ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   AKADEMİYA MƏTBUATDA    ||   AFİŞA    ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   


 Sənət Akademiyası


“Sənət Akademiyası” – Bakı Xoreoqrafiya Akademiyasının təsis etdiyi, özündə xoreoqrafiya, musiqi sənəti, eləcə də mədəniyyət və incəsənətin digər sahələri üzrə aparılan fundamental elmi tədqiqatların nəticələrini ehtiva edən beynəlxalq elmi-nəzəri jurnaldır. Jurnalda elm, təhsil və mədəniyyət sahələrinin mütəxəssislərinin məqalələri mütəmadi olaraq dərc edilir. Ölkənin aparıcı elm və yaradıcılıq müəssisələri, o cümlədən akademik institutlar, universitet, teatr, muzey və kitabxanalarda fəaliyyət göstərən alim və gənc tədqiqatçıların elmi-tədqiqat işlərinin nəticələri jurnalda nəşr edilir. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir.