ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   




Bakı Xoreoqrafiya Akademiyası 2017-ci ili üçün fəlsəfə doktoru və
elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya
QƏBUL ELAN EDİR


   04.01.2018

    Bakı Xoreoqrafiya Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən 2017-cı ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.
   Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədlər Bakı Xoreoqrafiya Akademiyasının (Bakı ş., AZ 1014, R.Behbudov küçəsi 75) Elmi katibi tərəfindən 2018-ci il yanvarın 4-dən bir ay müddətində hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul edilir.
   Fəlsəfə doktoru proqramı üzrə doktorantura/dissertanturaya
ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar.
   Doktorantura/dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
   - doktorantura/dissertantura təhsilini həyata keçirən müəssisənin rəhbərinin adına ərizə;
   - kadrların şəxsi-qeydiyyat vərəqi;
   - tərcümeyi-hal;
   - 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
   - iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
   - iş yerindən xasiyyətnamə;
   - çap olunmuş elmi işlərin siyahısı (elmi katib tərəfindən təsdiq edilmiş) və ya seçilmiş ixtisas üzrə referat;
   - ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
   - xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);
   - şəxsiyyəti təsdiq edən sənədin surəti;

   Elmlər doktoru proqramı üzrə doktorantura/dissertanturaya
seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
   Doktorantura/dissertanturaya qəbul üçün aşağıdakı sənədlər Bakı Xoreoqrafiya Akademiyasına təqdim olunmalıdır:
   - doktorantura/dissertantura təhsilini həyata keçirən müəssisənin rəhbərinin adına ərizə;
   - kadrların şəxsi-qeydiyyat vərəqi;
   - tərcümeyi-hal;
   - 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
   - iş yerindən xasiyyətnamə;
   - əmək kitabçasından çıxarış;
   - çap olunmuş elmi işlərin siyahısı;
   - fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
   - ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
   - şəxsiyyəti təsdiq edən sənədin surəti.

   Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməz.
   Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməz.
   Dissertant kimi təhkim olunmaq istəyən şəxslər bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdır.

   Əlavə məlumat üçün Bakı Xoreoqrafiya Akademiyasının müraciət etmək olar.
   Əlaqə telefonları: 5973426, e-mail: info@bxa.edu.az

   Qəbul planına buradan baxa bilərsiz.