A

Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Konservatoriyası və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Musiqinin tədqiqi məsələləri” mövzusunda Musiqişünaslıq ixtisası üzrə buraxılış kursu tələbələrinin II Respublika Elmi Konfransı keçirilib.

Konfrans çərçivəsində müxtəlif ali təhsil müəssisələrini təmsil edən tələbələr aktual elmi mövzular üzrə məruzələrlə çıxış edərək musiqişünaslıq sahəsində aparılan tədqiqatları təqdim ediblər.

Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin tələbəsi Zümrüd Əliyeva da fəal iştirak edib. O, “Xoreoqrafik kompleks şəraitində uşaqlarla pedaqoji işin formaları və metodları” adlı məruzə ilə çıxış edib.

Məruzədə xoreoqrafiya təhsilində uşaqlarla işin təşkili, müasir pedaqoji yanaşmaların tətbiqi, eləcə də effektiv metodların istifadəsi geniş şəkildə şərh olunub.

Comments are disabled