ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Bakı Xoreoqrafiya Akademiyası Türkiyə ilə əməkdaşlığını genişləndirir

   02.03.2018
    Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində rektor, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevin Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin mədəniyyət və informasiya müşaviri, doktor İrfan Çiftçi ilə görüşü keçirilib. Görüşdə BXA-nın Türkiyənin dövlət və özəl sənət ali təhsil müəssisələri ilə əməkdaşlıq münasibətlərinin qurulması, tələbə mübadiləsinin həyata keçirilməsi və diplomların qarşılıqlı tanınması məsələləri müzakirə olunub. Görüşdə Akademiyanın rektoru, professor Timuçin Əfəndiyev Akademiyanın yarandığı ilk gündən, yəni son üç il ərzindəki fəaliyyətindən, uğurlarından, akademiyadakı tədris prosesi, yaradıcılıq işləri və beynəlxalq əlaqələrindən, ələlxüsus da dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən incəsənət təmayüllü ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələrin bağlanması və Bakı Xoreoqrafiya Akademiyasının Avropa İncəsənət Universitetləri Liqasının tamhüquqlu üzvü seçilməsindən danışdı.
    Rektor qardaş Türkiyənin sənət ali təhsil müəssisələrinin nümayəndələrinin Bakı Xoreoqrafiya Akademiyası tərəfindən Bakıda 25-27 iyun tarixlərində keçiriləcək Qəmər Almaszadə adına II Beynəlxalq Rəqs Müsabiqəsində yüksək səviyyədə təmsil olunmasına əminliyini, İrfan Çiftçi də öz növbəsində Akademiya ilə əməkdaşlıqda maraqlı olduğunu və müsabiqədə Türkiyənin də iştirakına dəstək verəcəyini bildirib.
    Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, birgə sənət layihələrinin həyata keçirilməsi, konsertlər, beynəlxalq konfranslar və digər mədəni-kütləvi tədbirlərinin həyata keçirilməsi barədə danışıqlar aparılıb.