ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Bakı Xoreoqrafiya Akademiyasına böyük etimad

   10.09.2017

    1 dekabr 2017-ci tarixdə Moskva Dövlət Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə rus baleti ənənələri və görkəmli xoreoqraf Marius Petipa irsinin təbliğinə həsr olunmuş “Balet sənəti və xoreoqrafiya təhsili inkişafının aktual problemləri” mövzusunda Ümumrusiya elmi-praktiki konfrans keçiriləcəkdir.
   Bakı Xoreoqrafiya Akademiyasının rektoru, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, professor Timuçin Əfəndiyev Moskva Dövlət Xoreoqrafiya Akademiyasının rektoru, Rusiya Federasiyasının xalq artisti Mariya Leonova tərəfindən sözü gedən mötəbər tədbirin Təşkilat Komitəsi üzvlüyünə və konfransda iştirak etməyə rəsmi dəvət edilmişdir.
   Cavab məktubunda dəvəti məmnuniyyətlə qəbul edən Akademiyanın rektoru Timuçin Əfəndiyev, bu tədbirin nəinki akademiyalar arasında mövcud əməkdaşlığın möhkəmlənməsinə, eləcə də 90 illik sənət və təhsil ənənələri olan Bakı Xoreoqrafiya Akademiyasının beynəlxalq müstəvidə layiqli yer tutacağına və elmi potensialı barədə məlumatın geniş ictimaiyyətə çatdırılmasına xidmət edəcəyinə əmin olduğunu bildirmişdir.
   Qeyd edək ki, konfransda xoreoqrafiya təhsili, tədrisin metodikası və təcrübə mübadiləsi ilə yanaşı, sənətşünaslıq sahəsində xoreoqrafiya ilə əlaqəli müxtəlif elm, fənn və təhsil proqramlarının aktual məsələləri müzakirə olunacaqdır. Konfrans çərçivəsində Bakı Xoreoqrafiya Akademiyasının “Sənət Akademiyası” elmi jurnalının Rusiya elm və sənət ictimaiyyətinə təqdimatı da nəzərdə tutulmuşdur.