Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının “Xoreoqrafiya” fakültəsinin dekanı, “Kurmet” ordeni kavaleri Aytolkin Turginbayeva Bakı Xoreoqrafiya Akademiyasında (BXA) qonaq olub.
Səfər çərçivəsində Aytolkin Turginbayeva BXA-da klassik rəqs fənnini tədris edən müəllimlər üçün ustad dərsi keçib.
Dərs zamanı klassik rəqsin tədris metodikası, peşəkar ifaçılıq bacarıqlarının formalaşdırılması və müasir pedaqoji yanaşmalar barədə ətraflı məlumat verilib.

