ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Bakı Xoreoqrafiya Akademiyasının tələbələri təltif olundular

   02.02.2018

    Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Gəncliyin səsi” festivalına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında start verilib. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin ”2 fevral- Gənclər günü kimi qeyd olunması haqqında” sərəncamına, habelə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2-6 fevral 2018-ci il tarixində ənənəvi “Gəncliyin səsi” festivalı keçiriləcək. Açılış tədbirində Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev çıxış edərək, Gənclər günü ilə bağlı Azərbaycan gənclərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra isə ölkənin ictimai-siyasi və mədəni həyatında xüsusi fəallıq göstərən gənclər nazir Ə.Qarayev tərəfindən mükafatlandırılıb. Mükafat alan tələbələr sırasında Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin tələbələri Nərmin Quliyeva, Zəhra Tanrıverdiyeva, Aza Nurullayeva 2017-ci il ərzində ölkənin mədəniyyət sahəsində bilik və bacarıqlarını, yaradıcılıq nailiyyətlərini, nümayiş etdirərək göstərdikləri xüsusi fəallığa görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diplom ilə təltif olunublar.