ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   AKADEMİYA MƏTBUATDA    ||   AFİŞA    ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   


 KONFRANSLAR VƏ SEMİNARLAR


Baki Xoreoqrafiya Akademİyasinda Cəlil Məmmədquluzadəyə həsr olunmuş elmi-nəzəri konfrans,

29.03.2019
Bakı Xoreoqrafiya Akademiyasının
Elmi Şura zalı


Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) “Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” ədəbi məktəbi” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransda BXA-nın professor-müəllim, tələbə-şagird heyəti və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının mədəni-kütləvi tədbirlər şöbəsinin müdiri Qənirə Mustafayeva, baş kitabxanaçı İradə Kərimova iştirak ediblər. Tədbiri giriş sözü ilə Bakı Xoreoqrafiya Akademiyasının Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Vəfa Əliyev açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli ədəbiyyat klassikləri - İmadəddin Nəsiminin 650, Cəfər Cabbarlının 120, İsmayıl Şıxlının 100, Həmid Araslının 110 və Cəlil Məmmədquluzadənin 150 illik yubileylərinin keçirilməsinə dair beş Sərəncam imzalamasından bəhs edib. Sonra V. Əliyev görkəmli şəxsiyyət Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Daha sonra İctimai fənlər kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, pedaqogika üzrə fəlsəfə doktoru, professor Maral Manafova “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı”, Sənətşünaslıq kafedrasının müdiri, Əməkdar incəsənət xadimi,sənətşünaslıq üzrə fəlsəfə doktoru,professor Rafiq Sadıqov “Cəlil Məmmədquluzadənin publisistikası”,filologiya üzrə fəlsəfə doktoru,dosent Aypara Məmmədova “Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi kimi”, Magistratura və doktorantura şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosent Fərhunə Atakişiyeva ““Molla Nəsrəddin” ədəbi məktəbində dil məsələləri”, BXA-nın dissertantı Dinara Əliyeva “Cəlil Məmmədquluzadənin XX əsr yaradıcılığında XIX əsr rus tənqidi realizminin rolu” adlı məruzələrlə çıxış ediblər. Akademiyanın tələbələri isə C.Məmmədquluzadənin felyetonlarından nümunələr səsləndiriblər. Sonda isə Bakı Xoreoqrafiya Akademiyasının kitabxanası tərəfindən Cəlil Məmmədquluzadənin məqalələrinin və kitablarının sərgisi keçirilib.





Xoreoqrafiya Akademiyasıda Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş konfrans.

02.03.2019
Bakı Xoreoqrafiya Akademiyasının
Elmi Şura zalı


Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə “Mən bir sönməz ulduzam ki, daim işıq saçaram” adlı elmi-praktiki konfrans keçirilib. Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə “Mən bir sönməz ulduzam ki, daim işıq saçaram” adlı elmi-praktiki konfrans keçirilib. Konfransda akademiyanın professor-müəllim, tələbə-şagird heyəti, Cəfər Cabbarlının ev-muzeyinin direktoru, ədibin nəvəsi Qəmər Seyfəddinqızı, Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirli, Xalq artistləri Nurəddin Mehdixanlı, Firəngiz Mütəllimova, Laləzar Mustafayeva, Əməkdar artist Məsmə Aslanqızı iştirak ediblər. Elmi-praktiki konfransda giriş sözü ilə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Vəfa Əliyev çıxış edərək, görkəmli yazıçının zəngin yaradıcılığından, Cəfər Cabbarlının ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb. Tədbirdə Cəfər Cabbarlının yaradıcılığı barədə ümumi məlumat veriləndən sonra böyük dramaturqun həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olunub. Sonra BXA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimova “Görkəmli dramaturq Cəfər Cabbarlı yaradıcılığının musiqidə təcəssümü”, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli ““Almaz” pyesinin yeni səhnə redaksiyası müasir zaman kontekstində”, BXA-nın Sənətşünaslıq kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov “Cəfər Cabbarlının teatrşünaslıq fəaliyyəti”, BXA-nın İctimai fənlər kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Maral Manafova “Cəfər Cabbarlının tərcümə yaradıcılığı”, “Ədəbiyyat qəzeti”nin məsul katibi, yazıçı-publisist Atababa İsmayıloğlu “Cəfər Cabbarlının dramaturgiya yaradıcılığı” mövzusunda məruzələrlə çıxış ediblər. Daha sonra isə C.Cabbarlının bir sıra əsərlərini səhnədə canlandıran Xalq artisti Nurəddin Mehdixanlı yazıçının qələmə aldığı əsərlərlə xalq arasında qazandığı sonsuz sevgidən, pyeslərinin bu gündə mütləq əksəriyyətinin aktuallığını qoruyub saxlamasından bəhs edərək, həm də bu konfransın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” müvafiq sərəncamından sonra keçirilən, məruzə rəngarəngliyi və bədii tərtibat baxımından ilk dolğun və əhatəli tədbirlərdən biri olduğunu qeyd etdi. Qonaq qismində iştirak edən Xalq artistləri Firəngiz Mütəllimova və Laləzar Mustafayeva isə ədibin əsərləri əsasında səhnəyə qoyulmuş tamaşalardakı rollarından danışdı. Tədbirin sonunda Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı çıxış edərək, konfransın təşkilinə görə, Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.





