ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Bakı Xoreoqrafiya Akademiyasının beynəlxalq əməkdaşlığının daha bir uğuru

   02.04.2018

    Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksi məqsədyönlü beynəlxalq əməkdaşlıq çərçivəsində 2016-cı ildə Qazaxıstan Milli Xoreoqrafiya Akademiyası sıx əməkdaşlığa dair müqavilə imzalamışdır. Müqaviləyə görə, Qazaxıstan Milli Xoreoqrafiya Akademiyası respublikamızda keçiriləcək kütləvi tədbir və yaradıcılıq layihələrinə hazırlıq proseslərini Bakı Xoreoqrafiya Akademiyasında, müəllim və tələbələrin qarşılıqlı təcrübə mübadiləsi əsasında keçirir. Bu əməkdaşlıq çərçivəsində reallaşan layihələrdən biri də Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyasının tələbələrinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında qala konserti olub.
    Tədbirdə hökumət üzvləri, ziyalılar, ictimaiyyət, Azərbaycan universitetlərinin rəhbər və tələbələri, kütləvi informasiya vasitələri, eləcə də Qazaxıstanın Azərbaycanda yaşayan vətəndaşları iştirak edib. Konsertdən öncə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan ilə Qazaxıstanı ümumi tarixi köklər, ortaq zəngin milli-mədəni irs birləşdiyini və ölkəmiz arasında mövcud əlaqələrin günbəgün genişlənməkdə olduğunu söyləyib: “Azərbaycan ilə Qazaxıstan arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. Bunun bariz nümunələrindən biri də Bakı Xoreoqrafiya Akademiyası ilə Qazaxıstan Milli Xoreoqrafiya Akademiyası arasındakı əməkdaşlığımızdır. Bugünkü konsert Qazaxıstan xoreoqrafiya sənətinin təqdimatı kimi bizim üçün çox əhəmiyyətlidir. Ümid edirəm ki, hər iki akademiyanın müəllim və tələbələri arasında əməkdaşlıq gələcəkdə daha da inkişaf edəcək", - deyə nazir müavini vurğulayıb.
    Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayev də öz çıxışında Mərkəzi Asiyada xoreoqrafiya sahəsində peşəkar təhsilə malik ilk ali təhsil ocağı olan akademiyanın hazırda Azərbaycanla yanaşı Fransa, Çin, Rusiya, Yaponiya və digər ölkələrin aparıcı təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Azərbaycanda keçirilən ilk konsertin təşkilinə görə minnətdarlığını bildirən səfir, Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının gənc yaradıcı heyətinin daha böyük uğurlara imza atacağına əminliyini ifadə edib.
    Konsertdə Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyasının tələbələri dünya klassik balet sənətinin nümunələri ilə yanaşı müasir, həmçinin Qazaxıstanın milli balet sənəti və xalq rəqsləri ilə zəngin olan repertuarla çıxış ediblər.