ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Bakı Xoreoqrafiya Akademiyasının tələbələri Qazaxıstanda beynəlxalq festivalda

   07.05.2018

    Qazaxıstanın paytaxtı Astananın 20 illik yubileyinə həsr olunan “Beynəlxalq balet festivalı” adlı beynəlxalq festival-müsabiqə keçirilib.
Festivalın açılışında Qazaxıstanın Mədəniyyət və İdman naziri Arstanbek Muxameduli çıxış edərək bütün ölkə iştirakçılarını salamalayıb və onlara uğur diləyib. Festival iştirakçılarının klassik, milli və müasir rəqs nömrələri üzrə çıxışları tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Tədbirə qatılan 16 ölkə arasında Azərbaycanı Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) baş müəllimi, Xalq artisti Yusif Qasımov, bakalavr pilləsinin III kurs tələbəsi Mustafayev Tehran və kollec pilləsinin III kurs tələbəsi Quliyeva Nərmin təmsil edib.
Müxtəlif ölkələri təmsil edən yaradıcılıq kollektivlərini birləşdirən təntənəli beynəlxalq tədbirdə Azərbaycan rəqqasları “Naz eləmə” və “Azərbaycan süitası” nominasiyalarında çıxış edib və festivalın ən yaxşı 4 ölkə rəqsi müsabiqə diplomları və kubok ilə təltif ediliblər.