ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Bakı Xoreoqrafiya Akademiyasında 20 Yanvar şəhidlərinin anım mərasimi

   18.01.2018

    Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində 20 Yanvar həftəsi çərçivəsində Milli matəm gününə həsr olunmuş növbəti tədbir keçirilib. Tədbir iştirakçıları ilk olaraq olaraq 20 Yanvar şəhidlərini 1 dəqiqəlik sükutla yad ediblər. Anım mərasimində iştirak edən professor - müəllim və tələbə heyəti 1990-cı il 20 Yanvar hadisələrinin tarixə ən amansız cinayətlərdən biri kimi düşdüyünü və bu faciənin bəşər tarixində qara səhifə olaraq qalacağından bəhs edən “ 20 Yanvar faciəsi tariximizdə şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda elmi nəzəri konfrans keçiriblər. Konfransda Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Vəfa Əliyev çıxış edərək: “Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini həmişə əziz tutur. Çünki onlar dövlət müstəqilliyimizin bərpasında böyük rol oynayıblar. Biz buna görə fəxr edirik” – deyə bildirib. Daha sonra 20 Yanvar faciəsinin canlı şahidləri və akademiyanın tələbələri milli matəm günü ilə bağlı fikir və xatirələrini bölüşüblər.
   Tədbirin sonunda isə akademiyada 20 Yanvar milli matəm gününə həsr edilmiş foto sərgi nümayiş edilib.