ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   AKADEMİYA MƏTBUATDA    ||   AFİŞA    ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   


REKTOR

Əfəndiyev Timuçin İlyas oğlu - Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” Ordeni kavaleri, filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas, Yazıçılar Birliyinin üzvü, Azərbaycan və xaricdə nəşr olunan ədəbiyyat, mədəniyyət, incəsənət, teatr və kino tarixi və nəzəriyyəsi haqqında çoxsaylı monoqrafiya, məqalələr və kitabların müəllifidir. 27 il ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə Bakı Xoreoqrafiya Akademiyasının rektoru təyin edilmişdir. 1 sentyabr 2015-ci il tarixində Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Timuçin İlyas oğlu Əfəndiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.