ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçirilib

   24.05.2018

    Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi, Sankt-Peterburqdakı A. Vaqanova adına Rus Baleti Akademiyasının pedoqoqu Tatyana Solomyanko Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksi (BXA) rəhbərliyinin dəvəti ilə akademiyada master-klass dərsləri keçirib.
    Klassik rəqs və klassik duet rəqsini tədris edən T. Solomyanko ustad dərsləri zamanı tələbələrə klassik rəqs sənətinin incəlikləri barədə geniş məlumat verib, onlara müxtəlif xoreoqrafik elementlər və nadir rəqs hərəkətlərini nümayiş etdirib. Eyni zamanda , dərslərdə iştirak edən müəllim heyətinə də öz tövsiyələrini verən Tatyana Solomyanko klassik və müasir rəqslərin vəziyyətindən, eləcə də dünyada xoreoqrafiya sahəsində gedən proseslər və yaranan yeni cərəyanlar haqqında danışıb. Dərsdən sonra qonaq ona ünvanlanmış suallara cavab verərək qeyd edib ki, tələbələrin nümayiş etdirdikləri rəqs hərəkətləri və müəllimlərin tədris metodikası Bakı Xoreoqrafiya Akademiyasının tədris prosesinin Vaqanova adına Rus Baleti Akademiyasının ənənələrinin özündə ehtiva etməsinə bariz nümunədir. Çünki Rus Baleti Akademiyası bugünədək də özündə dünya klassik rəqsinin ən qədim elementlərini olduğu kimi qoruyub saxlamağa müvəffəq olmuşdur. Sonda isə bu cür görüşlərin mütəmadi olacağına ümidvarlığını da bildirib.
    Akademiyanın müəllim və tələbələrinin böyük marağına səbəb olan ustad dərsləri iştirakçılar tərəfindən də yüksək qiymətləndirilib.
    Məlumat üçün bildirək ki, Solomyanko Tatyana Valeryevna A. Y. Vaqanova adına Rus Baleti Akademiyasın professor İ.B.Zubkovskaya sinfinin məzunu olub və 2006-cı ildən həmin akademiyada Klassik rəqs fənni üzrə müəllim-xoreoqraf kimi çalışır.