Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə BXA-nın müəllim və şagird kollektivi iştirak edib. Öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı ətraflı məlumat verilib.
Bildirilib ki, 1918-ci ilin mart hadisələri zamanı azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktları tariximizin ən ağrılı səhifələrindən biri olub:
«Bu faciənin unudulmaması və gələcək nəsillərə düzgün şəkildə çatdırılması hər bir vətəndaşın mənəvi borcudur».
Tədbirin sonunda Mart soyqırımı mövzusuna həsr olunmuş sənədli film nümayiş olunub.
Qeyd edək ki, anım tədbirinin keçirilməsi gənc nəslə tarixi həqiqətlərin çatdırılması və milli yaddaşın qorunması məqsədi daşıyır.

