ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   AKADEMİYA MƏTBUATDA    ||   AFİŞA    ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   


 Gənc xoreoqrafların diplom tamaşası

   04.06.2018

Azərbaycan Dövlət Musiqili Teatrında Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksi (BXA) orta ixtisas (kollec) tələbələrinin buraxılış kurs tamaşası təqdim olunub.
Dahi bəstəkar, milli operamızın banisi Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının motivləri əsasında hazırlanmış "Xoşbəxt evliliyin qaydaları" səhnə əsərində BXA-nın orta, orta ixtisas, bakalavriat və magistratura pillələrinin şagird və tələbələri çıxış ediblər.
Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri, xarici korpusların diplomatik nümayəndələri, ölkənin məşhur mədəniyyət xadimləri, dövlət və ictimai təşkilatların rəhbərləri, ölkənin tanınmış simaları, eləcə də Bakı Xoreqrafiya Akademiyasının professor-müəllim heyəti iştirak ediblər.
Sözügedən səhnə əsərinin quruluşçu xoreoqrafı Xalq artisti Yusif Qasımov, rejissoru isə Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
Səhnə əsərinin maraqlı və zəngin dekorasiyası, iştirakçıların məharətli çıxışı tamaşanı daha da baxımlı edib.
Bakı Xoreoqrafiya Akademiyası tərəfindən keçirilən konsert şanlı tariximizi özündə əks etdirən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.