ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 KONFRANSLAR VƏ SEMİNARLAR


“Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda
Respublika Elmi-Nəzəri Konfransı

06 may 2016-ci il
Bakı Xoreoqrafiya Akademiyasının
Elmi Şura zalı


    6 may 2016-cı il tarixdə Bakı Xoreoqrafiya Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü il dönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda Respublika Elmi-Nəzəri Konfransı keçirilmişdir.
    Konfrans iştirakçıları ilk öncə Heydər Əliyev Sarayı qarşısındakı parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə qarşısına güllər və əklil qoymuşdur. Daha sonra Akademiyada təşkil olunmuş ümummilli lider Heydər Əliyevin irsini əks etdirən kitab sərgisinə baxış keçirilmişdir. Sərgidən sonra Konfrans Bakı Xoreoqrafiya Akademiyasının Elmi Şura zalında özü işinə başlamışdır. Konfransı giriş sözü ilə Akademiyanın rektoru əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev açaraq, ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yolu və Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycan mədəniyyəti, incəsənəti və təhsilinin inkişafı sahəsində fəaliyyətindən bəhs edib. Konfransın plenar iclasında Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, respublikanın görkəmli dövlət, mədəniyyət, elm və incəsənət xadimləri çıxış etmişdir. Konfrans öz işinə sessiyalarda davam etmişdir.

                       

           




“Xoreoqrafiya sənətinin aktual problemləri” mövzusunda
I Respublika Elmi-Praktiki Konfrans və “Sənət Akademiyasi”
elmi nəzəri jurnalın təqdimatı

09 fevral 2015-ci il
Bakı Xoreoqrafiya Akademiyasının
Elmi Şura zalı


    09 Fevral tarixində Bakı Xoreoqrafiya Akademiyasında “Xoreoqrafiya sənətinin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda incə sənət növü olan xoreoqrafiya sənətinin müasir dövrdə tədrisində, öyrənilməsində yeni metodların tədbiqi, rəqs növlərinin araşdırılmasında və milli rəqs məktəbinin tanıdılmasıda mövcud problemlərin müzakirəsi nəzərdə tutulmuşdur.
    Konfransı giriş sozü ilə açan Akademiyanın rektoru, əməkdar elm və incəsənət xadimi, professor Timuçin Əfəndiyev qısa zaman ərzində Bakı Xoreoqrafiya Akademiyasının fəaliyyəti haqqında, eləcə də gələcək işlər və məqsədlər barədə məlumat vermişdır. Mövcud problemlər arasında əsas yeri bu günə kimi ölkədə rəqs sənətinin sistemli araşdırılmaması, bu sahədə tədqiqatların, kitab və monoqrafiyaların çox az olmasını qeyd edən rektor Akademiyanın nəşr etdirdiyi və konfransda ilk sayının təqdimatı keçirilən “Sənət Akademiyası” elmi-nəzəri jurnalın əsas məqsədinin məhz bu boşluğun doldurması olduğunu bildirdi. Təqdirə layiq haldır ki, qısa zaman ərzində Akademiyada aparılan elmi, yaradıcılıq işləri elmi-nəzəri jurnalın çap etdirməsinə imkan yaratmışdır.
    Milli xoreoqrafiya səntinin ənənələrini qoruyan, inkişaf etdirən və müasir dünyamızın xoreoqrafiya sənətində əldə etdiyi yeni uğurları öyrənrək tədbiqi edən yeganə akademik təhsil kompleksi olan Bakı Xoreoqrafiya Akademiyası fəaliyyətə başladığı gündən tədris prosesini yüksək səviyyədə qurmaq, həmçinin ölkə başçısının təsdiq etdiyi Nizamnaməyə uyğun olaraq elmi potensialı möhkəmləndirmək məqsədi ilə istər ixtisas fənləri üzrə yüksək səviyyəli professional pedaqoqlar, istərsə də nəzəri ixtisaslar üzrə elmlər və fəlsəfə doktorları, professorlar, dosentlər və müəllimlər işə cəlb olunmuşlar.
    Daha sonra Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva, AR Prezident Administrasiyasının şöbə müdiri İsmayıl Sadıqov, professorlar Nizaməddin Şəmsizadə, Zümrüd Dadaşzadə, İradə Köçərli, Tariyel Məmmədov, Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtəgin Salamzadə, xalq rəssamı Ağaəli İbrahimov, xalq artisti Təranə Muradova, Opera və Balet Teatrının direktoru, əməkdar incəsənət xadimi Akif Məlikov, əməkdar jurnalist Qalina Mikeladze çıxış edərək jurnalın yaradıcılarını təbrik edərək və konfransın səmərəli fəaliyyətində uğurlar arzulamışdırlar.
    Fasilədən sonra elmi-praktik konfrans işini sessiyalar üzrə davam etdirmişdir.

                       

                       

                       

                       

                           




“Azərbaycan incəsənət ustalarının müharibə illərində fəaliyyəti” mövzusunda
I Elmi-praktik konfrans

    07-08 may 2015-ci il tarixlərində Bakı Xoreoqrafiya Akademiyasında 1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə həsr olunmuş “Azərbaycan incəsənət ustalarının müharibə illərində fəaliyyəti” mövzusunda I Elmi-praktik konfrans keçirilmişdir. Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev konfrans iştirakçılarını salamlayaraq, Böyük vətən müharibəsi illərində məhz incəsənətin, musiqinin xalqın mənəvi səfərbərliyinə təkan verdiyini bildirmişdir.
    Konfrans faşizm üzərində qələbənin 70-ci il dönümünə həsr olunun konfrans Azərbaycan incəsənət ustalarının müharibə illərindəki fəaliyyətini işıqlandırır. Müharibə illərində ruhu təmizləyən və qüvvətləri möhkəmlədən incəsənət – insanların uğrunda mübarizə apardıqları həyatın ayrılmaz hissəsi idi. İncəsənət Vətənin bir parçası kimi təsəvvür edilirdi. Ona görə də cəbhəyə dramatik və musiqili teatrların, filarmoniya və konsert briqadalarının çox sayda aktyorları yollanır və düşmənlə mübarizədə hər biri öz töhfəsini verirdi. Onların sənəti vasitəsilə əsgərlərdə mənəvi güc, daha da fədakar döyüşməyə ilham artırdı. Şübhəsiz, bu işdə incəsənət xadimlərinin rolu əvəzsiz idi.

example7 example7 example7 example7