Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi və kollektivi Fəxri Xiyabanı ziyarət edib.
Ziyarət zamanı ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyulub, onun əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Qeyd olunub ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, elm, təhsil, mədəniyyət və incəsənətin inkişafı istiqamətində misilsiz xidmətlər göstərib. Ulu öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan mədəniyyəti və incəsənəti beynəlxalq müstəvidə daha geniş şəkildə tanıdılıb.
Bildirilib ki, ümummilli liderin milli mədəniyyətə və incəsənətə göstərdiyi diqqət və qayğı bu gün də ölkənin mədəni siyasətinin əsas istiqamətlərindən biri kimi davam etdirilir. Xüsusilə gənc nəslin milli ruhda tərbiyəsi, dövlətçilik ənənələrinə bağlılıq və vətənpərvərlik dəyərlərinin aşılanması istiqamətində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət daşıyır.
Bakı Xoreoqrafiya Akademiyasının kollektivi ulu öndərin zəngin siyasi və mənəvi irsinin Azərbaycan xalqı tərəfindən daim böyük ehtiramla yad olunduğunu vurğulayaraq, onun əziz xatirəsinin hər zaman minnətdarlıq hissi ilə anılacağını bildirib.



Video link: https://www.youtube.com/watch?v=9fgmJrHveaE

