aşağıdakı ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıq sazişləri imzalamışdır:
1. Moskva Dövlət Xoreoqrafiya Akademiyası – 2015, 2021
Rusiya Federasiyası, Moskva şəhəri
2. A.Y. Vaqanova adına “Rus Baleti” Akademiyası – 2015
Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri
3. Moskva Dövlət Mədəniyyət İnstitutu – 2015
Rusiya Federasiyası, Moskva şəhəri
4. M.K. Čiurlionis adına Litva Milli İncəsənət Məktəbi – 2015
Litva Respublikası, Almata şəhəri
5. T. Jurgenov adına Qazax Milli İncəsənət Akademiyası – 2016
Qazaxıstan Respublikası, Astana şəhəri
6. Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti – 2016
Belarus Respublikası, Minsk şəhəri
7. Qazax Milli Xoreoqrafiya Akademiyası – 2016
Qazaxıstan Respublikası, Astana şəhəri
8. Pekin Rəqs Akademiyası – 2016
Çin şəhəri
9. Üzəyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası – 2015
10. A Seleznoy adına Alma-Ata – 2017
Xoreoqrafiya Orta İxtisas Məktəbi
11. Kazan Dövlət Mədəniyyət İnstitutu – 2021
12. Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutu – 2021
13. Rusiya Dövlət Teatr Sənəti İnstitutu (QİTİS) – 2021
14. Antalya AKEV Universiteti – 2021
15. Tokio Balet Akademiyası – 2021
Bakı Xoreoqrafiya Akademiyasının Beynəlxalq əməkdaşlıq şöbəsin əsas
2022-27ci illər üçün Strateji İnkişaf konsepsiyası
Azərbaycan Respublikasının Pezidenti cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, müasir dünyada hər bir ölkənin nüfuzu və əldə etdiyi uğurlar həmin ölkənin təhsilinin səviyyəsi ilə ölçülür. Təsadüfü deyil ki, ölkə başçısı mövcud təhsil problemlərini və aparılan islahatları daim nəzarət altında saxlayır, təhsilin çağdaş dünyada gedən proseslər kontekstində daha da inkişaf etməsinə çalışır. Belə ki, ölkəmizin dünyaya inteqrasiya olunmasını şərtləndirən vacib amillərdən biri də təhsil sahəsində bu sistemin uğurlu tətbiqi ilə əlaqədardır
Təhsil gənc nəslin tərbiyələnməsi, mütəxəssis kimi yetişməsi, ölkənin uğurlu, işıqlı gələcəyi deməkdir. Təhsil təminatının yüksək olduğu ölkələrdə istər iqtisadi, istərsə də mədəni və digər sahələrdə inkişaf daha dinamik xarakter daşıyır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr 13 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında təsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq etmişdir. Strategiya Azərbaycanın inkişaf konsepsiyasına və qabaqcıl beynəlxalq təcrübəyə uyğun rəqabət qabiliyyətli təhsil sisteminin qurulması istiqamətində strateji hədəflər və tədbirlər müəyyənləşdirilmişdir.
Bununla əlaqədar Bakı Xoreoqrafiya Akademiyasının Beynəlxalq əməkdaşlıq şöbəsinin əsas prioritet məqsədi və 2022—2027 ci ildə akademiyanın maraqları cərçivəsində beynəlxalq ali məktəblərlə əməkdaşlıq etmək, gələcək inkişafı üçün strateji planlar qurmaq və həyata keşirilməsidir.
Bakı Xoreoqrafiya Akademiyasının Beynəlxalq əməkdaşlıq şöbəsinin əsas Strateji inkişaf konsepsiyası aşağıdakılardır:
1. Beynəlxalq praktikanın akademiyada tətbiq edilməsinə dəstək olmaq;
2. Ali məktəblər arasında qarşılıqlı münasibətlərin inkişafı üçün memorandum və ikitərəfli müqavilələrin imzalanmasını təşkil etmək;
3. Akademiyanın beynəlxalq təşkilatlara üzvlüyünü, təşkilatlar və müəssisələr ilə əməkdaşlığını təmin etmək;
4. Akademiyanın beynəlxalq layihələrdə iştirakını təmin etmək (Festival, Beynəlxalq Konkurs, Beynəlxalq simpozium)
5. Tələbələrin və işçi heyətin mübadilə proqramlarında iştirakını təşkil etmək və s.
6. Beynəlxalq mübadilə prosedurlarının sadələşdirilməsi;
7. Beynəlxalq tərəfdaşlarla əlaqələrin effektivliyinin və əcnəbi tələbələrin sayını artırılması;
8. 2024-cı ilə qədər beynəlxalq ikili diplom proqramlarına qoşulmaq və iştirak emək
9. 2025-ci ildə Beynəlxalq ikili diplom proqramlarının nüfuzlu Ali məktəblər hesabına artırılması;
Beynəlxalq əlaqələr şöbəsinin müdiri,
Kulturologiya üzrə fəlsəfə doktoru, dosent Çingiz Bağırov