Bakı Xoreoqrafiya Akademiyasıda VI respublika elmi-praktik konfransı keçirilib.

01.03.2019
Bakı Xoreoqrafiya Akademiyasının
Elmi Şura zalı


Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) “Müasir dövr humanitar sahənin elm, təhsil və yaradıcılıq problemləri üzrə elmi və elmi-tədqiqat fəaliyyətinin istiqamətləri və mühüm nəticələri” mövzusunda VI respublika elmi-praktiki konfrans keçirilib. Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) “Müasir dövr humanitar sahənin elm, təhsil və yaradıcılıq problemləri üzrə elmi və elmi-tədqiqat fəaliyyətinin istiqamətləri və mühüm nəticələri” mövzusunda VI respublika elmi-praktiki konfrans keçirilib. Konfransda BXA-nın professor-müəllim heyəti, aparıcı ali təhsil müəssisələrindən, müxtəlif təşkilatlardan nümayəndələr, görkəmli alimlər iştirak ediblər. Tədbiri akademiyanın elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimova açaraq bildirib ki, bugünkü konfransın keçirilməsində məqsəd müasir dövrdə humanitar sahələrinin inkişafı, elmi və elmi-tədqiqat fəaliyyətinin aktual problemlərin tədqiqinə cəlb olunması və qazanılmış mühüm elmi nəticələrin paylaşılmasıdır. S. İbrahimovanın əhatəli çıxışından sonra konfrans plenar iclasda davam etdirilib. Akademiyanın tədris işləri üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar rəssam, professor Sevda Sadıxbəyova “Multikulturalizm kontekstində bədii tərtibatda geyim”, Azərbaycan Bəstəkarlar İttifaqının Musiqişünaslıq bölməsinin sədri, Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva “Firəngiz Əlizadənin yaradıcılığında Nəsimi poeziyası”, Sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi, professor Kübra Əliyeva “Bakının tarixi daş yaddaşlarda”, Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Əliyev “Azərbaycan xalq rəqslərinin yaranmasında və inkişafında instrumental ifaçıların rolu”, Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aygül Hüseynova “Sənətyönümlü ali təhsil müəssisələrdə mədəni irsin təbliği və multikultural dəyərlər”, Bakı Xoreoqrafiya Akademiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, elmi katib Əbülfəz Babazadə “Azərbaycanda yaponşünaslıq elminin mühüm nailiyyətləri”, Bakı Dövlət Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Knyaz Aslan “ İnformasiya cəmiyyətində Azərbaycanda redaktor ixtisaslaşmasının problemləri”, Bakı Xoreoqrafiya Akademiyasının dissertantı, Xalq artisti Nazpəri Dostəliyeva “Müasir dövr aşıq sənətinin elmi əsasları”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının dosenti Xəzər Zeynalov “Müstəqillik dövrü Azərbaycan monumental heykəltəraşlığı” filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti Şəhla Tahirqızı “Müasir dövrdə Azərbaycanda humanitar sahədə nəşr olunan elmi jurnallar”, sənətşünaslıq üzrə elmlər doktoru, Bakı Xoreoqrafiya Akademiyasının professoru Vəfa Əliyev “Xalq yazıçısı İlyas Əfəndiyevin nəzəri-estetik görüşləri” adlı məruzələrlə çıxış ediblər. Plenar iclasdan sonra konfransa təqdim olunmuş məruzələrin musiqi illüstrasiyaları təqdim olunub. Konfrans iştirakçıları qarşısında akademiyanın tələbəsi, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti, Əməkdar artist Nigar İbrahimova, Dosent Nigar Ağayeva, Rövşən Əmrahov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim Nərmin İbrahimova, Azərbaycan televiziya və radiosunun solisti, Beynəlxalq müsabiqələr laureatı Aynur İsgəndərli çıxış edib. Konfrans öz işinə bölmə iclaslarında davam etdirib. Konfransda təqdim olunan 56 məqalə toplu şəklində çap olununacaq.





Xoreoqrafiya Akademiyasında Üzeyir Hacıbəyli məktəbinə həsr olunmuş elmi-praktiki seminar keçirilib.

