ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



QƏBUL QAYDALARI

    İrqindən, milliyyətindən, dinindən, mənşəyindən, cinsindən, əqidəsindən, sosial vəziyyətindən asılı olmayaraq, fiziki cəhətdən sağlam, xoreoqrafiya təlimi üçün müvafiq qabiliyyətə malik olan, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə xarici ölkələrin vətəndaşları qəbul komissiyası tərəfindən müsabiqə yolu ilə müvafiq yaş qrupu üzrə aşağıda göstərilən şöbə və siniflərə qəbul olunurlar.
    İbtidai təhsil pilləsində 1-4-cü siniflərə (klassik rəqs bölməsinə hazırlıq kurslarına) – 6-10 yaşlı;
    Ümumi orta təhsil pilləsində klassika şöbəsinə – orta ümumtəhsil məktəbinin 4-cü sinfini bitirmiş 10-11 yaşlı;
    6 yaşlı uşaqlar xüsusi fənn müəllimləri, həkim və psixoloqdan ibarət komissiya tərəfindən fiziki göstəriciləri, musiqi duyumu və ritmika qabiliyyətləri yoxlanıldıqdan sonra, ikinci turda intellektual və məntiqi biliklərinin uğurlu nəticələri ilə Akademiyanın ibtidai təhsil pilləsinə qəbul olunurlar.
    Ümumi orta təhsil pilləsində xalq şöbəsinə – orta ümumtəhsil məktəbinin 7-ci sinfini bitirmiş 13-14 yaşlı;
    Orta ixtisas (kollec) pilləsində klassik şöbəsinə yalnız Akademiyanın və klassik rəqslər üzrə digər ölkələrdə xüsusi məktəblərdə təhsil almış şagirdlər qəbulu daxili müsabiqə yolu ilə, xalq şöbəsinə qəbul isə TQDK tərəfindən yaradılmış qabiliyyət komissiyası tərəfindən aparılır.
    Akademiyaya ali təhsilin bakalavr səviyyəsinə tam orta təhsilli və orta ixtisas təhsilli şəxslər, magistratura səviyyəsinə isə bakalavr səviyyəsini bitirən şəxslər, V qrup üzrə TQDK-nın təşkil etdiyi şagirdlərin ümum respublika buraxılış imtahanlarının uğurlu nəticələri ilə xüsusi qabiliyyət imtahanları ilə həyata keçirilir. Qabiliyyət imtahanı zamanı abituriyent tələb olunan istedad və bacarıqlarını nümayiş etdirir.
    Akademiyanın orta ixtisas, bakalavriat, magistratura, doktorantura səviyyələrinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə ödənişli əsaslarla həyata keçirilir.
    Ali təhsilin bakalavr pilləsini bitirmiş Azərbaycan Respublikasının vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslər Akademiyada magistratura pilləsinə qəbul hüququna malikdirlər.
    Fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə Akademiyada doktorantura/dissertantura pilləsinə ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud ona bərabər tutulan) şəxslərin müsabiqə yolu ilə qəbulu aparılır.