ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Bakı Xoreoqrafiya Akademiyasında konsert...

   09.10.2018

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) Akademiyanın 90 illik yubileyi ərəfəsində Qərbi-Avropa bəstəkarlarının fortepiano və vokal əsərlərindən ibarət konsert keçirilmişdir. Konsertdə əvvəlcə BXA-nın Musiqi fənləri kafedrasının dosenti, Respublika müsabiqələri laureatı Nigar Ağayeva (fortepiano) İ. S. Bax və S. Raxmaninov yaradıcılığına müraciət edərək, iki möhtəşəm ifa təqdim etdi. Daha sonra N. Ağayevanın müşayiəti ilə Norveç Opera Teatrının solisti, Beynəlxalq müsabiqələr laureatı, həmyerlimiz Əhməd Mirzəyev (tenor) F.Chopin, M.Ravel, P.Tosti, G.Puccini, G.Donizetti kimi dünyaca məşhur bəstəkarların vokal əsərlərini təqdim etdi.
Konsertdə akademiyanın şagird-tələbə, professor-müəllim heyəti ilə yanaşı respublikanın digər sənət ali və orta-ixtisas təhsil ocaqlarının müəllimləri də iştirak edib. Tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan konsertdə həmyerlimiz Ə. Mirzəyev Norveç fəaliyyətindən danışıb, Bakı Xoreoqrafiya Akademiyası və konsert barədə təəssüratları ilə bölüşdü.