Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, kafedra müdirləri və müəllim-tələbə heyəti iştirak edib.
Öncə tədbir iştirakçıları akademiyanın foyesində BXA şagirdlərinin 31 Mart Soyqırımına həsr olunmuş divar rəsm əsərləri və soyqırımı dəhşətlərini özündə əks etdirən kitab sərgisi ilə tanış olublar.
Ardınca isə tədbir açıq elan edilib. Əvvəlcə Azərbaycan Dövlət Himni səslənib və soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmana əsasən Azərbaycanlıların Soyqırımı Günü ilk dəfə dövlət səviyyəsində qeyd edilib.
Şagirdlər tərəfindən soyqırıma həsr olunmuş tarixi materiallar səsləndirilib, şeir nümunələri ifa olunub və hüznlü “Aman ayrılıq” həzin rəqs kompozisiyası nümayiş edilib.
Ardınca isə 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı zamanı Bakı şəhərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni daşnaklarının törətdiyi qanlı qırğınlar, soyqırımı nəticəsində qətlə yetirilən on minlərlə azərbaycanlıların acı aqibətini əks etdirən videoçarx təqdim olunub.