Bakı Xoreoqrafiya Akademiyası
   















   ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Bakı Xoreoqrafiya Akademiyasında Qara Qarayevıin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib

   13.02.2018

    Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində görkəmli bəstəkar, Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
    Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, Əməkdar incəsənət xadimi, filologiya üzrə elmlər doktoru, professor Timuçin Əfəndiyevin rəhbərliyi ilə keçirilən tədbirdə akademiyanın professor müəllim heyəti ilə yanaşı Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə üzrə elmlər doktoru, professor Gülnaz Abdullazadə, Xalq artisti, bəstəkar Elnarə Dadaşova və digər qonaqlar iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev Azərbaycanın musiqi tarixində Qara Qarayevin əvəzsiz xidmətlərindən danışıb: “Azərbaycan musiqi tarixinin ən yüksək zirvələrindən sayılan Qara Qarayev xalqının qürur duyduğu bəstəkar-alim, dünya musiqi mədəniyyətinin nadir simalarındandır. Görkəmli bəstəkar əvəzsiz bəstələri ilə Azərbaycanı beynəlxalq aləmdə layiqincə tanıdıb. Qara Qarayev bəstələrinin dahiliyi, möhtəşəmliyi şəksiz idi və bunu öz çıxışlarında D. Şestakoviç, R. Şedrin, L. Mazel, İ. Stravinski kimi zamanın böyük musiqiçiləri etiraf ediblər. Onun dərin məzmunlu, zəngin, böyük ümumiləşdirmə qüvvəsinə malik musiqisi ümumibəşər mədəniyyətinin ən nadir səhifələrindən biri kimi əhəmiyyətlidir”.
    T. Əfəndiyev onu da qeyd edib ki, Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada hər bir kəs bu dahi sənətkarın musiqi dühasının sehrinə düşməsin: “Onun “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərindən, “Leyli və Məcnun” simfonik poemasından xəbərsiz olsun” .
    Daha sonra isə Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə Qara Qarayevin yaradıcılığından bəhs edən geniş məruzəsi çərçivəsində arxiv materialı olan Tofiq Quliyevin Qara Qarayev haqqında yazdığı məktubu tədbir iştirakçıları üçün sələndirib və onu Bakı Xoreoqrafiya Akademiyasına hədiyyə edib.
    Elmi sessiyada Qara Qarayevin tələbələrindən olan Xalq artisti, bəstəkar Elnarə Dadaşova da Qara Qarayevlə bağlı xatirələrini bölüşüb. O, dahi bəstəkarın tələbəsi olmaqdan qürur duyduğunu deyib: “Fəxr edirəm ki, bu böyük şəxsiyyətin tələbəsi olmuşam. Qara Qarayev Azərbaycan xalqının ziyalısı, təkrarsız və özünəməxsus bir şəxsiyyəti idi”.
    Elmi sessiyanın sonunda akademiyanın rektoru, professor Timuçin Əfəndiyev Azərbaycan Respublikası Prezidentinin “Görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi haqqında” sərəncamını rəhbər tutaraq akademiya tərəfindən xüsusi tədbirlər planının tərtib olunduğunu və həmin tədbirlərin il ərzində keçiriləcəyini bildirib.