Bakı Xoreoqrafiya Akademiyasında (BXA) erkən nikahların yaratdığı sosial, psixoloji və hüquqi problemlərə həsr olunmuş “Erkən nikahın fəsadları” adlı tədbir keçirilib.

Tədbirdə akademiyanın rəhbərliyi, müəllim və tələbə heyəti, polis əməkdaşları iştirak ediblər.

Tədbirdə erkən nikahların təhsilə, sağlamlığa və gənclərin gələcək inkişafına mənfi təsirlərindən danışılıb, bu problemin cəmiyyət üçün yaratdığı risklər diqqətə çatdırılıb.

Sözügedən mövzu ilə bağlı təqdimatlar nümayiş olunub, iştirakçılara erkən nikahların hüquqi aspektləri, ailə münasibətlərinə və sosial rifaha təsirləri barədə məlumat verilib.

Comments are disabled