ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   AKADEMİYA MƏTBUATDA    ||   AFİŞA    ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   


 TAM ORTA MƏKTƏB


Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsi üzrə fəaliyyəti akademiya nəzdində fəaliyyət göstərən tam orta məktəb həyata keçirir.
Məktəbə şagirdlər irqindən, milliyyətindən, dinindən, mənşəyindən, cinsindən, əqidəsindən, sosial vəziyyətindən asılı olmayaraq, fiziki cəhətdən sağlam, xoreoqrafiya təlimi üçün müvafiq qabiliyyətə malik olan, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə xarici ölkələrin vətəndaşları qəbul komissiyası tərəfindən müsabiqə yolu ilə müvafiq yaş qrupu üzrə aşağıda göstərilən şöbə və siniflərə qəbul olunurlar:
1-4-cü siniflərə (klassik rəqs bölməsinə hazırlıq siniflərinə) – 6-10 yaşlı;

klassika şöbəsinə – orta ümumtəhsil məktəbinin 4-cü sinifini bitirmiş 10-11 yaşlı;

xalq şöbəsinə – orta ümumtəhsil məktəbinin 4-7-ci siniflərini bitirmiş 10-14 yaşlı.

Məktəbə Bəşarət Hüseynova rəhbərlik edir.
example7 example7 example7