ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Bakı Xoreoqrafiya Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsı anılıb

   26.02.2018

    Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) Xocalı soyqırımının 26-cı il dönümünə həsr olunmuş tədbir keçirilib. Anım tədbiri dövlət himninin səslənməsi və soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
    Tədbiri giriş sözü ilə açan akademiyanın rektoru, professor Timuçin Əfəndiyev Xocalı faciəsi haqqında danışaraq, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirlidiyini, girov götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib: ”Xocalı soyqırımı Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş ən ağır zərbədir”- deyə professor qeyd edib. Rektorun çıxışından sonra akademiyanın tam orta məktəbinin şagirdləri, orta ixtisas(kollec) pilləsinin və bakalavr, magistr pilləsinin tələbələri tərəfindən Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirilib, “Ağla Şuşam Ağla”, ” Qərənfil”, milli rəqslərini, “İki qəlbin dastanı” baletindən parçalar ifa ediblər.
    Daha sonra isə Xocalı soyqırımının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Leonid Markoviç Kraveçin iştirakı ilə Ukraynada yaşayan azərbaycanlıların birləşmiş diaspor təşkilatının Xocalı Faciəsindən bəhs edən sənədli film nümayiş olunub. Tədbirin sonunda isə akademiya tələbələrinin Xocalı soyqırımından bəhs edən rəsm əsərlərinin sərgisi keçirilib.