürov, Nəriman Həsənzadə, Fuad Məmmədov, Çingiz Abdullayev və başqaları) kulturoloji əsərləri.

 

 

Mövzu 14. Sosiologiya

Sosiologiya elmi, onun predmeti və öyrəndiyi əsas problemlər. Sosiologiyanın ictimai xarakteri. Sosiologiya ilə sənətşünaslığın ortaq tədqiqat xüsusiyyətləri. İncəsənətin sosiologiyası anlayışı və onun tədqiqi problemləri. Sosioloji tədqiqatlarda mədəniyyət və incəsənət problemlrinin işıqlandırılması. İncəsənət, mədəniyyətşünaslıq və memarlıqda sosioloji problemlər. Şəhərsalma, urbanistika və infrastrukturun sosial təbiəti; bu sahələrin sənətşünaslıq problemləri ilə kəsişmə nöqtələrinə malik olması. İncəsənətin sosiologiyası Qərb və MDB məkanı elmi müstəvisində. Azərbaycan sənətşünaslığında incəsənətin sosiologiyası problemlərinin araşdırılması.

Mövzu 15. İncəsənətin müxtəlif növlərinin qarşılıqlı əlaqələri

İncəsənətin müxtəlif növlərinin qarşılıqlı əlaqələri və onların elmi problem müstəvisində tədqiqi. İncəsənət sintezi və onun müxtəlif təzahür formaları. Janrlar və onların ayrı-ayrı incəsənət növlərinə xas xüsusiyyətləri. Bəzi növlərin tarixi inkişaf, məzmun, qavranılma xüsusiyyətləri, faktura və material baxımından oxşar cəhətlərə malik olması. Teatr və kino, estrada və sirk, təsviri və dekorativ-tətbiqi sənətlərin ortaq cizgiləri. İncəsənətin müxtəlif növlərinin qarşılıqlı əlaqələrində mövzu, süjet və məzmunun rolu.

Mövzu 16. İncəsənətə multidissiplinar münasibət

Müasir incəsənətə və onun problemlərinə multidissiplinar (müxtəlif fənlər kontekstində) yanaşma prinsipi və onun tədricən geniş yayılması. Multidissiplinar tədqiqatların üç əsas səviyyəsinin – sənətşünaslıq daxilində (təsviri sənət, musiqişünaslıq, teatrşünaslıq), humanitar və ictimai elmlər şəbəkəsində (sənətşünaslıq, filologiya, fəlsəfə, tarix) və bütün elmlər müstəvisində (humanitar və dəqiq) – ayırd edilməsi. Multidissiplinar tədqiqatların əsas təhlil metodları. Multidissiplinar tədqiqat nümunələri (misal üçün, muğam sənətinin musiqişünaslıq, təsviri sənət, kulturologiya, həmçinin psixologiya, riyaziyyat, tibb elmi, rəqəmsal texnologiyalar tərəfindən kompleks öyrənilməsi təcrübəsi).

 

 

II BÖLMƏ. İNCƏSƏNƏT TARİXİ VƏ DÖVR

Mövzu 1. İncəsənət tarixi və onun mahiyyəti

İncəsənət tarixi, incəsənətin öyrənilməsində tarixi proseslərin və məlumatların rolu. İncəsənət tarixinin ümumi və məhəlli (ölkələr və bölgələr üzrə) xarakter daşıması. Tarixi proses və hadisələrin incəsənətin ayrı-ayrı mərhələlərinin və məktəblərinin inkişafına təsir göstərməsi (misal üçün, XII əsrdə Şimali İtaliya şəhərlərində istehsalat və ticarətdə erkən kapitalizm münasibətlərinin meydana gəlməsinin İntibah incəsənətinin formalaşmasına təsiri, yaxud XVI əsrin I yarısında güclü Səfəvilər dövlətinin yaranması və Təbrizin paytaxt elan edilməsinin Təbriz miniatür məktəbinin inkişafına təsiri və s.). Tarixi dövr və bədii məktəb. İncəsənətin öz dövrünün əxlaq, zövq, dünyagörüşü və ictimai münasibətlərini əks etdirməsi. İncəsənət tarixinin dövrləşdirilməsində tarixi hadisələrin rolu. İncəsənət tarixinə nəzəri və metodoloji baxışlar. ―Qırılmaz‖, yaxud ―düzxətli‖ tarix. Lokal tarix. İncəsənət tarixində ayrı-ayrı inkişaf dövrlərinin birləşərək ―zəncir‖ əmələ gətirməsi (misal üçün, antik incəsənət-İntibah incəsənəti-Maarifçilik estetikası).

Mövzu 2. İncəsənət və sosial münasibətlər

İncəsənətdə sosial münasibətlərin təcəssümü; bu münasibətlərin incəsənətin ideya-estetik görüşlərinin əsas bazalarından birini təşkil etməsi. İncəsənətdə sosial aktivlik. İncəsənətin ictimai mahiyyəti. Dövrdən asılı olaraq sosial münasibətlərin dini, əxlaqi, maarifçi, ictimai, siyasi, inqilabi məzmun kəsb etməsi. XVIII əsr Maarifçilik incəsənətində sosial mahiyyətin əxlaqi-etik müstəvidə təzahürü. XIX əsr romantizm incəsənətində milli-azadlıq və inqilabi tematikanın üstün olması (―Nə böyük mərdlik!‖ F.Qoyya, ―Azadlıq barrikadalardadır‖ E.Delakrua). Sarkazm (kinayə) XIX əsr incəsənətində sosial münasibətlərin əsas ifadə vasitələrindən biri kimi. Siyasi karikatura janrı (―Qarqantüa‖, ―Armudlar-Lui Filipp‖ O.Domye və s.). Tənqidi realizm. Sadə insanların acınacaqlı həyatının incəsənətdə əksi (―Burlaklar Volqada, İ.Repin, ―Ocaqçı‖, N.Yaroşenko). Sosial mühitin tarixi-məişət janrında və ekspressiv-psixoloji planda təcəssümü (―Uşaqlar analarının qəbri üstündə‖, V.Perov). XX əsr incəsənətində sosial süjetlərin geniş yayılması (―Köhnə Ural zavodunda‖, B.Yoqanson).

