Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir.
Sərgidə Bakı Xoreoqrafiya Akademiyası da təmsil olunur.
Tədbir çərçivəsində Beynəlxalq Kitab Sərgisində qonaq olan mədəniyyət naziri Adil Kərimli Bakı Xoreoqrafiya Akademiyasının kitab stendi ilə də tanış olub.

