ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Bakı Xoreoqrafiya Akademiyasında “Ssimfonik muğamların balet tamaşalarında təcəssümü” mövzusunda elmi seminar

   17.05.2018

    Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) Baletmeyster sənəti, Klassik rəqs və Milli rəqs kafedralarının təşkilatçılığı ilə “Simfonik muğamların balet tamaşalarında təcəssümü” adlı elmi seminar keçirilib.
    Tədbiri giriş sözü ilə açan Bakı Xoreoqrafiya Akademiyasının Baletmeyster sənəti kafedrasının müdiri, professor Lyudmila Həsənova qeyd edib ki, muğam bir çox xalqların milli mənəvi dəyərlərinin və tarixi-mədəni əlaqələrinin qorunub saxlanılmasında, inkişafında müstəsna rol oynayıb. Azərbaycan da öz növbəsində bu dəyərli sərvətə dünya səviyyəsində xüsusi qayğı və diqqətlə yanaşır: “Əsrlərdir ki, nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda inkişafının ən yüksək mərhələsini yaşayır”.
    L. Həsənova Üzeyir Hacıbəylinin “Koroğlu”, Müslüm Maqomayevin “Şah İsmayıl” operalarında, eləcə də “Şur”, “Rast”, “Şüştər” muğamların balet tamaşalarında təcəssümünün özəlliyini və ahəngliyini də vurğulayaraq bildirib ki, gələcəyimiz olan gənc nəslə bu sərvəti layiqincə çatdırmalıyıq.
    Daha sonra BXA-nın konsertmeyter və pedaqoqu Nigar Mirzəyeva “Muğam- ilahi qüvvənin mənbəyi kimi”, Əməkdar artist Eteri Cəfərova ““Rast”, “Şur”, “Şüştər” muğamları üzərindəki “Səməni”, “Sarı gəlin”, “Uzundərə”, “Tərəkəmə” rəqsləri”, BXA-nın Klassik rəqs kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi Mayra Almaszadə “Üzeyir Hacıbəyli “Koroğlu” və Müslüm Maqomayevin “Şah İsmayıl” operalarında muğam təməlləri”, BXA-nın Baletmeyster sənəti kafedrasının müdiri, professor Lyudmila Həsənova “Fikrət Əmirovun “Şur” simfonik muğamının xoreoqrafik həlli”, BXA-nın baş müəllimi, dissertant Lalə Hüseynli “Niyazi “Rast” simfonik muğamı. “Rast” baleti”, BXA-nın magistrantı Cəmilə Kərimova “Nazim Əliverdibəyov “Muğam” adlı məruzələrlə çıxış ediblər.
    Tədbirdə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.