15.12.2018
Bakı Xoreoqrafiya Akademiyasının
Elmi Şura zalı


Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) Musiqi fənləri kafedrasının təşkilatçılığı ilə “Üzeyir Hacıbəyli və onun davamçılarının yaradıcılığında xalq çalğı alətlərinin ifasında seçilmiş rəqs nümunələrinə elmi- praktiki aspektdən yanaşma” mövzusunda elmi-praktiki seminar keçirilib. Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) bəstəkar, beynəlxalq müsabiqələr laureatı, akademiyanın Musiqi fənləri kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Cəfərovanın müəllif konseri keçirilib. Konsert çərçivəsində Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına estrada-simfonik orkestrinin solisti Şeyda Ələsgərova, Azərbaycan Telelviziya və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin solisti, Respublika və Beynəlxalq müsabiqələr laureatı İbrahim Babayev, Bakı Xoreoqrafiya Akademiyasının dosenti, Respublika müsabiqəsi laureatı Nigar Ağayeva, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin solisti, Turanə İsayeva, Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin solisti Camal Bayramlı, Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Dövlət simfonik orkestrinin solisti Akif Rəhimov, Bakı Xoreoqrafiya Akademiyası İncəsənət fakültəsində musiqi sənəti ixtisası üzrə təhsil alan I kurs tələbəsi Lalə Musayeva, həmçinin BXA-nın instrumental ifaçılıq və musiqi müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələri L. Cəfərovanın müəllifi olduğu “Karvan və rəqs”, “ Dəniz və tokkato”, “Rüstəm və Söhrab”, “Blyuz” və “ L” və digər musiqi kompozisiyalarını səsləndiriblər. Konsert tamaşaçılar tərəfindən böyük maraq və anşlaqla qarşılanıb





Bakı Xoreoqrafiya Akademiyasında ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib.

11.12.2018
Bakı Xoreoqrafiya Akademiyasının
Elmi Şura zalı


 Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə “Əbədiyaşar Lider” adlı tədbir keçirilib. Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə “Əbədiyaşar Lider” adlı tədbir keçirilib. Anım mərasimində BXA-nın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev, Yazıçılar Birliyinin üzvü, yazıçı İlqar Quliyev (Əhmədoğlu), professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər. Tədbir iştirakçıları öncə ulu öndərin akademiyanın foyesindəki büstü önünə gül dəstəsi qoyub, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə professor T. Əfəndiyev açaraq Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər salıb. Professor çıxışında qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev özünün bütün həyat və fəaliyyətini Azərbaycan xalqının və respublikamızın hərtərəfli inkişafına və çiçəklənməsinə, azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, dövlət quruculuğuna, müstəqil dövlətçiliyin möhkəmlənməsi və yüksəlməsinə, Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün dünyada tanınmasına həsr etmiş, bu sahədə misilsiz xidmətlər göstərmişdir. Sonra isə yazıçı İlqar Əhmədoğlu Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzedilməz xidmətlərindən və ümumilikdə dövlətçilik fəaliyyətindən danışıb. Yazıçı dahi şəxsiyyətə həsr etdiyi “Odlu ürəyin döyüntüləri” kitabını tədbir iştirakçılarına təqdim edib. Tədbirdə sənətşünaslıq üzrə elmlər doktoru, professor Vəfa Əliyev “Heydər Əliyev və Azərbaycan təhsili”, fəlsəfə üzrə elmlər doktoru, professor Əlikram Tağıyev “Ümummilli lider Heydər Əliyevin nəzəri irsi və azərbaycançılıq fəlsəfəsi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fərhunə Atakişiyeva “Heydər Əliyev və nitq mədəniyyəti”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aygül Hüseynova “Heydər Əliyev və musiqi mədəniyyəti” adlı məruzələrlə çıxış ediblər. Həmçinin Xarici işlər üzrə prorektor, Xalq artisti Təranə Muradova və BXA-nın müəllimi, Əməkdar artist Yuri Lobaçov ümummilli lider Heydər Əliyevlə kulis arxası görüşlərindən xatirələrini bölüşüblər. Anım mərasiminin ”Ulu öndər əbədi xatirələrdə” adlı bədii hissəsini açıq elan edən BXA-nın Kollecinin direktoru pedaqogika üzrə fəlsəfə doktoru Aynur Hüseynova da Ulu öndərin təhsilə və mədəniyyətə olan diqqət və qayğısından danışıb. Daha sonra kollec tələbələri tərəfindən ulu öndərə həsr olunmuş Xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan” şeiri, gənc yazar Qabil Ədalətin “ Heydər Əliyev”, yazıçı Mirkazım Seyidovun “ Yaşayır Heydər Ata” şeirləri səsləndirilib və “Xalq Heydər söyləyəcək”, “Heydər Atamız” mahnıları ifa edilib. Tədbir Ulu öndərin həyat və fəaliyyətini əks etdirən video süjetin nümayişi ilə başa çatıb.




