ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Bakı Xoreoqrafiya Akademiyası “Səmayi Şəms” layihəsi təqdim etdi

   25.05.2017

   Bakı Xoreoqrafiya Akademiyası “Azərbaycan Respublikasında İslam həmrəyliyi ili”nə həsr olunmuş layihələr çərçivəsində 24 may 2017-ci il tarixində Azərbaycan Dövlət Musiqili Teatrın səhnəsində "Səmayi şəms" rəqs-tamaşasını təqdim etdi.
    Tamaşanı möhtəşəm “Davulla rəqs” kompozisiyası açaraq, dünyaya sülh və həmrəylik mesajları göndərdi.
    Səhnədə İslam dünyasına daxil olan Azərbaycan, Türkiyə, İran, Albaniya, Misir, Qazaxıstan, Özbəkistan, Tacikistan, Dağıstan, bir sıra ərəb və digər müsəlman ölkələrinə məxsus milli rəqslərdən ibarət vahid ssenari üzrə rəqs-tamaşa nümayiş olundu.
    “Səmayi-şəms” layihəsinin bədii rəhbəri Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, xalq artisti Təranə Muradova, rejissoru “Tərəqqi” medalı kavaleri Cavid İmamverdiyevdir. Tamaşanın quruluşçu xoreoqrafları - Bakı Xoreoqrafiya Akademiyasının Milli rəqs kafedrasının baş müəllimi, xalq artisti Yusif Qasımov və tanınmış xoreoqraf, TÜRKSOY-un baş baletmeysteri, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Fondunun Mükafatı laureatı Arman Nurmaxamatulıdır. Rəqs-tamaşanın xoreoqrafları Akademiyanın Milli rəqs kafedrasının müdiri, əməkdar artist Sənan Hüseynli, müəllimlər - əməkdar artist Səbinə Qasımova, əməkdar müəllim Pellumb Aqalıyay və Kamilə Əliyevadır.
    Böyük maraq kəsb edən tamaşada Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyə Cümhuriyyətinin Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özoral, dövlət və hökumət təşkilatlarının nümayəndələri, digər xarici ölkələrin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların nümayəndələri iştirak edirdi.