ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Bakı Xoreoqrafiya Akademiyasına tələbə qəbulu nəticələri barədə

   27.09.2018

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinə (BXA) tələbə qəbulunun nəticələri Azərbaycanda xoreoqrafiya sahəsi üçün mütəxəssis hazırlıq səviyyəsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir. Buna nümunə olaraq əvvəlki tədris illəri ilə müqayisədə Akademiyaya qəbul olan tələbə sayının əhəmiyyətli dərəcədə artmasını göstərmək olar.
Belə ki, 2018\2019-cu tədris ili üçün Dövlət İmtahan Mərkəzinin xətti ilə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas (kollec), bakalavriatura və magistratura səviyyəsinə qəbul olanların ümumi sayı 252 nəfər təşkil edib. Göstərilən nəticə BXA-da tələbələr üçün nəzərdə tutulmuş bütün plan yerləri üzrə ötən tədris ili ilə müqayisədə 85 % təşkil edib.
Bundan başqa, bu gün Azərbaycanda xarici tələbələrin təhsili beynəlxalq əlaqələrin inkişafında mühüm amilə çevrilib. Ona görə də, ölkəmizdə fəaliyyət göstərən hər bir ali təhsil müsəssisələri daha çox əcnəbi tələbənin cəlb olunmasında maraqlıdır. Bakı Xoreoqrafiya Akademiyası da öz növbəsində bu rəqabətli prosesdə fəal iştirak edərək 4 illik fəaliyyəti ərzində akademiyaya xeyli sayda xarici tələbələri cəlb edib.
Qeyd edək ki, bu il Bakı Xoreoqrafiya Akademiyası bakalavr səviyyəsinə sənəd verən abituriyentlər akademiyada yeni fəaliyyətə başlayan Xoreoqrafiya sənəti üzrə klassik rəqslər, balet rejissoru və ”Dizayn” ixtisasları üzərindən də seçim ediblər.