Bakı Xoreoqrafiya Akademiyasında QİÇS-lə mübarizəyə həsr olunmuş seminar keçirilib.

06.12.2018
Bakı Xoreoqrafiya Akademiyasının
Elmi Şura zalı


Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) “Ümumdünya QİÇS-lə mübarizə günü”nə həsr olunmuş “Biz sağlam həyat tərzini seçirik” mövzusunda seminar keçirilib. Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) “Ümumdünya QİÇS-lə mübarizə günü”nə həsr olunmuş “Biz sağlam həyat tərzini seçirik” mövzusunda seminar keçirilib. Tədbirdə AR Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssis həkimi Dilşad Mahmudova, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları polis polkovniki İlhamə Qafarova, polis mayoru Kəmalə Ələkbərova, QİÇS-i törədən zərərli vərdiş və həyat tərzi mövzusunda ekranlaşdırılan “Mayak” filminin yaradıcı heyəti Azərbaycan Respublikasının Xalq artisti Məmməd Səfa Qasımov, filmin ssenari müəllifi Esmira Əyyub, BXA-nın professor-müəllim və tələbə heyəti iştirak ediblər. Tədbiri giriş sözü ilə açan BXA-nın Tədris şöbəsinin müdir müavini Mirələskər Aslanov tədbir iştirakçılarına Ümumdünya QİÇS-lə mübarizə gününün tarixi, bu virusların törətdiyi xəstəliklərin ağır sosial-iqtisadi nəticələri və bununla bağlı ölkəmizdə görülən tədbirlər haqqında geniş məlumat verib. Sonra isə çıxışı QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova davam etdirərək narkomaniya xəstəliyi, onun cəmiyyətə gətirdiyi bəlalardan, istifadəçilərinin qarşılaşdığı faciələrdən danışıb. D. Mahmudova narkomaniyanın keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olduğunu vurğulayaraq gəncləri sağlamlıqlarını qorumağa, pis vərdişlərdən uzaq olmağa və bu sahədə aparılan maarifləndirmə işlərində yaxından iştirak etməyə səsləyib. Daha sonra polis mayoru Kəmalə Ələkbərova da QİÇS və insan hüquqları, həmçinin həmin xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikası qanunlarının mühüm müddəalarını diqqətə çatdırıb. Tədbirin sonunda BXA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru Sonaxanım İbrahimova çıxış edərək gəncləri sağlam düşüncəyə səsləyərək onları qeyri-sağlam vərdiş və hərəkətlərdən uzaq olmağa çağırıb. Sonda mövzular ətrafında müzakirələr aparılıb və “Mayak” filmi nümayiş edilib.




Bakı Xoreoqrafiya Akademiyasında
xalq şairi Məmməd Arazın 85 illiyi qeyd olunub.

04.12.2018
Bakı Xoreoqrafiya Akademiyasının
Elmi Şura zalı


Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib. Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib. Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev, akademiyanın professor-müəllim və tələbə heyəti iştirak ediblər. Akademiyanın rektoru, professor Timuçin Əfəndiyev konfransı giriş sözü ilə açaraq Məmməd Arazın həyat yolu, fəaliyyəti və yaradıcılığından bəhs edib. T. Əfəndiyev qeyd edib ki, Xalq şairi Məmməd Araz yaradıcılığında əks etdirdiyi mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə ədəbiyyatımızda qiymətli mövqe qazanıb:” Xüsusilə də şairin yaradıcılığındakı milli azadlıq ideyası, vətənpərvərlik, və Cənubi Azərbaycan nisgili özünü qabarıq şəkildə büruzə verir. Buna nümunə olaraq “Ayağa dur, Azərbaycan”, “Bu gecə yuxumda Arazı gördüm”, “Məndən ötdü, qardaşıma dəydi” və bir çox başqa şeirlərini göstərmək olar”. Sonra BXA-nın İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aygül Hüseynova da tədbir iştirakçılarına görkəmli şair Məmməd Araz haqqında ətraflı məlumat verib. A. Hüseynova bildirib ki, şairin şeirlərində həyat eşqi, insani duyğular, folklor nümunələri geniş və dolğun əks olunmuşdur. Tədbirdə həmçinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Vəfa Əliyev “Məmməd Araz yaradıcılığında milli istiqlal ideyalarının tərənnümü”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Sadıqov “Poeziyamızın Məmməd Araz zirvəsi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fərhunə Atakişiyeva “Məmməd Araz şeirinin poetik özünəməxsusluğu” adlı məruzələrlə çıxış ediblər. Daha sonra isə akademiyanın kitabxana-informasiya mərkəzinin müdiri İradə Mehdiyevanın təşkil etdiyi Məmməd Arazın 85 illik yubileyinə həsr edilmiş kitab sərgisi nümayiş olunub. Sərgidə şairin çap olunmuş kitabları və şeirinə bəstələnmiş musiqi diski yer alıb. Elmi-nəzəri konfrans akademiyanın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadənin ifasında şairin “Vətən desin” şeiri, İncəsənət fakültəsi tələbələrinin ifasında Məmməd Arazın şeirlərindən seçmələr və şeirlərinə bəstələnmiş mahnılarla yekunlaşıb. Xatırladaq ki, 1933-cü ildə Şahbuz rayonunda anadan olan Məmməd Araz Azərbaycan ədəbiyyatdakı xidmətlərinə görə “Əməkdar incəsənət xadimi”, “Xalq şairi”, “İstiqlal” ordeni və bir sıra fəxri adlara layiq görülüb.