 

 

Mövzu 3. Dövr və mühit

İncəsənətdə dövr və mühit qarşılığı, bu qarşılığın incəsənət tarixi, sosial münasibətlər, bədii təfəkkür, dünyagörüşü və üslubla əlaqədar olması. İncəsənətin inkişafında (proqress) və tənəzzülündə (reqress) dövr və mühitin amilinin rolu. Azərbaycan incəsənətinin XVI əsrdə inkişafının və XVIII əsrdə tənəzzülünün dövr və mühitlə əlaqədar olması. Dövr və mühitin ictimai, siyasi, mədəni və s. amillərlə bağlılığı. Dövr və mühitin incəsənətin inkişafına və istiqamətlənməsinə təsiri. M.F.Axundzadə komediyalarının teatr sənətinin yaranması və inkişafına təsiri; öz növbəsində teatr sənətinin inkişafının maarifçi-demokratik görüşlərin formalaşmasına təsiri. C.Məmmədquluzadənin publisistik və dramaturji fəaliyyəti dövr və mühitin klassik nümunəsi kimi (zəmanənin yaratdığı ―Molla Nəsrəddin‖ jurnalı və s.).

Mövzu 4. Ənənə və müasirlik

İncəsənətdə ənənə və müasirlik münasibətləri; bu münasıbətlərin bədii, üslubi, ictimai və s. sahələrdə əks olunması. Dünya incəsənət tarixində ənənə və müasirlik nümunələri. İ.S.Bax musiqisi və onun klassik alman musiqi mədəniyyətinə təsiri. ―Qüdrətli dəstə‖nin musiqi irsinin XX əsr rus musiqisinə təsiri. Azərbaycan bədii mədəniyyətində ənənə və müasirlik nümunələri. Teatr və dramaturgiyada M.F.Axundzadə – C.Məmmədquluzadə – Ə.B.Haqverdiyev, yaxud H.Cavid – C.Cabbarlı – S.Vurğun – İ.Əfəndiyev xətti. Musiqidə Ü.Hacıbəyli – Ə.Bədəlbəyli – Q.Qarayev – F.Əlizadə xətti. Təsviri sənətdə Ə.Əzimzadə – İ.Axundov – Nəcəfqulu xətti. Ənənə və müasirliyin dövrün tələblərinə uyğun olaraq dəyişməsi və günün aktual məsələlərini əhatə etməsi. Ənənə və müasirlikdə Qərb (akademik) və Şərq (milli) mədəniyyətlərinin sintezinin əsas mövzulardan biri kimi dəyərləndirilməsi.

Mövzu 5. İncəsənətdə innovasiyalar

İncəsənətdə innovasiyalar müasir bədii mədəniyyətin keyfiyyətcə yeni xüsusiyyətlər əldə etməsinin əsas meyarlarından biri kimi. Latınca ―innovato‖ sözünün ―yeniləşmə‖, ―yaxşılaşma‖ mənalarını verməsi. İnnovativ proseslərin müasir incəsənətin ideya-bədii təkamülündə, yeni dünyagörüşünün meydana çıxmasında, incəsənətin idarə olunmasında və s.-də rolu. İnnovasiya, qloballaşma və multikultural proseslərin əlaqələri. İncəsənətdə (təsviri sənətdə, teatrda, kinoda və s.) yeni texnologiyaların (misal üçün, 3 D, lazer texnologiyaları) tətbiqi innovativ proseslərin texniki təcəssümü kimi. Müasir Azərbaycan incəsənətində innovativ proseslər (―Yarat‖ Müasir İncəsənət Mərkəzinin layihələri və s.).

 

 

Mövzu 6. Kanonlaşma və novatorluq

İncəsənətdə kanonlaşma və novatorluq münasibətləri. Bu münasibətlərin ənənə və müasirlik münasibətlərindən prinsipial fərqləri. Kanonlaşmanın incəsənətdə yeni forma və üslubun əleyhinə olması; novatorluğun isə əksinə, yeni dünyagörüşünə, forma və üslub xüsusiyyətlərinə meyl etməsi. Kanonlaşma və ənənə. Kanonlaşmada mövcud forma və baxışların uzun müddət dəyişikliksiz davam etməsi. Kanonlaşmanın mütərəqqi (üslubun qorunub saxlanılması) və zərərli (inkişafın qarşısını alması) təsiri. İncəsənət tarixində kanonlaşmanın klassik nümunələri. Qədim Misir monumental rəngkarlığında kanonlaşma təzahürləri (gövdə və əllərin irəli, baş və ayaqların yana istiqamətlənməsi və s.) XIV-XVIII əsrlər rus dini boyakarlığında kanonlaşma nümunələri. Klassik Şərq və Azərbaycan miniatürlərində kanonlaşma nümunələri. XX əsr incəsənətində kanonlaşmanın bəzən təqlidçilik formasında təzahür etməsi.

 

 

III BÖLMƏ. KOMPOZİSİYA, MƏKAN VƏ ZAMAN

Mövzu 1. Forma və məzmun

İncəsənətdə forma və məzmun qarşılığı. Forma və məzmun bədii yaradıcılıqda məna və harmonikliyin əldə edilməsinin əsas şərtlərindən biri kimi. Əsərin ümumi kompozisiyasının tamamlanmasında forma və məzmunun həlledici rolu. Forma – məzmunun ifadəsidir (V.Belinski). Forma və məzmunun birlikdə bədii əsərin üzvi tamlığını təşkil etməsi. İncəsənətin müxtəlif növlərində forma və məzmun münasibətləri. Rəssamlıqda forma və məzmunun əsərin kompozisiya, kolorit, ideya-bədii qayə kimi xüsusiyyətlərində özünü büruzə verməsi; kompozisiyanın forma, süjetin məzmun qismində çıxış etməsi. İncəsənət əsərlərinin təhlilində forma və məzmundan metodoloji vasitə kimi istifadə olunması.

