ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



PEDAQOJİ ŞURA

    Akademiyanın ümumi və orta ixtisas təhsili üzrə idarəetmə orqanıdır. Şuranın tərkibinə Akademiyanın rektoru (sədr), bədii rəhbər, prorektorlar, şöbə müdirləri, fənn birləşmə komissiyalarının sədrləri, sinif rəhbərləri, fəxri adları olan qabaqcıl müəllimlər, dərsdənkənar işlər üzrə təşkilatçı, həmkarlar komitəsinin sədri və valideyn komitəsinin sədri daxil edilir.
    Pedaqoji Şurada Akademiyanın iş planını, müəllimlərin dərs yükünü, pedaqoji prosesin, şagird və tələbələrin, bütün kollektivin yüksək bədii səviyyəsini təmin edən tədris-metodiki və digər sənədləri, təlim-tərbiyə və metodiki işləri barədə rektorun, bədii rəhbərin, prorektorların məlumatlarını, şöbə müdirlərinin, fənn birləşmə komissiyası sədrlərinin hesabat və məlumatlarını, tədris plan və proqramlarının yerinə yetirilməsi, şagird və tələbələrin bilik keyfiyyəti və digər göstəricilər barədə sinif rəhbərlərinin, fənn kabinet müdirlərinin, müəllimlərin, Akademiyanın işçilərinin məlumat və çıxışları, iş rejimini, tədris həftəsinin müddətini, sinifdən-sinfə (kursdan-kursa) keçmə imtahanlarının zəruriliyini, imtahana düşən fənləri, şagird və tələbələrin imtahana buraxılması, sinifdən-sinfə (kursdan-kursa) keçirilməsi, ümumi orta təhsil və orta ixtisas təhsili haqqında dövlət sənədlərinin verilməsi, şagird və tələbələrin həvəsləndirilməsi, şagird və tələbələrin xaric olunması məsələsi və Akademiyanın fəaliyyəti barədə digər məsələləri müzakirə edib müvafiq qərar qəbul edir. Şuranın qərarı Akademiya rektorunun əmri ilə qüvvəyə minir.