Bakı Xoreoqrafiya Akademiyasında Qara Qarayevin 100 illik yubileyi ilə bağlı
tədbir keçirilib

13.02.2018
Bakı Xoreoqrafiya Akademiyasının
Elmi Şura zalı


Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində görkəmli bəstəkar, Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, Əməkdar incəsənət xadimi, filologiya üzrə elmlər doktoru, professor Timuçin Əfəndiyevin rəhbərliyi ilə keçirilən tədbirdə akademiyanın professor müəllim heyəti ilə yanaşı Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə üzrə elmlər doktoru, professor Gülnaz Abdullazadə, Xalq artisti, bəstəkar Elnarə Dadaşova və digər qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev Azərbaycanın musiqi tarixində Qara Qarayevin əvəzsiz xidmətlərindən danışıb: “Azərbaycan musiqi tarixinin ən yüksək zirvələrindən sayılan Qara Qarayev xalqının qürur duyduğu bəstəkar-alim, dünya musiqi mədəniyyətinin nadir simalarındandır. Görkəmli bəstəkar əvəzsiz bəstələri ilə Azərbaycanı beynəlxalq aləmdə layiqincə tanıdıb. Qara Qarayev bəstələrinin dahiliyi, möhtəşəmliyi şəksiz idi və bunu öz çıxışlarında D. Şestakoviç, R. Şedrin, L. Mazel, İ. Stravinski kimi zamanın böyük musiqiçiləri etiraf ediblər. Onun dərin məzmunlu, zəngin, böyük ümumiləşdirmə qüvvəsinə malik musiqisi ümumibəşər mədəniyyətinin ən nadir səhifələrindən biri kimi əhəmiyyətlidir”. T. Əfəndiyev onu da qeyd edib ki, Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada hər bir kəs bu dahi sənətkarın musiqi dühasının sehrinə düşməsin: “Onun “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərindən, “Leyli və Məcnun” simfonik poemasından xəbərsiz olsun” . Daha sonra isə Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə Qara Qarayevin yaradıcılığından bəhs edən geniş məruzəsi çərçivəsində arxiv materialı olan Tofiq Quliyevin Qara Qarayev haqqında yazdığı məktubu tədbir iştirakçıları üçün sələndirib və onu Bakı Xoreoqrafiya Akademiyasına hədiyyə edib. Elmi sessiyada Qara Qarayevin tələbələrindən olan Xalq artisti, bəstəkar Elnarə Dadaşova da Qara Qarayevlə bağlı xatirələrini bölüşüb. O, dahi bəstəkarın tələbəsi olmaqdan qürur duyduğunu deyib: “Fəxr edirəm ki, bu böyük şəxsiyyətin tələbəsi olmuşam. Qara Qarayev Azərbaycan xalqının ziyalısı, təkrarsız və özünəməxsus bir şəxsiyyəti idi”. Elmi sessiyanın sonunda akademiyanın rektoru, professor Timuçin Əfəndiyev Azərbaycan Respublikası Prezidentinin “Görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi haqqında” sərəncamını rəhbər tutaraq akademiya tərəfindən xüsusi tədbirlər planının tərtib olunduğunu və həmin tədbirlərin il ərzində keçiriləcəyini bildirib.






Bakı Xoreoqrafiya Akademiyasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş
elmi konfrans