Mövzu 2. Bədii əsərin məkan həlli

İncəsənətin müxtəlif növlərində bədii əsərin məkan həllinin fərqli cəhətləri. Təsviri sənətdə məkan həllinin əsərin kompozisiya xüsusiyyətləri ilə əlaqədar olması. Məkan həllinin qurulmasında perspektiv, rakurs, kolorit, işıq-kölgə və s. cəhətlərin rolu. Dəzgah və monumental əsərlərdə məkan həllinin fərqli cəhətləri. Kompozisiyanın düzgün qurulmasında məkan həllinin rolu. İncəsənət tarixində məkan həlli nümunələri. Məkan həllinin optik (Avropa incəsənətində) və doqmatik (Şərq incəsənətində) həlli. Kanonlaşmanın əsərin məkan həllinə təsiri.

Mövzu 3. İncəsənət və eydos

İncəsənətdə eydos (bədii surət) problemi. Antik fəlsəfədə eydos anlayışının bədii təcəssüm formaları. Eydosun ümumiləşdirilmiş və konkret formaları. Eydosun ümumi mücərrədlikdən konkretliyə doğru inkişafı və son təqdirdə obraz şəklində təzahür etməsi. Klassik incəsənətin müxtəlif növlərində eydos. İncəsənətin dini və fəlsəfi məzmun kəsb etməsində eydosun rolu. Eydos və portret qarşılığı. Eydos və ikona. Eydos anlayışının müasir izahları. Müasir incəsənətdə eydosa münasibət.

Mövzu 4. İncəsənət sintezi

İncəsənət sintezi, onun mahiyyəti və xüsusiyyətləri. İncəsənət sintezinin iki və daha artıq sənət növündən təşkil olunması. Rəssamlıqda incəsənət sintezi monumental kompozisiyaların əsas tipoloji cəhətlərindən biri kimi. Monumental rəngkarlıqda

 

 

incəsənət sintezini təşkil edən əsas növlər – mozaika, freska, vitraj, mayolika və s. Binaların interyer və eksteryerlərinin rəngkarlıq, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət nümunələri ilə bəzədilməsi incəsənət sintezinin nümunəsi kimi. Azərbaycan bədii mədəniyyətində incəsənət sintezinə aid misallar (Şəki xan sarayı, Bakıda Nizami muzeyi və s.). Digər sahələrində (kino, televiziya və s.) incəsənət sintezi təzahürləri. Sintetik incəsənət növləri. Teatr sintetik sənət növlərinin klassik nümunəsi kimi.

Mövzu 5. Rəng və onun qavranılması

İncəsənətdə rəng anlayışı; bu anlayışın optik, psixoloji, bədii-estetik cəhətləri. Rəngkarlıq və bəzi digər sahələrdə rəngin mühüm bədii-emosional ifadə vasitəsi kimi çıxış etməsi. Əsərin ideyasının təcəssüm etdirilməsində rənglərin rolu. Rəng nəzəriyyəsi, rənglərin spektral xüsusiyyətləri. Xromatik (qırmızı, sarı, narıncı, yaşıl, göy, bənövşəyi) və axromatik (ağ, qara, boz) rənglər. Rəng nəzəriyyəsinin öyrənilməsi tarixindən. İ.V.Hötenin ―Rəng nəzəriyyəsinə dair‖ əsəri (1810). XX əsr incəsənətində modernizm təmayüllü istiqamətlərin meydana gəlməsi ilə (suprematizm və s.) rəng nəzəriyyəsinin yeni təsəvvürlərlə zənginləşməsi. Predmetsiz rəngkarlıqda rəngin rolu. Təsviri sənətin müxtəlif növlərində (rəngkarlıq və qrafikada) rəngin fərqli ifadə formaları. Müasir incəsənətdə rəng.

Mövzu 6. Məkan sənətləri

Məkan sənətləri, onların səciyyəvi cəhətləri. Məkan sənətlərinin məkanda yerləşməsi. Məkan sənətlərinin obrazlı şəkildə ―donmuş‖ sənət növü adlandırılması. Rəssamlıq, memarlıq, dekorativ-tətbiqi sənət və s. əsas məkan sənətləri kimi. Məkan sənətlərinin əsas xassəsi – əsərin (bədii kompozisiyanın) eyni zamanda tam olaraq qavranılması. Məkan sənətlərinin zaman sənətləri ilə əlaqəsi. Bu iki sənət növlərinə xas olan ümumi (birləşdirici) cəhətlər.

Mövzu 7. Zaman sənətləri

Zaman sənətləri, onları səciyyələndirən xüsusiyyətlər. Zaman sənətlərinin bədii-estetik mahiyyətinin zaman axanında açılması. Musiqi, rəqs, teatr, kino və b. əsas zaman sənəti nümunələri kimi. Eyni vaxtda tam olaraq görünən (qavranılan) məkan sənəti nümunəsindən (məsələn şəkildən, yaxud xalçadan) fərqli olaraq zaman sənəti nümunəsinin (məsələn mahnının) tam olaraq qavranılması (eşidilməsi) üçün müəyyən zamanın tələb olunması. Zaman sənətlərinin mahiyyətinin qavranılmasının eşitmə (musiqi), görmə (teatr, kino) və qarışıq formaları.

 

 

Mövzu 8. Bədii təfsir

Bədii təfsir, onun təcəssüm formaları. Əsərin bədii məzmununun qüvvətlənməsində və fərqli xarakter almasında bədii təfsirin əhəmiyyəti. Bədii təfsir əsərin kompozisiya və ideya-bədii əsaslarının təcəssüm vasitəsi kimi. İncəsənətin müxtəlif növlərində bədii təfsirin fərqli formaları. Musiqi və rəngkarlıqda bədii təfsir. İfaçılıq sənətinin inkişaf etdiriməsində bədii təfsirin rolu. İfadə, formula və simvolların (rəmzlərin) semantik (işarə-məna) mahiyyətinin açılmasında bədii təfsirin rolu. Azərbaycan incəsənətində uğurlu bədii təfsir nümunələri (aşıq yaradıcılığında, dastançılıqda, xalça sənətində və s.).

