ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   AKADEMİYA MƏTBUATDA    ||   AFİŞA    ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   


 KOLLEC



Bakı Xoreoqrafiya Akademiyasında orta ixtisas təhsil proqramını akademiya nəzdində fəaliyyət göstərən İncəsənət Kolleci həyata keçirir. Kollecin əsas məqsədi bədii təhsilin müasir standartlarına uyğun təşkil olunmasına, orta ixtisas təhsil pilləsi səviyyəsində mükəmməl mütəxəssislərin hazırlanmasına nail olmaqdır. Kollec həm tədrisdə, həm də gənc nəslin tərbiyəsində öz fəaliyyətini dövrün tələbələrinə, dövlətin müəyyən etdiyi çağdaş təhsil standartlarına uyğun qurmuşdur. Bunun üçün tədris prosesinə yüksəkixtisaslı müəllimlər, xalq artistləri və əməkdar artistlər cəlb olunmuşdur. Kollecə pedaqogika üzrə fəlsəfə doktoru, dosent Aynur Hüseynova rəhbərlik edir.


Orta ixtisas (kollec) pilləsində təhsil aşağıdakı ixtisaslar üzrə aparılır

040307- Xoreoqrafiya sənəti
040104- Musiqi müəllimliyi ( tar, nağara, qarmon, kamança, vokal, fortepiano)
040309- Xalq çalğı alətləri (tar, nağara, kamança, qarmon)
040309- Rəqs müəllimliyi
040111- Xalq çalğı alətləri ifaçılığı




example7 example7