ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və
Yeni ilə həsr olunmuş konsert keçirilib


   09.01.2018

    Dekabrın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş konsert keçirilib.
   Konsert proqramı Xalq Artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, tanınmış dirijor, professor Rauf Abdullayevin rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə reallaşıb. Konsertdə akademiyanın magistr tələbələri çıxış ediblər.
   Gecədə Avropa və rus bəstəkarlarından - Sergey Raxmaninov, Volfqanq Amadey Motsart, Frederik Şopen, Robert Şuman və Pyotr Çaykovskinin fortepiano konsertləri təqdim olunub.
   Tamaşaçılar tərəfindən maraqla qarşılanan konsert proqramı anşlaqla keçib.