ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Ayaz Salayev Baxı Xoreqrafiya Akademiyasında tələbələrlə görüşüb

   26.04.2018

    Əməkdar İncəsənət xadimi, kinorejissor və kinoşünas, ssenarist, televiziya-aparıcısı və kino redaktor, pedaqoq Ayaz Salayev Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) qonağı olub.
    Görüşdə BXA-nın rəhbərliyi, müəllim və tələbə heyəti iştirak ediblər. A. Salayev görüşdə dünya incəsənətindən, Azərbaycan filmlərindən danışıb. Kinorejissor əsasən diqqəti “Uzaq sahillərdə” filminə çəkib. Deyib ki, bu filmdə stalinizmdən, kommunizmdən daha çox bir azərbaycanlıya avropalı qiyafəsinin, obrazının yaraşdığını vurğulayıb. Özünün kino yaradıcılığından və hazırki işlərindən danışan rejissor Azərbaycan kino sənətinin hazırki durumuna da toxunub. O, dünya kino tənqdçilərinin “Mavi dəniz sahillərində” filminin yüksək qiymətləndirdiklərini xüsusi olaraq qeyd edib.
    Daha sonra qonaq görüş iştirakılarının maraqlandıran sualları geniş şəkildə cavablandırıb. Görüş diskussiya şəklində davam edib. Sonda isə Ayaz Salayevlə xatirə şəkli çəkilib.