ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Bakı Xoreoqrafiya Akademiyasının kafedra müdiri Rusiyada ustad dərsləri keçmişdir

   13.06.2017

    Özündə 90 illik professional xoreoqrafiya təhsil ənənələrini ehtiva edən Bakı Xoreoqrafiya Akademiyasının uğur və nailiyyətləri nəiki ölkədə, eləcə də ölkə xaricində kifayət qədər tanınır və rəğbətlə qarşılanır. Akademiyada çalışan elmi-pedaqoji heyətin xoreoqrafiya, xüsusilə də balet və milli rəqs üzrə yüksək ixtisaslı kadrların hazırlanması istiqamətindəki fəaliyyəti bu sahəyə olan marağın artmasına səbəb olmuşdur.
    Belə ki, iyun ayının 3-7 tarixlərində Rusiya Federasiyasının Həştərxan vilayəti Mədəniyyət və Turizm Nazirliyinin Bədii Təhsil və Mədəniyyət və İncəsənət İşçilərinin İxtisasartırma üzrə Tədris-Metodiki Mərkəzinin dəvəti ilə Bakı Xoreoqrafiya Akademiyasının Klassik rəqs kafedrasının müdiri, əməkdar mədəniyyət işçisi Mayra Almaszadə Həştərxan vilayətinin uşaq musiqi və incəsənət məktəblərinin xoreoqrafiya şöbələrinin müəllimləri və konsertmeysterləri üçün ustad dərslər keçmişdir.
    İnteraktiv şəkildə təşkil olunan ustad dərslərində klassik rəqs elementləri, hərəkətlər, rəqs metodikasısının xüsusiyyətləri, bəzi balet tamaşalarının quruluşları və digər mühüm sənət məsələləri üzrə praktiki dərslər keçirilmiş, müzakirələr aparılmışdır.
    Bununla belə müzakirələrdə klassik rəqs müşayiəti, konsertmeyster sənətinin vacibliyi vurğulanmış və növbəti dəfə Bakı Xoreoqrafiya Akademiyasının müəllim-konsertmeysterlərinin də ustad dərslər keçməsi üçün dəvət olunacağı qeyd edilmişdir.
    Ustad dərslərində iştirak edən digər ölkələrin nümayəndələri dərsləri maraqla qarşılayaraq, onları yüksək qiymətləndirmiş və Bakı Xoreoqrafiya Akademiyasının professor-müəllim heyətininin nümayəndələrini öz ölkələrinə ustad dərslər keçmək üçün dəvət etmişlər.
    Səfər çərçivəsində M. Almaszadə Həştərxan vilayətinin bir sıra mədəniyyət müəssisələri, tarixi-mədəni obyektləri, o cümlədən Opera və Balet Teatrı və balet artistləri ilə tanış olmuş, perspektiv əməkdaşlıq barədə danışıqlar aparmışdır.
    Sonda Bədii Təhsil və Mədəniyyət və İncəsənət İşçilərinin İxtisasartırma üzrə Tədris-Metodiki Mərkəzinin direktoru M. Anisimova ustad dərslərinin təşkilinə göstərdiyi dəstəyə görə Bakı Xoreoqrafiya Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevə təşəkkür elan etmiş və bu barədə təşəkkür məktubunu Akademiyanın rəsmisinə təqdim etmişdir.