ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Bakı Xoreoqrafiya Akademiyası “Yeddi gözəl” baletini təqdim etdi

   31.05.2017

    30 may 2017-ci il tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında ilk dəfə olaraq dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş etdirilmişdir.
    Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin buraxılış-hesabat tamaşası olan “Yeddi gözəl” baleti həm də Bakı Xoreoqrafiya Akademiyasının “Azərbaycan Respublikasında İslam Həmrəyliyi ili”nə həsr olunmuş növbəti layihələrindən biridir.
    Baş rolların ifaçıları Bakı Xoreoqrafiya Akademiyasının tələbələri - Fatimə Xələfova və Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə I Beynəlxalq Müsabiqənin laureatları Seymur Qədiyev, Dinara Şirinova və Nurlan Rəsulov idi.
    Tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan tamaşanın bədii rəhbəri Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri, xalq artisti, Prezident mükafatçısı Kamilla Hüseynova, müəllim-xoreoqraflar Bakı Xoreoqrafiya Akademiyasının Klassik rəqs kafedrasının müdiri, əməkdar mədəniyyət işçisi Mayra Almaszadə, Baletmeyster kafedrasının müdiri, professor Lyudmila Həsənova və müəllimlər Fərid İbrahimov və Yekaterina Mustafayevadır. Tamaşanı Azərbaycan Dövlət Opera və Balet Teatrının simfonik orkestri müşayiət edirdi. Orkestrin dirijoru Azərbaycan Respublikasının əməkdar artisti, Prezident mükafatçısı Əyyub Quliyev idi.
    Qeyd etmək lazımdır ki, Q. Qarayevin “Yeddi gözəl” baleti bu təhsil ocağının 90 illik tarixində ilk dəfə idi ki, tələbələrin iştirakı ilə tam şəkildə səhnələşdirilirdi.
    Böyük maraq kəsb edən tamaşada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, dövlət və hökumət təşkilatlarının nümayəndələri, Türkiyə Cümhuriyyətinin Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özoral, Amerika Birləşmiş ştatları və digər xarici ölkələrin diplomatik korpusların nümayəndələri iştirak edirdi.