Şəhla Hüseyn qızı Əliyeva
Humanitar fənlər kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, BXA-nın professoru
Qısa bioqrafik məlumat
26 iyul 1973-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
Təhsili:
1990-cı ildə Həzi Aslanov adına 175 nömrəli orta məktəbi bitirmişdir.
1990-1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Teatrşünaslıq ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyəti:
- 1991-ci il – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səhnə hərəkəti və bədən tərbiyəsi” kafedrasında laborant
- 1998-ci il – “Teatrşünaslıq” kafedrasında böyük laborant, eyni zamanda saat hesabı müəllim
- 2004-cü il – seçki yolu ilə “Teatrşünaslıq” kafedrasına müəllim
- 2007-ci il – müsabiqə yolu ilə baş müəllim
- 2008-ci il – Sənətşünaslıq fakültəsinin “Teatrşünaslıq” kafedrasına müdir, eyni zamanda 0,5 ştat baş müəllim
- 2017–2023-cü illər – Bakı Xoreoqrafiya Akademiyasının “İncəsənət” fakültəsinin “Sənətşünaslıq” kafedrasında 0,5 ştat dosent və kafedra müdiri
- Hazırda Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin “Humanitar fənlər” kafedrasının müdiri vəzifəsini icra edir.
Elmi dərəcə və elmi ad:
2005-ci il – “Azərbaycan teatrında tərcümə əsərlərinin səhnə təcəssümü (rus dramaturgiyası əsasında, 1941–1990-cı illər)” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır
2019-cu il – Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilmişdir
2024-cü il – “Humanitar fənlər” kafedrasına müsabiqə yolu ilə professor vəzifəsinə layiq görülmüşdür.
Elmi-pedaqoji fəaliyyəti:
30-a yaxın elmi məqalənin müəllifi
Respublika və beynəlxalq səviyyəli 8 elmi konfransda məruzə ilə çıxış
Konfrans materiallarında elmi məqalələrin dərc olunması
Bakalavr və magistratura pillələri üzrə 50 tədris proqramının müəllifi və elmi redaktorudur
Tədris və metodik vəsaitlər
“Azərbaycan teatrında rus dramaturgiyasının səhnə təcəssümü (1941–1990-cı illər)” – dərs vəsaiti
“Marius Petipa və XIX əsrin II yarısında balet teatrı” – metodik vəsait
“Teatr tarixi” – metodik vəsait
Opponent fəaliyyəti
2024-cü il – Əlləz Səlimxan oğlu Əhmədovun “Müstəqillik dövrü Azərbaycan teatrında repertuar problemi (1991–2015-ci illər)” mövzusunda dissertasiya işinə rəsmi opponent
2025-ci il – Ülkər Məmmədovanın “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında uşaq tamaşalarının ideya-bədii və tipoloji xüsusiyyətləri” mövzusunda dissertasiya işinə opponent rəyi bildirmişdir.
İctimai və yaradıcılıq fəaliyyəti
Teatr Xadimləri İttifaqının təşkil etdiyi festival və konfranslarda iştirak etmiş, televiziya kanallarında və mətbuatda çıxış edərək Azərbaycan mədəniyyəti və incəsənət təhsilinin inkişafı ilə bağlı fikirlərini bölüşmüşdür.
Təltiflər
26 aprel 2024-cü il tarixində Xoreoqrafiya sahəsində təhsilin inkişafında, milli və klassik rəqs üzrə kadr hazırlığında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən Fəxri fərman ilə təltif olunmuşdur.
Ailəlidir, iki övladı var.
