ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   AKADEMİYA MƏTBUATDA    ||   AFİŞA    ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   


 BAKI XOREOQRAFİYA AKADEMİYASININ "SƏMAYİ-ŞƏMS" RƏQS-TAMAŞASI

   24.05.2017
“İslam həmrəyliyi ili”nə həsr olunmuş layihə təqdim edilib
Bakı Xoreoqrafiya Akademiyası “İslam həmrəyliyi ili”nə həsr olunmuş layihələr çərçivəsində mayın 24-də Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində "Səmayi-şəms" rəqs-tamaşasını təqdim edib.
Tamaşanı möhtəşəm “Davulla rəqs” kompozisiyası açaraq, dünyaya sülh və həmrəylik mesajları göndərib. Səhnədə Azərbaycan, Türkiyə, İran, Albaniya, Misir, Qazaxıstan, Özbəkistan, Tacikistan, Dağıstan, bir sıra ərəb və digər müsəlman ölkələrinə məxsus milli rəqslərdən ibarət vahid ssenari üzrə rəqs-tamaşa nümayiş olunub.
“Səmayi-şəms” layihəsinin bədii rəhbəri Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, rejissoru Cavid İmamverdiyevdir.
Tamaşanın quruluşçu xoreoqrafları BXA-nın Milli rəqs kafedrasının baş müəllimi, Xalq artisti Yusif Qasımov və tanınmış xoreoqraf, TÜRKSOY-un baş baletmeysteri, Nursultan Nazarbayev Fondunun mükafatçısı Arman Nurmaxamatulı, xoreoqrafları akademiyanın əməkdaşları - Milli rəqs kafedrasının müdiri, Əməkdar artist Sənan Hüseynli, Əməkdar artist Səbinə Qasımova, Əməkdar müəllim Pellumb Aqalıyay və Kamilə Əliyevadır.
"Səmayi-şəms" rəqs-tamaşası böyük maraqla izlənilib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, dövlət və hökumət təşkilatlarının nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların nümayəndələri iştirak edirdi.