Mövzu 9. İncəsənətdə dekorativlik

İncəsənətdə dekorativlik, onun kompozisiyanın qurulmasında mühüm bədii-estetik rola malik olması. Dekorativlik milli incəsənəti xarakterizə edən əsas amillərdən biri kimi. Təsviri və dekorativ-tətbiqi sənətdə dekorativlik. Qərb və Şərq incəsənətində dekorativ formalar. İnteryerin bədii tərtibatında dekorativ motivlərdən istifadə olunması. Qərb və Şərq dekorativ formalarının qarşılıqlı əlaqələri. Arabesk. Müqərnəs. İslimi. Azərbaycan incəsənətində dekorativ bəzək elementləri. Dekorativliyin incəsənətin digər növlərində təzahürü.

Mövzu 10. Naxış təsvirin ilkin sxematik əsası kimi

Bədii kompozisiyada naxış, onun mənşə etibarilə qədim dövr incəsənəti ilə bağlı olması. Naxışların kompozisiya xüsusiyyətləri. Naxış və ornament. Mənşə etibarilə naxışın sxematikləşmiş ilkin rəmzlərdən qaynaqlanması. Azərbaycan dekorativ-tətbiqi sənətlərində naxışın mühüm kompozisiya xüsusiyyətlərinə malik olması. Naxışın rəmzi-semantik mahiyyəti. Naxış elementlərinin genetik kodu v təfsir dili. Azərbaycan xalçaçılığında yayılmış ornament və bədii elementlər. Buta və onun növləri. Göl, balıq və sumaq tipləri. Müxtəlif (dairəvi, rombvari, oval və s.) göl formaları. Həndəsi, nəbati və qarışıq ornamentlər.

 

 

IV BÖLMƏ. İNCƏSƏNƏTİN İCTİMAİ, PSİXOLOJİ VƏ MAARİFÇİ MAHİYYƏTİ

Mövzu 1. İncəsənətdə etiklik

İncəsənətdə etiklik problemi; onun incəsənət tarixi və nəzəriyyəsində müxtəlif görüşlər və bədii ifadə formaları ilə təmsil olunması. Antik fəlsəfədə etika problemi. Aristotel və onun ―Nikomax etikası‖ əsəri. İntibah incəsənəti dövründə humanizm etikası və onun müxtəlif traktatlarda təcəssümü. C.Vazari, L.Alberti və başqalarının əsərlərində problemin qoyuluşu. Maarifçilik dövrü etikası. İ.Vinkelmanın antik incəsənətə olan münasibəti. Lessinq və onun ―Laakoon, yaxud poeziya ilə rəngkarlığın hüdudları‖ əsəri. XVIII əsr ingilis moralizmi. Alman maarifçilərinin etik görüşləri. Höte, Şiller, Heyne və başqalarının əsərlərində incəsənətdə etika probleminin işıqlandırılması.

Mövzu 2. İncəsənətin maarifçi-tərbiyəvi funksiyası

İncəsənətin maarifçi-tərbiyəvi funksiyası onun əsas ictimai və fərdi xüsusiyyətlərindən biri kimi. Tarixən incəsənətin şəxsiyyətin mənəvi təkmilləşməsində mühüm bədii vasitə kimi əhəmiyyət daşıması. Orta əsr incəsənətində dini süjetlər mənəvi kamilliyin təcəssümü kimi. Yeni dövrdə incəsənətin ictimai məzmununun genişlənməsi ilə onun maarifçi-tərbiyəvi funksiyasının artması. XIX-XX əsr müəlliflərinin əsərlərində incəsənətin maarifçi-tərbiyəvi funksiyasının əsəslandırılması. İncəsənətin maarifçi-tərbiyəvi funksiyasının onun ictimai və əxlaqi-etik mahiyyəti ilə bağlılığı. Müasir incəsənətdə maarifçi-tərbiyəvi məzmun. Azərbaycan incəsənətində maarifçi-tərbiyəvi funksiyanın əsas istiqamətləri (vətənpərvərlik, uşaq və yeniyetmələrin milli ruhda tərbiyələndirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və s.).

Mövzu 3. İncəsənət və din

İncəsənət və din münasibətləri. Hər iki anlayışın tarixən ictimai şüurun formaları kimi təşəkkül tapması. İncəsənətdə dini məzmun və süjetlər. Qədim dövrdə dini təsəvvürlərin incəsənət vasitəsilə əyani formada nümayiş etdirilməsi. Orta əsrlər dövründə incəsənətin dini məzmun kəsb etməsi. Bizans incəsənəti və onun dini xarakteri. İkonalar. Dini süjetlər. Orta əsrlər və İntibah dövrü Avropa rəngkarlığında mifoloji və Bibliya süjetləri. İsanın həyat və fəaliyyətini əks etdirən kompozisiyalar (xaç suyuna çəkilmə, çarmıxa çəkilmə, çarmıxdan endirilmə, ağlaşma, qəbirə qoyulma,

 

 

dirilmə, göylərə çəkilmə və s.). İntibah incəsənətində dini süjetin humanist məzmun kəsb etməsi. Müasir incəsənətdə dinə münasibət formaları və onun təcəssümü. Azərbaycan miniatürlərində dini süjetlər (―Məhəmmədin meracı‖ və s.).

Mövzu 4. İncəsənət və əxlaq

İncəsənət və əxlaq münasibətləri; bu münasibətlərin ən qədim zamanlardan incəsənətin ideya-estetik qayəsinin əsas problemlərindən birinə çevrilməsi. İncəsənətdə əxlaq və etikliyin təzahür formaları. Orta əsr incəsənətində əxlaqi problemin dini zəmində qoyuluşu. Yeni dövr incəsənətində problemin sosial-dini xarakter alması. XIX əsr Avropa və rus incəsənətində əxlaq problemi («Pasxada kənd xaç yürüşü‖, yaxud ―Moskva yaxınlığında Mıtişşidə çay dəstgahı‖, V.Perov). Klassik Azərbaycan incəsənətində əxlaqi süjetlər. Müasir incəsənətdə əxlaq probleminin milli adət-ənənə və xarakter vasitəsilə təzahür etdirilməsi (―Novruz‖ X.Səfərova və s.).

