ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



TƏDRİS

    Fəaliyyətinin əsas istiqamətləri milli, estetik, mədəni və elmi dəyərlərin qorunması və inkişafını təmin edərək ümumi, orta ixtisas, ali və əlavə təhsil proqramlarının həyata keçirilməsi ilə yüksəkixtisaslı mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlanması, o cümlədən, fundamental və tətbiqi elmi tədqiqatların aparılması olan Bakı Xoreoqrafiya Akademiyası bilavasitə və tabeliyində olan təhsil müəssisələri vasitəsi ilə ibtidai, ümumi orta, orta ixtisas, bakalavriat, magistratura, doktorantura təhsil pillələri üzrə təhsil proqramlarını həyata keçirir.
    Akademiyada “Xoreoqrafiya sənəti” ixtisası üzrə tədris aşağıdakı qaydada təşkil olunur:
    - klassik rəqs bölməsinə hazırlıq üzrə: 1-4-cü siniflər (4 il);
    - klassik rəqs bölməsi üzrə: 5-9-cu siniflər və I-III kurslar (7 il 10 ay);
    - xalq rəqsləri bölməsi üzrə: 8-9-cu siniflər və I-III kurslar (4 il 10 ay).
    Akademiyada “Xoreoqrafiya sənəti” ixtisası üzrə 7 il 10 ay klassik bölmədə və 4 il 10 ay xalq bölməsində orta ixtisas təhsilli mütəxəssislərin hazırlanmasında qeyri-tipik xüsusiyyətli spesifikanı nəzərə alaraq, dərs ilinin sonunda tələbələrin fiziki və yaradıcı göstəricilərini, eləcə də ixtisas proqramlarını mənimsəmə dərəcəsinin qiymətləndirilməsi məqsədi ilə sinifdən-sinfə və kursdan-kursa keçirilmə üçün yoxlama dərs, məqbul və keçid imtahanları aparılır. Akademiyada əlavə təhsil aşağıdakı istiqamətlərdə həyata keçirilir:
    - ixtisasartırma;
    - kadrların yenidən hazırlanması;
    - stajkeçmə və kadrların təkmilləşdirilməsi;
    - təkrar ali təhsil və orta ixtisas təhsili;
    - dərəcələrin yüksəldilməsi.
    Akademiyada əlavə təhsil ödənişli əsaslarla həyata keçirilir.