X15 1024x680


Məmməd-Zadə Nailə Faiq qızı

Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Azərbaycan Respublikasının Əməkdar artisti

Qəbul günü:

Əməkdaşlar, tələbələr və valideynlər
Hər həftənin cümə axşamı günü/ 12:00–15:00
Qəbul üçün qeydiyyat: (012) 597-34-26
Ünvan: Rəşid Behbudov küç., 75. 2-ci mərtəbə Akt zalı

Məmməd-Zadə Nailə Faiq qızı – xoreoqraf, pedaqoq, Azərbaycan Respublikasının Əməkdar artisti.

Təhsili və elmi fəaliyyəti:

Nailə Məmməd-Zadə 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavr pilləsini, 2023-cü ildə Moskva Dövlət İncəsənət İnstitutunu “Xoreoqrafiya sənəti” ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2023-cü ilin 1 noyabr tarixindən etibarən həmin ali təhsil müəssisəsinin sənətşünaslıq elm sahəsi üzrə doktorantura pilləsində təhsil alır.

Elmi-pedaqoji fəaliyyəti çərçivəsində xoreoqrafiya sənətinin tarixi, inkişaf mərhələləri və milli xoreoqrafiya irsi üzrə tədqiqatlar aparır. Elmi məqalələrin, respublika və beynəlxalq səviyyəli konfrans materiallarının müəllifidir.

Əmək fəaliyyəti:

  • 1997–2021 – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solo ifaçı

  • 2005-2020  – “Azərbaycan Mirvariləri” Rəqs Ansamblının bədii rəhbəri

  • 2016–2017 – Bakı Xoreoqrafiya Akademiyasında müəllim

  • 2017–2021 – Dövlət Sərhəd Xidməti nəzdində Rəqs Ansamblının bədii rəhbəri

  • 2021-ci ildən Klassik rəqs kafedrasında
  • 2022-ci ildən isə Baletmeyster sənəti kafedrasında müəllim vəzifəsində çalışır
  • 2021 – Bakı Xoreoqrafiya Akademiyasında bədii rəhbər və rektor vəzifəsini müvəqqəti icra edən

  • 2022-ci ildən – Bu günə qədər Bakı Xoreoqrafiya Akademiyasında Tədris işləri üzrə prorektoru, eyni zamanda rektor vəzifəsini icra edir

İfaçılıq və səhnə fəaliyyəti:

Nailə Məmməd-Zadə yaradıcılıq fəaliyyəti dövründə Azərbaycan və dünya klassik balet və opera səhnəsində aparıcı solo partiyaların ifaçısı olmuşdur. Onun ifa etdiyi əsərlər sırasında:

İ.Ştrausun “Düyməcik”, A.Adanın “Jizel”, P.İ.Çaykovskinin “Qu gölü”, “Şelkunçik”, N.Rimski-Korsakovun “Şəhrizad”, Ə.Bədəlbəylinin “Qız qalası”, Q.Qarayevin “Yeddi gözəl”, “Don Kixot”, F.Əmirovun “Min bir gecə”, X.Mirzəzadənin “Ağlar və qaralar”, A.Əlizadənin “Ümid valsı”, “Qafqaza səyahət”, Niyazinin “Rast” baletləri, eləcə də C.Verdi, J.Bize, R.Leonkavallo, Z.Hacıbəyli, M.Maqomayev, V.Adıgözəlovun opera tamaşaları xüsusi yer tutur.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bir sıra səhnə əsərlərinin xoreoqrafı və bərpaçı-xoreoqrafı kimi fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Xanəndənin taleyi” operasının xoreoqrafı, “Knyaz İqor” operasında “Qıpçaq rəqsləri”nin bərpaçı-xoreoqrafı olmuşdur.

Beynəlxalq və dövlət tədbirləri:

Nailə Məmməd-Zadə çoxsaylı beynəlxalq, respublika və dövlət səviyyəli tədbirlərin açılış və bağlanış mərasimlərinin quruluşçu-xoreoqrafı olmuşdur. Onun yaradıcılıq fəaliyyəti aşağıdakı nüfuzlu tədbirləri əhatə edir:

  • “Eurovision” Mahnı Müsabiqəsi (Azərbaycan və Ukrayna)

  • I Avropa Olimpiya Oyunları

  • Formula 1 Azərbaycan Qran-Prisi

  • İslam Həmrəyliyi Oyunları

  • Dünya və Avropa çempionatlarının açılış mərasimləri

  • “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı

  • “Şuşa – Türk Dünyasının Mədəniyyət Paytaxtı” tədbirləri

  • “EXPO 2020” Dubay

  • UNESCO və TÜRKSOY xətti ilə keçirilən beynəlxalq mədəniyyət layihələri

  • Böyük Britaniya, ABŞ, Fransa, Qazaxıstan, Özbəkistan, Albaniya və digər ölkələrdə Azərbaycan mədəniyyət günləri

  • Şuşa, Laçın, Füzuli, Ağdam şəhər günləri və Zəfər Günü konsert proqramları

Akademik və bədii rəhbərlik fəaliyyəti:

Bakı Xoreoqrafiya Akademiyasının buraxılış-hesabat konsertlərinin bədii rəhbəri, klassik və milli balet tamaşalarının məşqçi-xoreoqrafı, müxtəlif festival və layihələrin bədii rəhbəri kimi çıxış etmişdir.

Elmi və metodik nəşrlər:

  • “Heydər Əliyev və Azərbaycan xoreoqrafiya sənəti” – monoqrafiya, Bakı, “Mütərcim”, 2024, 104 səh.

  • “Balet sənətinin yaranması və inkişaf tarixi” – dərs vəsaiti (Hazırda çapdadır)

Fəxri adlar və mükafatlar:

  • 2014 – Azərbaycan Respublikasının Əməkdar artisti

  • 2012 – Grand Müstəqil Milli İctimai Mükafatı (Diplom)

  • 2018 – Dövlət Sərhəd Xidməti, Azərbaycan Atçılıq Federasiyası tərəfindən Fəxri fərmanlar

  • 2019 – Böyük Britaniya Kraliçası II Elizabetin yubileyinə həsr olunmuş Royal Windsor Horse Show layihəsinə görə Fəxri fərman

  • 2023 – “Humay” Milli Mükafatı

  • 2024 – Bakı Xoreoqrafiya Akademiyasının 10 illiyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı

  • TÜRKSOY, UNESCO, Dünya Etnoidman Konfederasiyası və digər beynəlxalq qurumlar tərəfindən təşəkkürnamə və mükafatlar

Ailəlidir, üç övladı var