20 mart 2026-cı il tarixində Rusiya Mədəniyyət Nazirliyi və Moskva Dövlət Mədəniyyət İnstitutunin Xoreoqrafiya fakültəsinin təşkilatçılığı ilə “Rəqs. Düşüncə. Zaman” Beynəlxalq Xoreoqrafiya Forumu çərçivəsində Gənc xoreoqrafların IV Universitetlərarası müsabiqəsi keçirilib.
Müsabiqədə Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin tələbəsi Abdullayeva Nərgiz müasir rəqs nominasiyası üzrə onlayn formatda iştirak edib.
Beynəlxalq müsabiqədə ümumilikdə 28 təhsil müəssisəsinin nümayəndələri iştirak edib. Münsiflər heyəti çıxışları müasir, xalq, klassik, bal və estrada rəqsləri üzrə, həmçinin solo, kiçik qrup və ansambl formatlarında qiymətləndirib.
Müsabiqənin nəticələrinə əsasən, Abdullayeva Nərgiz müasir rəqs nominasiyasında kiçik qrup formatında onlayn iştirak edərək I dərəcəli laureat adına layiq görülüb.