Mövzu 5. İncəsənətin psixologiyası

İncəsənətin psixologiyasının ümumi məsələləri; bu məsələlərin tarixən etik, estetik, dini və s. görüşlərlə əlaqədar olması. İncəsənətin bədii mahiyyəti onun psixoloji təsir imkanlarını xarakterizə edən əsas amillərdən biri kimi. Yaradıcılıq prosesində intellekt və intuisiyanın rolu. İncəsənətin psixologiyasında gelştat və narrativ. İncəsənətin psixologiyasını əks etdirən nəzəri-estetik görüşlər. Bu sahədə Avropa və rus tədqiqatçılarının nəzəri xarakterli əsərləri. L.Vıqotskinin ―İncəsənətin psixologiyası‖ əsəri (1965) və onun təhlili. XIX-XX əsrlərin ayrıcında incəsənətin psixologiyasının əxlaqi-etik dəyərlərin təcəssümündən ekspressionizmə doğru dönüşü. Modernizm incəsənəti və psixologizmlər. Müasir incəsənətdə daxili sakitliyin ruhi həyəcan və gərginliklə əvəz olunması (―Qışqırıq‖, E.Munk). İncəsənətin psixologiyasına müasir baxışlar.

Mövzu 6. Yaradıcılıq prosesi

Yaradıcılıq prosesi, onu xarakterizə edən əsas ideya-estetik, mənəvi, psixoloji və s. amillər. Yaradıcılıq prosesinin yaradıcı şəxsiyyətin dünyagörüşü, sənətə olan münasibəti, həmçinin ruhi-mənəvi durumu və psixoloji hazırlıq səviyyəsi ilə əlaqədar olması. Yaradıcılıq prosesində düşünülmüş və qəfil (ekspromt) başlanğıclar. Yaradıcılıq prosesinin dörd klassik inkişaf mərhələsi – hazırlıq, inkubasiya, dərketmə, yoxlama. Yaradıcılıq prosesinə nəzarətin mümkünlüyü nəzəriyyəsi. Yaradıcılıq prosesində zəhmət və ilhamın rolu.

 

 

Mövzu 7. Bədii qavramanın xüsusiyyətləri

Bədii qavrama incəsənət əsərinin mahiyyətinin dərk olunmasının əsas formalarından biri kimi. Bədii qavramanın incəsənətin hissi-psixoloji xüsusiyyətləri ilə bağlı olması. İncəsənətin növündən asılı olaraq bədii qavramanın üsul və mexanizminin dəyişilməsi. Bədii qavramanın keyfiyyət və tamlığında dərketmə, zövq, əxlaq, dünyagörüşü, hazırlıq səviyyəsi və s. amillərin rolu. Məkan sənətlərinin qavranılmasında bədii təsvirin əhəmiyyəti.

Mövzu 8. Bədii yaradıcılıqda intellekt və intuisiya

Bədii yaradıcılıq prosesində və bu prosesin uğurla nəticələnməsində intellekt və intuisiyanın rolu; bu iki anlayışın əsərin yaradılmasında əhəmiyyətə malik olması. Yaradıcılığa intellektual və intuitiv münasibət. Yaradıcı şəxsiyyət və onun fəaliyyət planı. Yaradıcı prosesdə yeni-yeni cəhətlərin açılması. Yaradıcı şəxsiyyətin əsərin mahiyyətini sövqi-təbii ilə dərk etməsi; eyni zamanda əsərin yaradılmasına şüurlu münasibət. İncəsənət əsərinin bədii tamlığında hər iki anlayışın – intellekt və intuisiyanın mühüm rola malik olması. İntellekt və intuisiya incəsənətin psixologiyasının mühüm subyektləri kimi.

Mövzu 9. Aksioloji dəyərlər

İncəsənətdə akseoloji dəyərlər; müasir baxışlar sistemində bu dəyərlərin dini, estetik, əxlaqi-etik, maarifçi-tərbiyəvi xüsusiyyətlərin məcmusu kimi nəzərdən keçirilməsi. Aksioloji dəyərlərin öyrənilməsi incəsənət və estetikanın qarşılıqlı əlaqələrinin mühüm əlaqələndirici cəhəti kimi. İncəsənət tarixində aksioloji dəyərlərin bədii təcəssüm formaları. İncəsənətdə humanizm mövzusu aksioloji dəyərlərin mühüm ifadə forması kimi. İntibah incəsənətində humanizm mövzusu. Yeni dövrdə incəsənətdə rasionalist görüşlər. Müasir incəsənətdə aksioloji dəyərlərin mədəniyyətlərarası və multikultural müstəvidə təcəssüm etdirilməsi.

Mövzu 10. İncəsənət və maarifçilik

İncəsənətin maarifçilik funksiyası; bu funksiyanın tarixən incəsənətin ictimai şüur formalarından biri kimi təşəkkül tapması ilə əlaqədar olması. İnəsənətin maarifçi xarakteri onun əxlaqi-etik məzmununun ictimai müstəvidə təcəssüm olunan forması kimi. Qədim və orta əsr incəsənətində maarifçiliyin dini müstəvidə təzahür etməsi. Maarifçilik dövrü incəsənəti və mədəniyyətin ictimai rolunun yüksəlməsi. XVIII əsr

 

 

maarifçilərinin incəsənət və estetikaya olan baxışları. A.Baumharten, Q.Lessinq və başqa maarifçilərin estetik görüşləri. Fransız maarifçiləri sənət haqqında. Ensiplopedistlər və onların estetik görüşləri. XIX əsr rus maarifçi-demokratik fikri. N.Çernışevski və onun ―İncəsənətin gerçəkliyə estetik münasibəti‖ dissertasiyası. Müasir incəsənətdə maarifçiliyin əsasən maarifçi-tərbiyəvi müstəvidə çıxış etməsi.