12.12.2017
Bakı Xoreoqrafiya Akademiyasının
Elmi Şura zalı


Bakı Xoreoqrafiya Akademiyasında Azərbaycan dili və ədəbiyyat, İctimai fənlər və Sənətşünaslıq kafedralarının birgə təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “ Ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin banisidir” mövzusunda elmi konfrans keçirilib. Elmi konfransın əvvəlində ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransı açıq elan edən Bakı Xoreoqrafiya Akademiyasının rektoru, əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Timuçin Əfəndiyev giriş sözü ilə çıxış edərək, Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər salıb. Professor Timuçin Əfəndiyev çıxışında qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev özünün bütün həyat və fəaliyyətini Azərbaycan xalqının və respublikamızın hərtərəfli inkişafına və çiçəklənməsinə, azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, dövlət quruculuğuna, müstəqil dövlətçiliyin möhkəmlənməsi və yüksəlməsinə, Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün dünyada tanınmasına həsr etmiş, bu sahədə misilsiz xidmətlər göstərmişdir. Elmi konfransda həmçinin, fəlsəfə üzrə elmlər doktoru, professor Əlikram Tağıyev “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisidir”, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyeva “ Heydər Əliyevə həsr olunmuş musiqi əsərləri”, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, professor Vəfa Əliyev “Ümummilli lider Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyinin banisidir”, Rejissorluq ixtisası üzrə I kurs magistr tələbəsi Aytac Hüseynova “Ümummilli lider və vətənpərvərlik fenomeni” mövzusunda məruzələrlə çıxış ediblər. Qeyd edək ki, Ulu öndərin anım gününə həsr olunmuş elmi konfransda Bakı Xoreoqrafiya Akademiyasının və digər sənət ali təhsil müəssisələrinin professor-müəllim və tələbə heyətinin, tanınmış alim və pedoqoqlarının çıxışları arası, Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video süjetlər nümayiş olunub. Məlumat üçün bildirək ki, konfrans ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Xalqa bağlanan ömür” adlı sənədli filmin nümayişi ilə sona çatıb



Bakı Xoreoqrafiya Akademiyasında
“Azərbaycançılıq fəlsəfəsi və qloballaşma dövründə mədəniyyətlərin dialoqu” mövzusunda konfrans

30 noyabr 2017
Bakı Xoreoqrafiya Akademiyasının
Elmi Şura zalı


Bakı Xoreoqrafiya Akademiyasında “Azərbaycançılıq fəlsəfəsi və qloballaşma dövründə mədəniyyətlərin dialoqu” mövzusunda konfrans Bakı Xoreoqrafiya Akademiyasında Akademiyanın Azərbaycan dili və ədəbiyyat, İctimai fənlər və Sənətşünaslıq kafedralarının birgə təşəbbüsü ilə “Azərbaycançılıq fəlsəfəsi və qloballaşma dövründə mədəniyyətlərin dialoqu” mövzusuna həsr edilmiş elmi konfrans keçirilmişdi. Konfransı giriş sözü ilə İctimai fənlər kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Maral Manafova açaraq, müasir tarixi mərhələdə əsas qlobal problemlərdən biri olan millətlərarası dialoqun inkişaf etdirilməsindən söhbət açdı. Maral xanım bir-irindən təcrid olunmuş mədəniyyətlərin mövcud olmadığını, onların qarşılıqlı dialoq, ünsiyyət vasitəsilə bir-birinə yaxınlaşaraq fəaliyyət göstərdiyini vurğuladı. Müxtəlif xalqlar və millətlərin zəruri tələbatı—mədəniyyətlərini yaşatmaq və inkişaf etdirməkdir - söyləyən M. Manafova bunun həlli yolunu ünsiyyətli dialoqun, qarşılıqlı münasibətlərin davamlı şəkildə aparılmasında gördüyünü qeyd etdi. Professor bir daha xalqlar və millətlərin yanaşı, sülh və əmin-amanlıq şəraitində yaşaması üçün ünsiyyətli dialoqun vacib və zəruriliyini əsas göstərdi. Daha sonra fəlsəfə üzrə elmlər doktoru professor Əlikram Tağıyev “Milli mənlik və multikultural proseslər”, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, professor Vəfa Əliyev “Azərbaycan mədəniyyətinin qloballaşmada iştirakı”, Əməkdar mədəniyyət işçisi, yazıçı-publisist, “Ədəbiyyat” qəzetinin məsul katibi Atababa İsmayıloğlu “Qloballaşma prosesi və sənətkarların adoptasiyası”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov “Müstəqillik dövrü Azərbaycan təsviri sənətində milli özünüdərk və vətənpərvərlik”, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, kulturoloq-yaponşünas Əbülfəz Babazadə isə “Qloballaşma dövründə xoreoqrafiya sənətinin inkişaf perspektivləri” mövzusunda məruzələrlə çıxış etdilər. Çıxışlarda ümummilli liderimiz Heydər Əliyevin planlaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi, Azərbaycanda multikultural və tolerantlıq mühiti, qloballaşma proseslərindəki mənfi və müsbət tendensiyalara Azərbaycanın münasibəti və mövqeyi, müxtəlif tarixi dövrlərdə qloballaşma meylləri və onların fəsadları, qloballaşma dövründə mədəniyyət və incəsənət problemləri və onların həlli yolları öz əksini tapdı. Elmi konfransda Bakı Xoreoqrafiya Akademiyasının və digər ali təhsil müəssisələrinin professor-müəllim və tələbə heyəti iştirak edirdi. Konfransı Akademiyanın prorektoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Sonaxanım İbrahimova yekunlaşdırdı. O, tədbirə təşrif buyuranlara, elmi məruzələrlə çıxış edən Azərbaycan ziyalılarına, tədbirin təşkil edilməsində konfransın təşkilat komitəsinə, konfransın yüksək səviyyədə keçirilməsinə üçün şərait yaradılmasına görə isə Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevə minnətdarlığını bildirdi.



