WhatsApp Image 2026 06 03 at 21 38 55 1 900x1024

Mütəllimov Rəsul Nazim

Müəllim

Qısa bioqrafik məlumat

30.09.2002-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.

2008-ci ildə Sumqayıt şəhərində yerləşən İnternat tipli Gimnaziyanın birinci sinfinə daxil olmuş, 2019-cu ildə həmin təhsil müəssisəsini müvəffəqiyyətlə başa vurmuşdur.

Elə həmin ildə Bakı Xoreoqrafiya Akademiyasına qəbul olunmuş və burada ali təhsil almışdır. 2023-cü ildə Akademiyanın müvafiq ixtisası üzrə bakalavr təhsilini uğurla tamamlamışdır.

Təhsilini davam etdirmək məqsədilə 2023-cü ildə Naxçıvan Dövlət Universitetinin magistratura pilləsinə qəbul olunmuşdur. Daha sonra, 2024-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə transfer edilmişdir. Hazırda universitetin Musiqi sənəti fakültəsinin magistratura pilləsinin II kurs tələbəsidir.

Əmək fəaliyyəti

Mütəllimov  Rəsul Nazim oğlu 2024-cü ildən etibarən Bakı Xoreoqrafiya Akademiyasında əmək fəaliyyətinə başlamışdır. O, Akademiyada qarmon müəllimi kimi fəaliyyət göstərərək tələbələrin peşəkar hazırlığında, milli musiqi ənənələrinin təbliği və inkişafında fəal iştirak edir.

Gənc müəllim kimi pedaqoji fəaliyyətində məsuliyyət, peşəkarlıq və yüksək işgüzarlıq nümayiş etdirən Rəsul Mütəllimov musiqi təhsilinin inkişafına və gələcək musiqiçi nəslinin yetişdirilməsinə öz töhfəsini verməkdədir.