Mövzu 11. İncəsənətin semantikası

İncəsənətin semantikası məna-işarə münasibətlərinin daşıyıcısı kimi. Müasir sənətşünaslıqda semantikanın xüsusi bölmə kimi çıxış etməsi. Müasir semantikanın incəsənətin məna və əhəmiyyətinin, mahiyyətinin və təsvirin formasının, həmçinin müxtəlif təsvirlərin qarşılıqlı münasibətlərini tədqiq edən metodoloji əsas kimi nəzərdən keçirilməsi. Əsərin gerçəkliyin əks etdirməsinin qiymətləndirilməsində semantik təcrübənin rolu. Semantika müasir germenevtikanın əsas metodoloji vasitələrindən biri kimi. Qərbi Avropa və rus sənətşünaslığında incəsənətin semantikasına müasir yanaşmalar. Azərbaycan sənətşünaslığında semantika; problemin qoyuluşu.

Mövzu 12. İncəsənətdə məna-işarə münasibətləri

İncəsənətdə məna-işarə münasibətləri onun semantikasının əsasını təşkil edən metodoloji baza kimi. Semantikanın tarixi inkişaf mərhələləri. Qədim dövr incəsənətində işarə-məna münasibətlərinin sinkretik formada təzahür etməsi (Qobustan qayaüstü təsvirləri və s.). Orta əsr incəsənətində rəmzi-vizual formaların geniş yayılması. Müasir incəsənətdə məna-işarə münasibətlərinin realist və avanqard və realist formaları. Sənətşünaslıqda incəsənətin məna-işarə münasibətlərinin öyrənilməsi. Azərbaycan sənətşünaslığında incəsənətin məna-işarə münasibətlərini işıqlandıran tədqiqatlar (R.Abdullayeva və b.).

Mövzu 13. İncəsənətdə semiotika

İncəsənətdə semiotik korrespondensiya: məna və işarənin bir-birinə obyektiv bağlılığı. Semantikanın semiotika ilə əlaqələri. ―Lemma‖ və ―ikona‖. Bədii əsərin dili. Müasir sənətşünaslıqda semiotika sahəsində nəzəri görüşlər. B.Uspenskinin incəsənətin semiotikası sahəsindəki nəzəri tədqiqatları (―İncəsənətin semiotikası‖, M, 1995). A.Lobodanovun tədqiqatları və onların təhlili (―İncəsənətin semiotikası: tarix və ontologiya‖, M, 2013). Azərbaycan sənətşünaslığında incəsənətin semantikası probleminin qoyuluşu.

 

 

Mövzu 14. İncəsənətdə informasiya

İncəsənətdə informasiya problemi; bu problemin incəsənətin semantikası, semiotikası və digər sahələri ilə əlaqədar olması. İncəsənətdə informasiyanın tarixi-bədii (süjet vasitəsilə) və müasir kommunikativ (məlumat-yönəldici simvollar vasitəsilə) formaları. Tarixi-bədii informasiyanın genetik kodu; bu kodun süjet və simvollar vasitəsilə açılması. İncəsənətdə informasiya müasir dizaynın əsas sahələrindən biri kimi. Dizaynda informasiya-kommunikasiya münasibətlərinın təzahürü. Dizayn və informasiya qarşılığı. Sxematik işarələr və onların izahedici kompozisiya xüsusiyyətləri. Nəqliyyatda, infrastrukturda və müasir həyatın digər sahələrində vizual dizayn-informasiya sistemi.

Mövzu 15. İncəsənət və sinkretiklik

İncəsənətdə sinkretizm; müxtəlif forma və anlayışların vahid ideya-nəzəri baza üzərində qurulması və izah edilməsi. Qədim dövr incəsənətinin sinkretik məzmunu; müxtəlif sənət funksiyalarının (mistik görüşlər, ovsunçuluq, məişət tələbatı, estetik zövq və s.) bir incəsənət növündə (misal üçün, rəqsdə) öz ifadəsini tapması. İncəsənətdə sinkretizmin müasir ifadə formaları. Müxtəlif sinkretizm nəzəriyyələri və onların təhlili.

Mövzu 16. İncəsənətin ictimai və siyasi aktivliyi

İncəsənət ictimai şüur forması kimi. İncəsənətin ictimai və siyasi aktivliyinin onun sosial məzmunu ilə əlaqədar olması. İncəsənət ictimai rəy və şüura təsir mexanizmi rolunda. İncəsənətin ayrı-ayrı növlərinin ictimai-siyasi aktivlik dərəcəsi. Plakat ictimai aktiv incəsənət növü kimi. İncəsənətin digər növlərində ictimai və siyasi aktivlik.

Mövzu 17. İncəsənətin ictimai funksiyası

İncəsənət və onun ictimai funksiyası; bu funksiyanın kütlələrin şüuruna bədii-estetik və psixoloji təsir mexanizminə əsaslanması. İncəsənətin müxtəlif növlərinin (kino, televiziya, plakat, karikatura, ekslibris və s.) ictimai həyatda daha aktiv çıxış etməsi. Müasir dövrdə incəsənətin ictimai funksiyasının genişlənməsi; bu funksiyanın reallaşdırılmasında KİV-lərin, radio və televiziyanın, həmçinin sərgi və muzeylərin rolu.

 

Mövzu 18. İncəsənət siyasi alət kimi

İncəsənətin siyasi alət kimi istifadə olunması təcrübəsi; bu təcrübənin incəsənətin ictimai şüura və ictimai rəyə təsir göstərə bilmək imkanlarından qaynaqlanması. Qədim dövrdə incəsənət hökmdarlara pərəstiş və sitayişin bədii təcəssüm forması kimi (Qədim Misir freskaları, Hammurapi qanunnaməsi və s.). Orta əsr və İntibah incəsənətində ali dini və dövlət xadimlərinin portretlərinin yaradılması («Papa II Yulinin portreti‖, Rafael). Yeni dövrdə incəsənətdən ideoloji təşviqat və təbliğat vasitəsi kimi istifadə olunması (sekçiqabağı təbliğat kompaniyasında və s.). Monumental təbliğat planı və onun mahiyyəti. Alman nasistlərinin hakimiyyəti dövründə (1933-45) incəsənətin siyasi iradəyə tabe etdirilməsi. Sovet dövrü siyasi plakatları incəsənətin siyasi alətə çevrilməsinin bariz nümunəsi kimi. Müasir dövrdə incəsənətdən siyasi alət kimi istifadə olunması cəhdləri.