Bakı Xoreoqrafiya Akademiyasında “Multikulturalizmin Azərbaycan modeli:
tarix, mədəniyyət və incəsənət” mövzusunda elmi-praktiki konfransı keçirilmişdir

28.12.2016
Bakı Xoreoqrafiya Akademiyasının
Elmi Şura zalı


2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının Sərəncamını rəhbər tutaraq, Bakı Xoreoqrafiya Akademiyası “Azərbaycan Yurdum mənim” layihəsi hazırlamışdır. Layihənin məqsədi ölkədə həyata keçirilən multikulturalizm və tolerantlıq siyasətinə dəstək verməklə ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsi işinə elm, mədəniyyət və incəsənət vasitəsilə töhfə verməkdir. Layihə çərçivəsində 26 dekabr 2016-cı il tarixində Azərbaycan Dövlət Musiqili Teatrında “Azərbaycan yurdum mənim” rəqs-tamaşa nümayiş etdirilmiş, 27 dekabr 2016-cı il tarixdə isə “Multikulturalizmin Azərbaycan modeli: tarix, mədəniyyət və incəsənət” mövzusunda IV Respublika elmi-praktiki konfransı keçirilmişdir. 27 dekabr 2016-cı il tarixdə keçirilən “Multikulturalizmin Azərbaycan modeli: tarix, mədəniyyət və incəsənət” mövzusunda IV Respublika elmi-praktiki konfrans iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə Bakı Xoreoqrafiya Akademiyası və konfrans iştirakçıları adından güllər və əklil qoyulmuşdur. Daha sonra konfrans Bakı Xoreoqrafiya Akademiyasının Elmi Şura zalında təşkil olunmuşdu. Konfransda Akademiyanın Elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimova Akademiya haqqında, onun fəaliyyəti və “Multikulturalizm ili” çərçivəsində görülən işlər barədə məlumat verdi. Konfransın plenar iclasında direktoru, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, əməkdar elm xadimi Yaqub Mahmudov “Azərbaycan yurdum mənim: tariximizə sahib çıxaq” mövzusunda, Folklorşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Muxtar İmanov “Xalq mədəniyyətində multikulturalizmin təzahür formaları” mövzusunda, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov “Bakı nefti və Azərbaycan multikulturalizm ənənələri” mövzusunda, AMEA-nın Memarlıq və incəsənət institutunun direktor müavini, dosent Xəzər Zeynalov “Postmodernizm dövründə milli özünüdərk” mövzusunda məruzələrlə çıxış etmişdir. Konfransda Akademiyanın professor-müəllim heyəti, kafedra müdirləri, tələbələr, magistrantlar iştirak etmişdir. Plenar iclasdan sonra konfrans öz işini bölmələr üzrə davam etmişdir.






“Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda
Respublika Elmi-Nəzəri Konfransı

06 may 2016-ci il
Bakı Xoreoqrafiya Akademiyasının
Elmi Şura zalı


    6 may 2016-cı il tarixdə Bakı Xoreoqrafiya Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü il dönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda Respublika Elmi-Nəzəri Konfransı keçirilmişdir.
    Konfrans iştirakçıları ilk öncə Heydər Əliyev Sarayı qarşısındakı parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə qarşısına güllər və əklil qoymuşdur. Daha sonra Akademiyada təşkil olunmuş ümummilli lider Heydər Əliyevin irsini əks etdirən kitab sərgisinə baxış keçirilmişdir. Sərgidən sonra Konfrans Bakı Xoreoqrafiya Akademiyasının Elmi Şura zalında özü işinə başlamışdır. Konfransı giriş sözü ilə Akademiyanın rektoru əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev açaraq, ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yolu və Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycan mədəniyyəti, incəsənəti və təhsilinin inkişafı sahəsində fəaliyyətindən bəhs edib. Konfransın plenar iclasında Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, respublikanın görkəmli dövlət, mədəniyyət, elm və incəsənət xadimləri çıxış etmişdir. Konfrans öz işinə sessiyalarda davam etmişdir.

