ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 BXA-da 31 Mart soyqırımı qurbanları anılıb

   29.03.2018

    Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) 31 Mart- azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Akademiyanın professor-müəllim, tələbə heyətinin iştirak etdiyi anım tədbiri dövlət himninin səslənməsi və soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
    Silsilə tədbirlər “İki əsrin faciəsi: 31 Mart soyqırımı” mövzusunda elmi konfrans ilə start götürüb. Tədbiri giriş sözü ilə açan rektor, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev, ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımları, etnik təmizləmə və deportasiya siyasəti barədə ətraflı məlumat verib. Rektor öz çıxışında bildirib ki, 1918-ci ilin mart-aprel aylarında daşnak erməni silahlı dəstələri Bakıda, Şamaxıda, Qubada, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirib, evlərini talan edib, 10 minlərlə insanı yurd-yuvasından didərgin salıblar. T. Əfəndiyev onu da qeyd edib ki, erməni vandalizmi, azərbaycanlılara qarşı soyqırımı siyasəti tarix boyu davam etsə də, baş verənlərə lazım qiymət və tutarlı siyasi sənəd 80 il sonra qəbul edilib. Ümumilli lider Heydər Əliyev 1998-ci il mart ayının 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 31 Mart soyqırımına siyasi qiymət verilib. Prezident İlham Əliyevin azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncamı isə ermənilər tərəfindən tarixi faktları saxtalaşdırmaların qarşısının alınmasına yönəlmiş növbəti və çox önəmli addımdır. Daha sonra isə konfransda Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Vəfa Əliyev, İctimai fənlər kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Maral Manafova, Sənətşünaslıq kafedrasının müdiri, dosent Şəhla Əliyeva 31 Mart soyqırımından bəhs edən məruzələrlə çıxış ediblər. Bununla yanaşı, BXA-da soyqırım həftəsi çərçivəsində “31 Mart soyqırımı- XX ərin unudulmayacaq vəhşiliyidir” mövzusunda dəyirmi masa keçirilib, bəstəkar Eldar Dadaşovun “1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü”nə həsr etdiyi “Elegiya”, Xalq artisti Yusif Qasımovun quruluşunda “Yaddaş” xoreoqrafik kompozisiyası və “Yaddaşın rəmzi: Quba -1918” sənədli filmi nümayiş edilib.