ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Bakı Xoreoqrafiya Akademiyasında Tofiq Quliyevə həsr olunmuş konsert keçirilib

   07.03.2018

    Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Tofiq Quliyevin yubileyinə həsr olunmuş konsert proqramı keçirilib. Konsertdə BXA-nın professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər. Bakı Xoreoqrafiya Akademiyasının tam orta məktəbinin direktoru Bəşarət Hüseynova tədbirdə çıxış edərək, Tofiq Quliyev haqqında fikirlərini səsləndirib. O, Tofiq Quliyevin Azərbaycan musiqisindəki əvəzolunmaz rolundan, 200-dən çox bir-birindən gözəl və yadda qalan mahnıların müəllfi olmasından, 40-dan çox kinofilmə musiqi bəstələməsindən bəhs edib. Həmçinin onun geniş yaradıcılığının yalnız bəstəkarlıq fəaliyyəti ilə məhdudlaşmadığını, eyni zamanda, gözəl pianoçu, dirijor, pedaqoq, Azərbaycan estrada və caz musiqisinin banilərindən biri olduğunu da vurğulayıb.
    Konsertdə BXA-nın tələbələri konsertmeysterlərin müşaiəti ilə görkəmli sənətkar, T.Quliyevin “Dörd dost”, “Sənə də qalmaz”, “Axşam oldu”, “Marş” , “Bakı Nəğməsi” və digər mahnılarını səsləndiriblər.