ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   AKADEMİYA MƏTBUATDA    ||   AFİŞA    ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   


 Gənc xoreoqrafların diplom tamaşası

   03.06.2018

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) orta ixtisas (kollec) tələbələri Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində “Don Kixot” buraxılış-tamaşası ilə çıxış ediblər.
Buraxılış konsertində xarici korpusların diplomatik nümayəndələri, ölkənin məşhur mədəniyyət xadimləri, dövlət və ictimai təşkilatların rəhbərləri, tanınmış simaları, eləcə də Bakı Xoreqrafiya Akademiyasının professor-müəllim heyəti iştirak ediblər.
Səhnə əsərinin maraqlı və zəngin dekorasiyası, iştirakçıların məharətli çıxışı tamaşanı daha da baxımlı edib.
Qeyd edək ki, Sözügedən tamaşanın xoreoqrafı, Əməkdar Müəllim Pellumb Aqalıyey, dirijoru Əməkdar Artist Əyyub Quliyevdir.