                       

           




“Xoreoqrafiya sənətinin aktual problemləri” mövzusunda
I Respublika Elmi-Praktiki Konfrans və “Sənət Akademiyasi”
elmi nəzəri jurnalın təqdimatı

09 fevral 2015-ci il
Bakı Xoreoqrafiya Akademiyasının
Elmi Şura zalı


    09 Fevral tarixində Bakı Xoreoqrafiya Akademiyasında “Xoreoqrafiya sənətinin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda incə sənət növü olan xoreoqrafiya sənətinin müasir dövrdə tədrisində, öyrənilməsində yeni metodların tədbiqi, rəqs növlərinin araşdırılmasında və milli rəqs məktəbinin tanıdılmasıda mövcud problemlərin müzakirəsi nəzərdə tutulmuşdur.
    Konfransı giriş sozü ilə açan Akademiyanın rektoru, əməkdar elm və incəsənət xadimi, professor Timuçin Əfəndiyev qısa zaman ərzində Bakı Xoreoqrafiya Akademiyasının fəaliyyəti haqqında, eləcə də gələcək işlər və məqsədlər barədə məlumat vermişdır. Mövcud problemlər arasında əsas yeri bu günə kimi ölkədə rəqs sənətinin sistemli araşdırılmaması, bu sahədə tədqiqatların, kitab və monoqrafiyaların çox az olmasını qeyd edən rektor Akademiyanın nəşr etdirdiyi və konfransda ilk sayının təqdimatı keçirilən “Sənət Akademiyası” elmi-nəzəri jurnalın əsas məqsədinin məhz bu boşluğun doldurması olduğunu bildirdi. Təqdirə layiq haldır ki, qısa zaman ərzində Akademiyada aparılan elmi, yaradıcılıq işləri elmi-nəzəri jurnalın çap etdirməsinə imkan yaratmışdır.
    Milli xoreoqrafiya səntinin ənənələrini qoruyan, inkişaf etdirən və müasir dünyamızın xoreoqrafiya sənətində əldə etdiyi yeni uğurları öyrənrək tədbiqi edən yeganə akademik təhsil kompleksi olan Bakı Xoreoqrafiya Akademiyası fəaliyyətə başladığı gündən tədris prosesini yüksək səviyyədə qurmaq, həmçinin ölkə başçısının təsdiq etdiyi Nizamnaməyə uyğun olaraq elmi potensialı möhkəmləndirmək məqsədi ilə istər ixtisas fənləri üzrə yüksək səviyyəli professional pedaqoqlar, istərsə də nəzəri ixtisaslar üzrə elmlər və fəlsəfə doktorları, professorlar, dosentlər və müəllimlər işə cəlb olunmuşlar.
    Daha sonra Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva, AR Prezident Administrasiyasının şöbə müdiri İsmayıl Sadıqov, professorlar Nizaməddin Şəmsizadə, Zümrüd Dadaşzadə, İradə Köçərli, Tariyel Məmmədov, Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtəgin Salamzadə, xalq rəssamı Ağaəli İbrahimov, xalq artisti Təranə Muradova, Opera və Balet Teatrının direktoru, əməkdar incəsənət xadimi Akif Məlikov, əməkdar jurnalist Qalina Mikeladze çıxış edərək jurnalın yaradıcılarını təbrik edərək və konfransın səmərəli fəaliyyətində uğurlar arzulamışdırlar.
    Fasilədən sonra elmi-praktik konfrans işini sessiyalar üzrə davam etdirmişdir.

                       

                       

                       

                       

                           




“Azərbaycan incəsənət ustalarının müharibə illərində fəaliyyəti” mövzusunda
I Elmi-praktik konfrans

    07-08 may 2015-ci il tarixlərində Bakı Xoreoqrafiya Akademiyasında 1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə həsr olunmuş “Azərbaycan incəsənət ustalarının müharibə illərində fəaliyyəti” mövzusunda I Elmi-praktik konfrans keçirilmişdir. Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev konfrans iştirakçılarını salamlayaraq, Böyük vətən müharibəsi illərində məhz incəsənətin, musiqinin xalqın mənəvi səfərbərliyinə təkan verdiyini bildirmişdir.
    Konfrans faşizm üzərində qələbənin 70-ci il dönümünə həsr olunun konfrans Azərbaycan incəsənət ustalarının müharibə illərindəki fəaliyyətini işıqlandırır. Müharibə illərində ruhu təmizləyən və qüvvətləri möhkəmlədən incəsənət – insanların uğrunda mübarizə apardıqları həyatın ayrılmaz hissəsi idi. İncəsənət Vətənin bir parçası kimi təsəvvür edilirdi. Ona görə də cəbhəyə dramatik və musiqili teatrların, filarmoniya və konsert briqadalarının çox sayda aktyorları yollanır və düşmənlə mübarizədə hər biri öz töhfəsini verirdi. Onların sənəti vasitəsilə əsgərlərdə mənəvi güc, daha da fədakar döyüşməyə ilham artırdı. Şübhəsiz, bu işdə incəsənət xadimlərinin rolu əvəzsiz idi.

example7 example7 example7 example7