ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Xalq Yazıçısı İlyas Əfəndiyevin Fəxri Xiyabandakı məzarı ziyarət olunub

   03.10.2018

Bakı Xoreoqrafiya Akademiyası (BXA) Təhsil Kompleksinin professor-müəllim və tələbə heyəti Azərbaycan dramaturqu, yazıçısı, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, xalq yazıçısı İlyas Əfəndiyevin xatirəsini ehtiramla anıb, məzarı üstünə əklil və təzə-tər güllər qoyublar.
Anım mərasimində Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Vəfa Əliyev çıxış edərək:” Bu gün XX əsr Azərbaycan ədəbiyyatının klassiklərindən biri, görkəmli xalq yazıçısı İlyas Əfəndiyevin anım günüdür. XX əsr Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan, zəngin bədii yaradıcılığı ilə çoxəsrlik ədəbiyyat xəzinəmizə misilsiz töhfələr bəxş etmiş, həm ölkəmizdə, həm də xarici ölkələrdə geniş şöhrət qazanmış ölməz sənətkarımız İlyas Əfəndiyevin əsərləri tariximizin və müasir dövrümüzün bədii salnaməsidir”-deyə fikirlərini bölüşüb. V. Əliyev onu da qeyd edib ki, İlyas Əfəndiyevin yaratdığı əsərlər bu gün də öz aktuallığını qoruyub saxlayır.
Daha sonra tədbir iştirakçıları ölümündən 22 il ötən XX əsr Azərbaycan ədəbiyyatının klassiki və görkəmli sənətkarının, həyat və yaradıcılığından danışaraq onun Azərbaycan ədəbiyyatı və teatrının inkişafındakı xidmətlərindən bəhs ediblər.