 

 

İMTAHAN SUALLARI

  1. Sənətşünaslıq və onun mahiyyəti
  2. Təsviredici sənətşünaslıq
  3. İzahedici sənətşünaslıq
  4. Sənətşünaslığın obyekti və predmeti
  5. Sənətşünaslığın tərkib hissələri
  6. Sənətşünaslıqda metodlar
  7. Sənətşünaslıq və onunla həmmərz sahələr
  8. Sənətşünaslıq və kulturologiya münasibətləri
  9. İncəsənət və estetika
  10. İncəsənətdə etiklik problemi
  11. İncəsənət və din
  12. İncəsənət ictimai şüur forması kimi
  13. İncəsənətin sosiologiyası
  14. İncəsənətin maarifçi-tərbiyəvi xarakteri
  15. Dizayn və erqonomika
  16. Təsviri sənət və onun növləri
  17. Bədii təhlil
  18. Bədii tənqid
  19. Avropa sənətşünaslığında bədii tənqid
  20. Antik dövrdə estetik görüşlər
  21. Maarifçilik dövrü estetikası
  22. XX əsr bədii-estetik görüşləri
  23. XX əsrdə sənətə olan baxışlar
  24. İncəsənət nəzəriyyəsi
  25. İncəsənətdə janrlar
  26. İncəsənət tarixi və onun mahiyyəti
  27. İncəsənətin dövrləşdirilməsi
  28. Antik müəlliflərin əsərlərində estetik məzmun
  29. Aristotel və onun ―Nikomax etikası‖ əsəri
  30. Aristotel və onun ―Estetika‖ əsəri
  31. İ.V.Hötenin sənətə olan baxışları
  32. Q.Lessinq və onun ―Laookon, yaxud poeziya ilə rəngkarlığın hüdudları‖ əsəri
  33. İntibah dövrü bədii-nəzəri görüşləri
  34. İ.Vinkelman və antik incəsənət tarixi
  35. XIX əsr rus maarifçi-demokratik fikri

 

  1. E.K.Şeftberi və ingilis moralizmi
  2. F.Şiller və onun sənətə olan baxışları
  3. Sənətşünaslığın strukturu
  4. Dekorativ-tətbiqi sənət
  5. İncəsənət sintezi
  6. Məkan sənətləri
  7. Zaman sənətləri
  8. Sintetik sənətlər
  9. Qədim incəsənətin sinkretik xarakteri
  10. Bədii kompozisiyada naxış
  11. İncəsənət tarixində əsas bədii məktəblər
  12. Təsviri sənətin digər sahələrlə (teatr, kino və s.) əlaqələri
  13. Azərbaycan sənətşünaslarının elmi-nəzəri görüşləri
  14. XX əsr rus bədii-estetik fikri
  15. Modernizm və onun istiqamətləri
  16. Mürsəl Nəcəfovun sənət görüşləri
  17. Akademik Əbdülvahab Salamzadənin elmi-nəzəri irsi
  18. İncəsənət tarixində əsas bədii cərəyanlar
  19. Azərbaycan sənətşünaslığında bədii tənqid
  20. AMEA-nın müxbir üzvü Kərim Kərimovun elmi fəaliyyəti
  21. V.Vanslovun nəzəri görüşləri
  22. Akademik Rasim Əfəndiyevin elmi irsi
  23. XIX əsr Avropa bədii-estetik fikri
  24. U.Morrisin sənət görüşləri
  25. İncəsənət və memarlığın qarşılıqlı əlaqələri
  26. Monumental incəsənət və onun mahiyyəti
  27. İncəsənətdə bədii obraz
  28. İncəsənətdə bədii ideal
  29. Antik yunan incəsənətində bədii ideal problemi
  30. İncəsənətdə dini süjetlər
  31. İncəsənətdə novatorluq
  32. İncəsənətin ictimai məzmunu
  33. İncəsənətdə dövr və mühit problemi
  34. İncəsənətdə ənənə və müasirlik problemi
  35. İncəsənətdə innovasiya problemi
  36. İncəsənətdə kanonlaşma
  37. İncəsənətdə forma və məzmun

 

  1. Eydos anlayışının fəlsəfi və estetik təcəssümü
  2. Rəng nəzəriyyəsi
  3. Bədii təfsir və onun mahiyyəti
  4. İncəsənət və sosial mühit
  5. İncəsənətin psixologiyası
  6. İncəsənətin semiotikası
  7. Bədii yaradıcılıq və onun xüsusiyyətləri

 

 

ƏDƏBİYYAT SİYAHISI

(Azərbaycan dilində)

