ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   AKADEMİYA MƏTBUATDA    ||   AFİŞA    ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   


 ELANLAR




BAKI XOREOQRAFİYA AKADEMİYASI

2020-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə

doktoranturaya və dissertanturaya

QƏBUL ELAN EDİR

Bakı Xoreoqrafiya Akademiyası (BXA) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 2020-ci tarixli 493s nömrəli Sərəncamı ilə təsdiq olunmuş Plana əsasən 2020-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.
Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 2020-ci il sentyabrın 7-dən sentyabrın 25-dək Bakı Xoreoqrafiya Akademiyasının (Bakı, AZ 1014, R. Behbudov küçəsi, 75) inzibati korpusunda qəbul edilir.
Fəlsəfə doktoru proqramı üzrə doktorantura-disseretantura ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul edilirlər.
Doktorantura-dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

– akademiya rektorunun adına ərizə;
– kadrların şəxsi-qeydiyyat vərəqi;
– tərcümeyi-hal;
– 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
– iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
– iş yerindən xasiyyətnamə;
– çap olunmuş elmi işlərin siyahısı (elmi katib tərəfindən təsdiq edilmiş) və ya seçilmiş ixtisas üzrə referat;
– ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq
edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının
vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

– xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);
– şəxsiyyəti təsdiq edən sənədin surəti.

Elmlər doktoru proqramı üzrə doktoranturaya-dissertanturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
Doktorantura-dissertanturaya qəbul üçün aşağıdakı sənədlər Bakı Xoreoqrafiya Akademiyasına təqdim olunmalıdır:

– akademiya rektorunun adına ərizə;
– kadrların şəxsi-qeydiyyat vərəqi;
– tərcümeyi-hal;
– 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
– iş yerindən xasiyyətnamə;
– əmək kitabçasından çıxarış;
– çap olunmuş elmi işlərin siyahısı;
– fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
– ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
– şəxsiyyəti təsdiq edən sənədin surəti.
Sənədlərini təqdim etmiş iddiaçıların siyahisı “Xarici dil” imtahanı vermək üçün Dövlət İmtahan Mərkəzinə(DİM) 30 sentyabr 2020-ci il tarixədək təqdim ediləcəkdir. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılacaqlar. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Nazirliklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdiriləcək.
Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməz.
Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməz.
Dissertant kimi təhkim olunmaq istəyən şəxslər bir qayda olaraq elmi və elmi-pedaqoji iş stajına malik olmalıdır.
Əlavə məlumat üçün Bakı Xoreoqrafiya Akademiyasına müraciət etmək olar.
Əlaqə telefonları: 597-24-61, e-mail: info@bxa.edu.az












Faylı yükləmək üçün klik edin:


ƏRİZƏ



Microsoft Teams - istifadə qaydaları

İlkin baxış



Admin tərəfindən verilən şifrənin dəyişilməsi



Test hazırlamaq və göndərmək



Microsoft Teams - Assignment tapşırıqları



Microsoft Teams - Kompyuterdə Quiz (test) yaradılması



Microsoft Teams - Müəllimlərin bir qrup ilə keçdiyi video dərsi yazıb digər qruplara göndərməsi.



Microsoft Teams proqramında dərs nümunəsi