Bakı Xoreoqrafiya Akademiyasının Bədii Şurası bədii rəhbərin, istehsalat təcrübəsi rəhbərinin, şöbə müdirlərinin dərs ili üçün perspektiv iş planlarını, ixtisas fənləri üzrə tədris proqramlarını müzakirə edən və tövsiyələr verən orqanıdır.
Bədii Şura ixtisas fənləri üzrə dövlət tədris plan və proqramlarının hər bir müəllim tərəfindən yerinə yetirilməsi, təlim prosesinin keyfiyyəti, bədii-estetik səviyyəsi, istedadlı şagird və tələbələrlə aparılan fərdi yaradıcılıq işlərinin vəziyyəti, şagird və tələbələrin səhnə və istehsalat təcrübəsinin təşkili və aparılması, baza teatrı ilə yaradıcılıq əlaqələrinə aid məsələləri müzakirə edir, yekunlaşdırır, qiymətləndirir, bu işlərin səmərəliliyinin artırılması yollarını müəyyənləşdirir.
Bədii Şura şagird və tələbələrin yaradıcılıq-hesabat konsertlərinin, digər açıq və qapalı konsertlərin proqramlarını, konserti hazırlayan müəllimlərin, ifaçıların fəaliyyətini müzakirə edir, qiymətləndirir, daha yüksək göstəricilərə nail olanların mənəvi və maddi cəhətdən həvəsləndirilməsi barədə təkliflər verir, ixtisas fənn müəllimlərinin pedaqoji ustalıqlarının artırılması məsələlərini, pedaqoji-yaradıcılıq konfrans və seminarların proqramlarını müzakirə edir, ixtisas üzrə sinifdən-sinfə (kursdan-kursa) keçid imtahanları aparılacaq fənləri müəyyənləşdirir, imtahan komissiyalarının tərkibi barədə təkliflər verir.
Bədii Şuranın tərkibinə Akademiyanın rektoru (sədr), bədii rəhbər, istehsalat təcrübəsi müdiri, fəxri adları olan, habelə aparıcı rəqs müəllimləri, baza teatrlarından aparıcı mütəxəssislər və tanınmış səhnə ustaları daxil edilir.