  1. Abdullazadə G. Qədim və orta əsrlərin musiqi mədəniyyəti. Bakı, 1996.
  2. Babayeva Ə. Türkiyə və Azərbaycan musiqi-mədəni əlaqələrinin tədqiqində Türkiyənin Elazığ-Harput bölgəsinin rolu // Müasir mədəniyyətşünaslıq. № 1(9), 2012.
  3. Dünyamaliyeva S. Azərbaycan geyim mədəniyyəti tarixi. Bakı, ―Elm‖, 2002.
  4. Əfəndi R. Azərbaycan incəsənəti. Bakı, ―Çaşıoğlu‖, 2001.
  5. Əfəndiyev R., Kərimov K., Rzayev N., Həbibov N. Azərbaycan incəsənəti. Bakı, ―İşıq‖, 1992.
  6. Əfəndiyev R. Azərbaycan incəsənəti. Bakı, 2004.
  7. Əliyev Z.A. Sənətin Məcnunu. Səttar Bəhlulzadə. Bakı, ―Azpoliqraf‖, 2009.
  8. Əliyeva P.Ə. Azərbaycan sənətşünaslığının inkişafında Mürsəl Nəcəfovun rolu // Monoqrafiya // Bakı – ―Təknur‖, 2014, 148 s.
  9. Əliyeva R., Bədəlov E. Abşeronda Məskunlaşma və Memarlıq. Bakı, 2016.
  10. Əlizadə A.İ. Milli mədəniyyətdə tarixilik. Bakı, «Mars–Print», 2000.
  11. Hüseynov İ.H. Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti. Bakı, «Mars-Print», 2002
  12. Hüseynova A. Azərbaycan tarixi filmlərində milli xarakter. Bakı, ―Elm‖, 2009.
  13. İbrahimov F.Ə. Azərbaycanın orta əsr şəhərlərində metalişləmə sənəti. Bakı, «Elm», 1988.
  14. İbrahimov T.İ. Təsviri incəsənətin nəzəriyyəsi. – B.: Ecoprint, 2017. – 104 s.
  15. İsmayılov T. Türk xalqlarının kino sənəti. Bakı, ―Çaşıoğlu‖, 2008.
  16. Kazımi G. Mədəni irsin qorunmasında beynəlxalq təşkilatların rolu / Bakı 2017 AMEA İncəsənət və mədəniyyət problemləri № 1[59], 49-57 səhifə
  17. Kazımi G. Mədəni dəyərlərimizin qorunması və təbliğində Milli İncəsənət muzeyinin rolu / Mədəni həyat elmi, metodiki, publisistik jurnalı, 2014, s. 50- 52 s.
  18. Kulturologiya (Dərslik). Bakı, ―Mars- Print‖, 2003.
  19. Məmmədov S. Təsviri sənətdə rəsm. Bakı, ―Çaşıoğlu‖, 1999.
  20. Mir-Bağırzadə S.A. Orta əsr islam türk mədəniyyəti, Türk dünyası kültürel değerleri uluslararasi sempozyumu 4-8 kasım (noyabr), 2013 Eskişehirş Bildiri kitabı, Editor (redaktor): doc, d-r Burhan Sayılır, Eskişehir-2014, s. 703-709.
  21. ―Muzeyşünaslıq‖ kursu (kompleks tədris proqramı). Bakı, ―Mars–Print‖, 2000.
  22. Rüstəmli A. Cəfər cabbarlı: həyatı və mühiti. Bakı, ―Elm‖, 2009.
  23. Salamzadə Ə.Ə. Dizayn və informasiya. Bakı, ―Səda‖, 2006, 132 s.

 

  1. Salamzadə Ə.Ə. Azərbaycan sənətşünaslığı müstəqillik illərində. Bakı, ―Təknur‖, 2013, 160 s.
  2. Şükürov A.M. Kulturologiya (Dərslik). Bakı, ―Elm‖, 1998.
  3. Zis A. Estetikada konfrontasiyalar. Bakı, ―Azərnəşr‖, 1989.

(rus dilində)

  1. Абдуллаева Р.Г. Художественное мышление в информационной культуре // Информационная культура общества и личности в ХХI веке (материалы Международной научной конференции). Краснодар, 2006, s. 362-364.
  2. Абдуллаева Р.Г. Азербайджан в пространстве диалога культур // Диалог цивилизаций в эпоху становления глобальной культуры. Москва, 2013, s. 329-341.
  3. Асмус В. Образ как отражение действительности и проблема типического. Журнал «Новый мир», 1958, № 1.
  4. Байрамов Т.Р. Типология искусства и диалог культур в контексте проблемы традиции. Баку, Элм, 2010, 232 с.
  5. Барт Р. Мифологии. Москва, 1989.
  6. Басин Е.Я. Двуликий Янус: О природе творческой личности. — Изд. 2-е, дополнительное. Москва, «Гуманитарий», 2009, 240 с.
  7. Басин Е.Я. Искусство и коммуникация: Очерки из истории философско- эстетической мысли. Москва, Московский общественный научный фонд; Издательский центр научных и учебных программ, 1999.
  8. Басин Е.Я. Эмпатия и художественное творчество. Москва, «Простор», 2000.
  9. Бахтин М. Вопросы литературы и эстетики. Москва, 1975.
  10. Беляев Г.А. Становление эстетической теории (методологические очерки). Москва, ГИИ, 1998.
  11. Вазари Дж. Жизнеописания… I-III тома, Москва, 1956-70.
  12. Волков Н. Цвет в живописи. Москва, 1984.
  13. Выготский Л. Психология искусства. Москва, 1986.
  14. Габибов Н.Д., Наджафов М.Н. Искусство Советского Азербайджана. Живопись, скульптура, графика. Москва, «Искусство», 1960.
  15. Зись А. искусство и эстетика. Москва, 1975.
  16. История европейского искусствознания от античности до конца XVIII века. Москва, 1963.

 

 

  1. Керимли В.Г. Древнетюркские следы на Кавказе // REA Vladikavkaz Elmi Mərkəzi, V.İ.Abayev adına Humanitar və Sosial tədqiqatlar İnstitutu. SOİQSİ Xəbərləri, buraxılış № 14. Alaniya, Vladikavkaz 2015, s. 134-141.
  2. Керимли В.Г. Азербайджан в мировой геополитике XXI века // Международная ассоциация исторической психологии им. Профессора В.И.Старцева «Историческая психология и геополитика» Материалы XLI Международной научной конференции. Санкт-Петербург, «Полторак», 2017, с. 95-98.
  3. Культурология. ХХ век. Санкт-Петербург, 2002.
  4. Лотман Ю. Об искусстве. Санкт-Петербург, 1998.
  5. Мамедова Р. Геноформула как базовая модель сравнительного анализа музыки тюркских народов. ISSN 2413-5248. Ежемесячный научный журнал № 10 (17), Новосибирск, 2015, с. 39-43. ―Международный научный журнал ―Educatio‖ (Global impact factor).
  6. Мамедова Р. О мультикультурализме в Азербайджане. Müqayisəli sənətşünaslıq. Bakı, Avropa, 2016, s. 22-26.
  7. Мирза Г. Антропный мир: человек в художественной картине мира Mədəniyyət dünyası / /Elmi-nəzəri məcmuə. XV ADMİU, 2008, s. 249-252.
  8. Мирза Г. Гуманизм и «дегуманизация», чувственность и «отчуждение» в современном азербайджанском искусстве // Harmony. International Music Magazine. Выпуск №7, 2008. Internet. 21 апр. 2008. http: harmony musiqi- dunya.az.
  9. Модернизм. Москва, 1980.
  10. Ясперс К. Смысл и назначение истории. Москва, издательство политической литературы, 1991.